Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                 

Bir bankirin manifesti: Gəncədə aparılan kredit oyunları – ARAŞDIRMA
Tarix: 1-06-2016, 08:54 | Çap et
Bir bankirin manifesti: Gəncədə aparılan kredit oyunları
Ölkə rəhbərliyi banklara dəstək göstərir ki, onlar da öz növbəsində sıravi vətəndaşların və sahibkarların dirçəlməsinə yardımçı olsunlar.
Şübhəsiz ki, bankirlərin xarakter və davranışları bilavasitə cəmiyyətdəki atmosferə də təsir edir. Əgər bankir vicdanlıdırsa, ondan kredit alan vətəndaşlar həm özü dolanır, həm bankdan borcunu vaxtlı-vaxtında verir, həm də dövlət büdcəsinə vergilər daxil olur.
Yox, əgər bankir tamahkar və vicdansızdırsa… o, nəinki vətəndaşların müflisləşməsinə səbəb olur, eyni zamanda dövlət büdcəsinə ikiqat ziyan vurur. Çünki müflisləşən vətəndaşlar gələcəkdə dövlətə daha çox xeyir vermək, daha çox insanı işlə təmin etmək imkanlarından məhrum olurlar. Biz Qafqazews.az olaraq, bu və digər hallar barədə davamlı yazmış, müxtəlif problemləri araşdıraraq, cəmiyyətə təqdim etmişik.

Yəqin ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin əməlləri barədə oxucularımız unutmayıb. Dövlətdən və vətəndaşlardan oğurlanılan milyonlar barədə ölkə mətbuatı çox yazıb. Lakin təəssüflər olsun ki, Cahangir Hacıyev yolunu gedən bankirlər hələ də bank sistemində qalmaqda və “kifayətdir” demədən, öz ciblərini doldurmaqdadırlar.
Bu günlərdə redaksiyamıza Beynəlxalq Bankın Gəncə filialının müdiri Sabit Fətizadə barədə məlumatlar daxil olub.
Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatdan bəlli olur ki, Beynəlxalq Bankın yeni rəhbəri bölgələrdə filial müdirlərini təstiq etsə də Sabit Fətizadə hələ də təsdiq olunmayıb.

Qeyd edək ki, S.Fətizadə gəncəlilər arasında “Cahangirin yadigarı” kimi tanınır. Bu da, onun amansız xarakteri və mənfəətpərəstliyi ilə əlaqələndirilir.Bəlkə də, bir bankirin çalışdığı bank üçün can yandırması normal sayıla bilər, lakin bizə müraciət edən Gəncə sakinləri onun əsasən özü və yaxın ətrafı üçün çalışdığını xüsusilə qeyd edirlər.

Çox güman ki, Sabitin hələ Cahangir Haciyevin vaxtında bankın pullarının mənimsəməsindən qalan işlərinin istintaqı başa çatmadığı üçün Sabit Fətizadə hələ də filial müdiri vəzifəsinə təstiq ola bilməyib. Bu şəxs və onun zəngin qohumları bizdə maraq doğurduğu üçün onlarla bağlı araşdırmamız davam edir.

Xatırladaq ki, S.Fətizadənin banka sirkonium daşlarını “brilliant” adıyla girov qoyub, qohumlarının adına böyük məbləğdə kreditlər götürməsi haqda da ölkə mətbuatında çox danışılıb.

Əldə etdiyimiz digər məlumata görə Sabit Fətizadə ata tərəfindən Əbdürrəhman Vəzirovla yaxın qohumdur. Düzdür bizim apardığımız digər yazıların araşdırmalarında biz ölkənin bir nömrəli tikinti sektoruna sahib olan şirkətlərdə də Əbdürəhman Vəzirovun qohumlarının olduğunu öyrənmişik və hətta onların Əbdürrəhman Vəzirovun 20 yanvar hadisəsində törətdiyi cinayətlərə bəraət qazandırmaqların şahidi olmuşuq.
Göründüyü kimi, C.Hacıyev Azərbaycanın ən ağır faciələrindən olan 20 Yanvar hadisələrinin səbəbkarı Ə.Vəzirovun qohumlarına “stavka” etməsi ilə seçilirdi.
Milli Məclisin 29 mart 1994-cü il, 795 saylı qərarına görə də , (tam mətn burda ) Əbdürrəhman Vəzirov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qətliamın əsas səbəbkarı sayılır: “20 yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur.

Şifroqramlarda Bakıya əlavə daxili qoşun və Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdur…. Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olmuşdur. 1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda; fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu bir daha təsdiq edir ki, 20 yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır”.

Ancaq bu gün Sabit Fətizadə ilə bağlı apardığımız araşdırmalar bir neçə maraqlı fakt diqqətimzi çəkdiyi üçün araşdımaları davam etdik. Sabit Fətizadə uzun illərdir Baynəlxalq Bankın Gəncə filialının müdiri vəzifəsində çalışıb və bu günlərimdə həmin vəzifəni müvəqqəti icra edir. O hər zaman özünü Cahangir Hacıyevə oxşatmaq istəyib, hətta Cahangirin idealarına da bu günlərdə də sadiq olduğunu göstərir.

Bu sadiqliyin sübutu bu gün redaksiyamıza daxil olub. Vaxtı ilə Gəncə şəhərinin icra başçısı olan Hacı Vaqifin oğlu Rövşənin Gəncə şəhərində 3 saylı xəstəxananın yaxınlığında yerləşən “Ozan” adlı restoranı olub.
Qeyd edək ki, Vaqif Süleyman oğlu Vəliyev 1940- cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb.

Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən iyunun 24-dək Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olub.
O, vəzifədə olduğu az bir müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb.

Hacı Vaqif 1993-cü il iyunun 24-də Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Həm mərhum Hacı Vaqifə görə, həm də bir çox gəncəlinin Özbəkistanda yaxşı imkan sahibi olmasına görə, Gəncə əhalisi daim Özbəkistan xalqına və özbək mədəniyyətinə qarşı isti münasibətdə olub.
Rövşən Vəliyevin “Ozan” restoranı da gəncəlilər üçün ən sevimli iaşə obyektinə çevrilmişdi. Lakin mənbənin məlumatına görə, Rövşənin maddi sıxıntıları getdikcə artır və bu ərəfədə Sabit Fətizadə onunla dostlaşaraq, problemlərinin həllində kömək edəcəyini deyir.

Sabit Fətizadə Rövşənə kredit verib. Və Sabit əvvəlcədən bilərək ki, Rövşən o krediti qaytara bilməyəcək krediti Rövşənə verib “Ozan” restorannı qirov götürür. Sonradan Sabit Rövşənin kreditinin üstünə o qədər sələm yükləyir ki, axırda Sabit həm “Ozan” restorannı mənimsəyir və kreditin sələmini Rövşən indiyədək ödəyib qurtara bilmir.
Hətta əldə etdiyimiz məlumata görə, S.Fətizadə rəsmi olaraq kredit ala bilməyənlər üçün müxtəlif variantlar düşünür, böyük “şapka”lar müqabilində onların “problem”ini həll edir.nazir mm

Vaxtı ilə Rövşən Özbəkistandan həmin restorana özbək aşbazların gətirərək orda gəncənin qonağları üçün özbək plovu və özbək mətbəxinə aid bir çox yeməklər təqdim edib. Ancaq bu cür hərəkəti ilə, Sabit Fətizadə gəncəlləri özbək plovundan məhrum edib. Çünki, o, özünü hər zaman Cahangir Hacıyevə oxşatmaq istəyib. Kiminsə obyektinə əvvəlcədən gözünü dikərək, sonra ona kredit verir, sələmlə yükləyir, sonda da obyektini mənimsəyir. Və həmin şəxs ölənədək Cahangirə və yaxud da Sabitə sələm qaytarır.
Uzun müddət maliyyə nazirinin müavini çalışmış İlqar Fətizadənin məhz Sabitin əmisi olması barədə də məlumatlar əldə etmişik.
Beləliklə, gəncəlilərin ən sevimli adamı olan Hacı Vaqifin yadigarı Rövşən Vəliyev bu borc nəticəsində Cahangir Hacıyevin yadigarı Sabit Fətizadənin əlində “əsir”ə çevrilir.
Güman ki, aidiyyatı olan qurumlar səviyyəsində araşdırma aparılsa, bir sıra həqiqətlər üzə çıxacaq.

Bir bankirin manifesti: Gəncədə aparılan kredit oyunları








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru