Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                 

İcra hakimiyyətləri xalqa qənim kəsilib - Şikayətlər niyə çoxalır...
Tarix: 12-02-2022, 09:44 | Çap et
İcra hakimiyyətləri xalqa qənim kəsilib
Son illər müxtəlif rayonlarda icra başçılarının həbs edilməsi, işdən azad edilməsi görünür digər rayonların icra başçıları üçün örnək olmur. Əksinə hamı kiməsə arxalanıb, ayağını ayağının üzərinə aşırıb keyifində damağındadır. Vətəndaşın problemindən icra hakimiyyətinə nə? Kreslosu rahat, gəlirləri stabil...
İcra hakimiyyətlərinin vətəndaşlara laqeydliklərinə çox sayda misallar çəkmək olar. Elə bir neçə gün öncə Goranboyda rayon sakinin icra hakimiyyəti qarşısında özünü yandırmaq cəhdindən danışaq. Vaxtl-vaxtında qəbul edilən, şikayətləri dəyərləndirilən vətəndaş niyə özünü yandırmalıdır ki? İcra hakimiyyətlərinin vətəndaşlarla iş üzrə şöbələri niyə öz vəzifə məsuliyyətlərini anlamır ki? İcra başçıları rayonlara təhkim ediləndə, onlara vətəndaşların problemlərini həll etmək tapşırılır. Dəfələrlə ölkə başçısı yeni təyin etdiyi icra başçılarını qəbul edərkən bu mövzuya toxunub. Amma görünən odur ki, prezidentin qarşısında boynunu əyib, özünü dinləyirmiş kimi göstərən icra başçıları təyin edildikləri ərazilərdə çalışmağa başlayandan sonra verdikləri sözü, ölkə başçısının tapşırıqlarını unudurlar. Başları rüşvət almağa, var-dövlət yığmağa qarışan başçılar çox zaman vəzifə məsuliyyətlərini də yaddan çıxarırlar.

Niyə axı vətəndaşın şikayətinə icra hakimiyyəti baxmamalıdır, dinləməməlidir, hər hansısa bir yol göstərməməlidir?

Və yaxud Gəncədə bir neçə ay öncə Vüsalə Məmmədovanın özünəqəsdə cəhd etməsi. Qadın bildirirdi ki, dəfələrlə icra hakimiyyətində olsa da, qəbula düşə bilməyib. Bu səbəbdən də əsəbləri tarıma çəkilən qadın belə bir addıma cəhd edir. Sonradan icra hakimiyyəti qadının məhz icra hakimiyyətində halının dəyişməsi ilə bağlı absurd açıqlama versə də, inandırıcı deyildi. Hətta Niyazi Bayramov qadını görməyə xəstəxanaya da gəlmişdi.

Maraqlı bir sual var:

Niyə hadisələr bu həddə çatmamış vətəndaşlar qəbul edilib, problemləri ilə maraqlanılmır?
Yoxsa icra başçısının qəbuluna düşmək üçün də kimisə görüm-baxım etməlisən?
İcra başçılarının vətəndaşlarla görüşlərinə belə xüsusilə seçilmiş adamlar buraxılır. Vətəndaşlara problemlərini dilə gətirməyə icazə verilmir. Problemlərindən danışan vətəndaşlara əlavə problemlər yaradılır. Bu problemlər, əksər hallarda bölgələrdəki icra hakimiyyətlərində yaşanılır. İcra hakimiyyətləri vətəndaşa özünə qəsd etməkdən başqa çıxış yolu qoymurlar. Əksər vətəndaşlar son çarə kimi prezidentə şikayətlər ünvanlayırlar. Bu şikayətlər isə, elə yoldaca "boğulur", ünvanına çatmır.

Düzdür, əsassız və ya haqsız şikayət edən vətəndaşlar da var. Ancaq icra qurumlarında bu vətəndaşlar da dinlənilsə, rayonlardan şikayətlərin sayı azalar. Görünür ki, rayonlarda icra başçıları necə işləyirsə, onun işçiləri də başçının yolunu gedirlər. Axı, deyirlər ki, “balıq, başdan iylənər”...

Prezident tapşırıq verir, danışır, məsuliyyətlərini başa salır. Amma bu şəxslər, prezidenti belə aldatmağa cəhd edirlər. Başa düşmək istəmirlər ki, onlar xalqa xidmət etmək üçün təyin ediliblər. Görmürlər ki, həbs edilən icra başçılarının bütün yığdıqları müsadirə edilir? Bəziləri həbsdən çıxmadan dünyasını dəyişir? Bəziləri sonradan dinə-imana gəlir...

Bu gün sosial şəbəkələrdə icra başçılarından minlərlə şikayətlər var. Və bu şikayətlərin əksəriyyəti haqlı şikayətlərdir. Ancaq bir rayonda icra başçısı vətəndaşa “get, hara istəyirsən yaz” deyə bilirsə, vətəndaşın son bir çarəsi qalır: Canına qəsd etmək... Bu, heç bir zaman həll yolu deyil. Bu seçimi edən vətəndaşı da günahlandırmazdan öncə bu insanlıq cinayətinin səbəbkarını tapmaq və hüquqi formada cəzalandırmaq özünə qəsd edənlərin sayını qismən də olsa, alar və ədalət sisteminə inamını artırar.

Bəs bu vicdandan məhrum münasibətə, laqeydliyə və işbilməzliyə nə zaman dur deyiləcək?
Bizimyol.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru