Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                 

Ağsuda məmur özbaşınalığı PİK HƏDDDƏ... - NARAZILIQ VAR!
Tarix: 4-05-2022, 09:19 | Çap et
Ağsuda məmur özbaşınalığı PİK HƏDDDƏ...
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 19-cu maddələrinə görə , Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlilliyi müəyyən edilmiş şəxslərə dövlətdən iki pay, bələdiyyədən bir dəfə pulsuz torpaq sahəsi ayrılmalıdır. Rayon - şəhər icra hakimiyyətləri isə dövlət və bələdiyyə torpaqları ilə şəxsi əmlakları kimi davranırlar; savaş əlillərinə nəinki torpaq ayırırlar , əksinə, istifadələrində olan torpağı da şəxsi bizneslərinə qatırlar. Ağsuda olduğu kimi.
Toplum Ağsu rayonunun Pirhəsənli kəndinin yeganə zabit Qarabağ əlilinin torpaq sahəsi ayrılmayan yeganə şəxs olduğundan media qurumları araçılığı ilə bilgilidir. Əlil -veteran təşkilatlarının 25 il qabaqkı müraciətləri əsasında Prezident Administrasiyasından göndərilən torpaq sahəsi ayrılması ilə bağlı göstərişlərə Ağsu RİH “torpaq şöbəsinə göndərdiyi “poçtu” it-bata salmaqla” əməl etməyib. Amma rəsmi məktublarla 1-ci dərəcəli Qarabağ qazisinin torpaqdan istifadə etməkdə azad olduğunu bildirən icra hakimiyyətinin “verdiyi bu sözdə azadlıq” 22 il sürüb. 2019-cu ilin ortalarında Ağsu RİH , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpağı mütəşəkkil dəstə şəklində ələ keçirib . Nə Ədliyyə Nazirliyi, nə polis, nə prokurorluq, nə də qanunverici və məhkəmə hakimiyyəti açıq -aşkar korrupsiya , vəzifədən sui-istifadə faktına hüquqi qiymət verilməsini təmin edib. Təsəvvür edin, Şəki İnzibati (- İqtisadi ) Məhkəməsi (2 dəfə İlqar Cabbarov, 3-cü dəfə Rüfət Məcidov) qazinin 3 iddiasını anında mümkün saymayıb ki, icra başçısı “vəzifəli şəxs” yox, “fiziki şəxs”dir . Apellyasiya instansiyası və Ali Məhkəmə də Ağsu RİH başçısının sifarişini Konstitusiyadan üstün tutaraq, “fiziki şəxs” icra başçısının məhkəmə toxunulmazlığını qüvvədə saxlayıb(lar). Onu da vurğulayaq ki, 3 ildir üç iddiadan biri üzrə Ağsudan ayrılan Ziya adlı vəkil kassasiya şikayətini yazmaqdan icra başçısının göstərişi ilə imtina edir, Vəkillər Kollegiyası isə bu imtinada qanun pozuntusunun olmadığını iddia edir. Bir ildən çoxdur, Konstitusiya Məhkəməsi də şikayətə baxmır.
Bu günlərdə Ağsu RİH-ə İqtisadiyyat Nazirliyindən daxil olan şikayətə hüquq şöbəsinin müdiri Vüqar Hüseynov hüquqazidd cavab verib. 22.04.2022-ci il tarixli məktubla hüquq şöbəsinin müdiri Qarabağ qazisinin “verdiyi məlumatın həqiqətə uyğun olmadığını” araşdırma (?) ilə müəyyən etdiyini bildirib:” ...qeyd olunan torpaq sahəsi Pirhəsənli bələdiyyəsinin mülkiyyətində olmaqla Azərbaycan Respublikasının torpaq məcəlləsinin ( icra hakimiyyətinin savadı elə “qıcqırıb” ki, baş hərfləri kiçik yazıblar – Azərbaycan Respublikasının Torpaq Məcəlləsi kimi yazılmalıdır -M. B. ) 47-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq ümumi istifadədə olan torpaq kateqoriyasına aiddir. Ümumi istifadədə olan torpaq sahələrinin qanunvericiliyə (?-M. B.) müvafiq olaraq təyinatı dəyişdirilmədən fiziki və hüquqi şəxslərə istifadəyə, icarəyə, eləcə də mülkiyyətə verilməsi mümkünsüzdür... Pirhəsənli kəndində uşaq bağçasına ciddi ehtiyacın yarandığı nəzərə alınaraq, bələdiyyənin torpaqayırma sənədlərinə müvafiq olaraq tikinti – layihə sənədləri əsasında həmin ərazidə Heydər Əliyev Fondunun vəsaiti hesabına 60 yerlik uşaq bağçası tikilmişdir”.
7 cümləlik əndrabadi məktubda 70 orfoqrafiya yanlışlığı yapılmasını bir qırağa qoya bilmərik, amma bu yekəlikdə icra hakimiyyətinin hansı qanunvericiliyə əsaslanıb qazini yanlışlıqda ittiham etməsinə də susa bilmərik. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı bəndində bələdiyyə mülkiyyətində olan torpaqların bələdiyyələr haqqında qanunlarla və digər normativ hüquqi aktlarla İCARƏYƏ, İSTİFADƏYƏ, MÜLKİYYƏTƏ verilməsi doğrulanıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8 maddəsinə əsasən, ÜMUMİ İSTİFADƏDƏ OLAN TORPAQ SAHƏLƏRİ hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qısa müddətə verilir; 16.3 maddəsində QEYRİ вЂ“ QANUNİ İSTİFADƏ EDİLƏN BƏLƏDİYYƏ TORPAQLARININ GERİ QAYTARILMASI MÜMKÜN OLMADIĞI HALLARDA , bu torpaq sahələrinin onları istifadə edən şəxslərin mülkiyyətinə verilməsi doğrulanıb. Bu qanunvericilik, bu da Ağsu RİH başçısının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kəndin YEGANƏ torpağı olmayan YEGANƏ 1-ci dərəcəli Qarabağ qazisinin 22 il sənədsiz istifadə etdiyi torpağı “qanunvericiliklə” ələ keçirməsi faktı. Eyni zamanda icarəyə, mülkiyyətə veriləbilməz bələdiyyə torpağı bəs necə icra hakimiyyətinin uşaq bağçası biznesinə ayrılıb? Özü də Heydər Əliyev Fondunun vəsaiti hesabına? ! Belə bəlli olur ki, Ağsu RİH Heydər Əliyev Fondundan şəxsi biznes amacı ilə yararlanır. Deyəsən, icra hakimiyyəti Heydər Əliyev Fondunun qeyri- kommersiya təşkilatı , xeyriyyə fondu olmasından , başlıca məqsədlərindən birinin yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək etmək olduğundan da xəbərsizdir ? !
Bu qanunla üç torpaq sahəsi almaq hüququ olan, amma heç bir qarış torpağı da olmayan, sənədsiz istifadə etdiyi sahənin də əlindən alındığı TORPAQ savaşçısı- 1-ci dərəcəli Qarabağ qazisi, bu vəzifəsindən sui-istifadə etməklə torpağı ələ keçirən icra hakimiyyəti, bələdiyə , bu da torpaq qanunvericiliyi ! Kim doğru deyil?
Məğrur Bədəlsoy
P. S. Pirhəsənli kəndində 60 yerlik uşaq bağçasına bircə uşağın belə ehtiyacı olsa idi ...Mirzə Cəlilin personajının dediyi kimi, bu kənddə ümumiyyətlə uşaq olmayıb, yoxdur və olmayacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru