AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                 

Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyin yolunu tapa bilmir - GƏLİŞMƏ
Tarix: 30-09-2020, 16:00 | Çap et
Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyin yolunu tapa bilmir
Bildiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Lakin Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başlayıb və ordumuzun əks hücum əməliyyatları davam edir. Hazırda isə Qarabağda aktiv döyüşlər gedir və Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir.

Proseslərin gedişində erməni tərəf növbəti təxribata əl atdı – Vardenis rayonundan Daşkəsəni atəşə tutdu. Təbii ki, buna qarşılıq olaraq Azərbaycan Ordusu da Vardenisə zərbə endirdi. Bundan sonra Yerevan hay-haray salmağa başladı ki, Azərbaycan hərbi əməliyyatları Ermənistan ərazisinə daşıyır.

Ehtimallar var ki, erməni tərəf bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək istəyir. Bəs, buna nail ola biləcəkmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru Hikmət Babaoğlu AYNA-ya deyib ki, Azərbaycan Ordusunun güclü əks-hücumu nəticəsində Ermənistan ordusu və onu idarə edənlər, o cümlədən informasiya müharibəsində Azərbaycana qarşı vuruşanlar artıq əqli nəzarəti itiriblər: “Çünki ermənilər yaydıqları klassik dezinformasiya prosesində də öz dediklərini təkzib edirlər. Belə ki, bir tərəfdən Azərbaycan Ordusunun Ermənistanın Vardenis rayonu ərazisində mülki nəqliyyat vasitəsini vurduğunu, digər tərəfdən isə xəsarət alanların olmadığını deyirlər. Əslində, bunun dezinformasiya olduğu elə məlumatın öz məzmununda yer alıb. Çünki bu, məntiqlə izah olunan hadisə deyil”.

“Ermənistan bütün vasitələrlə regiona mütləq şəkildə başqa qüvvələri, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə çalışır. Ancaq bu, şübhəsiz ki, baş tutan deyil. Çünki Azərbaycan əsla və əsla heç vaxt nə mülki obyektləri, nə də sivil əhalini hədəf seçib. Həmişə Qarabağ müharibəsi ərzində belə olub. Azərbaycan öz prinsiplərinə, öz əxlaqına və hüquqi dəyərlərinə sadiq olduğu üçün belə bir addım atmayıb və bundan sonra da atmayacaq. Ona görə də bu iddia tamamilə yalandır”, - deputat bildirib.

Babaoğlu KTMT-nin münaqişəyə cəlb edilməsi məsələsini inandırıcı hesab etmir: “Bu vasitədən ermənilər özləri də əllərini üzüblər. Elə bu gün qondarma və separatçı rejimin liderlərindən biri Rusiya telekanallarından birinə açıqlamasında KTMT-nin regiona gələ bilməyəcəyini, çünki “müstəqil dövlət olaraq” sözügedən təşkilatın üzvü olmadıqlarını bildirib. Buna baxmayaraq, ənənəvi müttəfiqləri Rusiyadan kömək gözlədiklərini də dilə gətirib. Göründüyü kimi, bu çağırışın özündə də qeyri-müəyyənlik və separatçıların arzuları əks olunub. Ermənilər KTMT-ni regiona cəlb etmək istəsələr də, bunun nə hüquqi, nə də siyasi yolunu tapa bilirlər. Çünki haqsızdırlar. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanan hərəkətlər edir, öz torpaqlarından işğalçıları və terrorçuları təmizləyir. Buna görə də Ermənistana heç bir regional və beynəlxalq təşkilat dəstək verə bilməyəcək. Çünki onlar terroruçudurlar”.

Müsahibimiz 30 illik münaqişə tarixində Azərbaycanın ermənilərin hər cür hücumuna məruz qaldığını vurğulayıb: “Onlardan biri də informasiya təxribatıdır. Biz bu prosesdə əldə etdiymiz təcrübəyə əsaslanaraq deyə bilərik ki, ermənilər öz etdiklərini bizim adımıza yazmağa cəhd edirlər. Son Tovuz döyüşlərindən sonra da regiona, Dağlıq Qarabağa və işğal olunmuş bütün ərazilərə terrorçuları gətirdikləri halda, onu Azərbaycanın adına yazmağa çalışdılar ki, guya Azərbaycan Yaxın Şərqdən terrorçular gətirməyə başlayıb. İndi də Azərbaycanın mülki obyektlərini, sivil vətəndaşlarını atəşə tutmaqla, bunu azərbaycanlıların etdiyini dünyaya təqdim etməyə çalışırlar. Amma şübhəsiz ki, bu müddət ərzində əldə etdiyimiz təcrübə və aldığımız qabaqlayıcı tədbirlər erməni dezinformasiyasının əvvəlki qədər inandırıcı və geniş yayılmasının qarşısını alır”.

“Bu, həm də Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biridir. Ona görə də Ermənistan artıq informasiya müharibəsində də beynəlxalq ictimaiyyət qarşısında işfa olunub. Bütün həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb və ədalətli olan hər kəs başa düşür ki, Azərbaycanın davası haqq davasıdır. Çünki Azərbaycan işğala məruz qalan ölkədir, öz torpaqlarını azad etmək onun beynəlxalq hüquqla təsdiq edilmiş konstitusion vəzifəsidir və Azərbaycan da bunu edir”, - Milli Məclis üzvü fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru