Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                 

“MƏN DAVA-DALAŞLA GÜNDƏMƏ GƏLƏN ADAMLARDAN OLSAM”...
Tarix: 2-09-2012, 15:24 | Çap et
“MƏN DAVA-DALAŞLA GÜNDƏMƏ GƏLƏN ADAMLARDAN OLSAM”...

“ÖZÜMDƏN ZƏHLƏM GEDƏR”

Uğurlu filmlərin ssenarisi həyatdan götürülür. Deməli, film həyatın ekranda təcəssümüdür. Filmlərin rejissoru olduğu kimi, ağıllı insanlar da öz həyatlarına quruluş verə bilirlər. Dəli şeytanın rejissorluğuna ümid bəsləyənlərsə tragikomik ömür yolunda ancaq mənfi obrazların ifaçıları olurlar.

Bugünkü həmsöhbətim öz sənətini sevən, sevdirə bilən, düzgün yaşam tərzi ilə sənət aləmində baş rol ifaçısına çevrilməyi bacaran Samir Qulamovdur.

- Özünüz haqda məlumat verərdiniz?

- 1977-ci il oktyabrın 21-i Bakı şəhərində anadan olmuşam. 263 saylı orta məktəbi bitirmişəm. Sonra İncəsənət Universitetinin aktyorluq fakültəsini, daha sonra Beynəlxalq Kino Akademiyasının kinorejissorluq fakültəsini bitirmişəm.

- Uşaqlıq dövrünüz necə keçib?

- Uşaqlıq xatirələri həmişə insanın beynində özünəməxsus yer tutur. Problemsiz, qayğısız həyat. Mənim uşaqlığım çox gözəl keçib. O dönəmə kimi müharibə başladı. İndiki uşaqlara baxanda bizim uşaqlıq dövrümüz çox fərqli idi, hər baxımdan. Kompüter dövründə müəyyən saytlar insanda olan ən gözəl xüsusiyyətin, saflığın axırına çıxdı.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Mən əvvəllər idmançı olmuşam. Uzun müddət fərqli vaxtlarda idmanın boks və güləş növləri ilə məşğul olmuşam. Bir gün gözəl insan, mərhum rejissor Rasim Ocaqovun “Ölsəm, bağışla” filminə baxırdım. Həmin gün hər şey dəyişdi mənim üçün. Beləcə, arzularım da dəyişdi, gələcək həyat məqsədim də.

- Bəs necə oldu ki, “Artist” kino şirkətini yaratdınız?

- “Artist” kino şirkətini serialların çəkilişinə başlamaq üçün yaratdım. Bilirdim ki, bizdə də digər qonşu dövlətlərdə olan kimi haçansa seriallara tələbat olacaq və oldu da.

- Küsülü olduğunuz aktyor həmkarınız varmı?

- Bir zamanlar işlədiyim teatrda çox aktyorlarla danışmırdım. İnanın, orda çox az adam Allah salamına layiqdir. İndi görün də, orda Allah salamına layiq olmayan nə qədər adam işləyir.

- Teatrdakı indiki vəziyyəti necə xarakterizə edirsiniz?

- O teatrdakı vəziyyət məni ümumiyyətlə maraqlandırmır. O teatrın gözəl vaxtları elə Həsən Turabovla getdi. İndi mənimçün dəyərli heç nə yoxdur, teatrın binasından başqa.

- Teatrda hansı rolu ifa etmək istəyərdiniz?

- Hamleti. Bunu kim, hansı aktyor oynamaq istəməz ki? Mən Hamlet əsərini əzbərdən bilirəm. Haçansa o tamaşanı teatrda quracam, İnşallah “Azdrama”nın baş rejissoru olanda. Əlli yaşım olsa belə, mən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi işləyəcəm.

- Uzun illər teatrda görkəmli aktyorlarımızla çalışmısınız. Onlardan hansının yeri sizin üçün görünür?

- On iki il teatrda işləmişəm. Mənim üçün Əlabbas Qədirovun, Kamal Xudaverdiyevin yeri həmişə görünəcək. Onlar böyük şəxsiyyətlər olublar. Daha onlardan olmayacaq. Allah ikisinə də rəhmət eləsin.

- Sizcə, istedadlı aktyorla dil tapmaq asandır?

- İstənilən aktyorla işləmək çox çətin, dözülməzdi. Mən müxtəlif teatrlarda doqquz tamaşaya quruluş vermişəm. Deyə bilərəm ki, Azərbaycanda yaxşı aktyor hələ azdır. Hamı elə bilir yaxşı aktyordu. Çoxu aktyorluğun elm olduğunu heç anlamır da. Qarnını qabağa verib kimisə güldürmək haçandan böyük sənət uğuru sayılıb ki?

- Cavan aktyorların bir çoxu bayağı kliplərə, ucuz reklamlara çəkilməyə, aparıcılıq etməyə, hətta mahnı oxumağa başlayırlar. Buna münasibətiniz necədir?

- Sənətə təzə gəlirlər, istiqamət verənləri olmur. Amma filmə çəkilmək, efirdə olmaq istəyirlər. Ona görə də ucuz dəvətlərə sevinirlər. Düşünmürlər ki, indi çəkildikləri hansısa zəif bir iş o insanların aktyor kimi imicini korlaya bilər. Məsləhət kimi olmasın, pis rejissorlarla işləməyin, gənclər, zəif ssenarisi olan filmə çəkilməyin. Dəyərləndirin Allahın sizə verdiyi istedadı.

- Həyat sevgi ilə xoşdur, bəs sevgisiz həyat niyə boşdur?

- Sevgisiz necə yaşamaq olar axı? Adam sevəndə işləməyi də, yaşamağı da rahat olur. Sevəndə elə energetik qüvvə toplayırsan ki, sevdiyin xanımın səsini eşidəndə sanki bütün yorğunluğun canından çıxır. Nə gözəldir sevmək.

- Qəlbinizin hakimi varmı?

- Məncə, gizli qalsa, yaxşıdır.

- Haqsızlıq görəndə necə reaksiya verirsiniz?

- Haqsızlıqla Allahsızlığı eyni tuturam. Zəhləm gedir haqsız adamdan.

- Niyə iş görmək istəyən imkan axtarır, iş görmək istəməyən bəhanə?

- Mən heç vaxt bəhanə axtarmadım. Başımı aşağı salıb işlədim, beş adamın işini tək gördüm. Bəzən yoruldum, amma yenə işlədim. Bezdiyim vaxtlar da oldu, ancaq özüm-özümə təskinlik verdim ki, Samir, bəs məqsədlərin? Sən axı söz vermisən birinci olacaqsan. Və ayağa qalxıb işlədim.

- Dostlarınız çoxdurmu?

- Mənim dostlarım həmişə çox olub. Mən ayağa qalxanda yüz nəfər qardaşım mənimlə bərabər ayağa qalxır. Bu gözəl haldır ki, belə dostlarım, qardaşlarım var. Amma yanımdan uzaqlaşdırdığım insanlar da olub. Dostum, qardaşım deyib, əleyhimə danışırmışlar. Hər yerdə belə insanları mən bədbəxt adlandırıram.

- Necə oldu ki, serial çəkmək istədiniz?

- Serialın ssenarisi adi bir söhbətin nəticəsində yarandı. Bir neçə nəfər çay içirdilər və mən onların birini tanıyırdım. Biz görüşdük və onlar mənimlə “Küləklər şəhəri” serialı haqqında söhbət etdilər. Çox maraqlı insanlar idi. Filmi gözəl təhlil etməyi bacarırdılar. Diqqətli tamaşaçılar idilər. Birdən onların biri haçansa atasının ona danışdığı bir əhvalatı danışdı. Çox maraqla qulaq asırdım. İnanın, o gün o yerə getdiyimə sevinirdim. Evə gəldim, başladım böyüdüb genişləndirməyə, əlavələr elədim. Əsas o idi ki, hadisə məni tutmuşdu və beləcə serialı çəkmək qərarına gəldim.

- Sənətdə rəqibiniz varmı?

- Elxan Cəfərov yaxşı rejissordur. Maraqlı işləri var. Yeri gəlmişkən, o da əvvəllər aktyor olub. Bir neçə yaxşı, perspektivli gənc rejissorlar tanıyıram ki, onlar mənim rəqibim sayıla bilər.

- Sizcə, yaşlı sənətkarların cavan aktyorları bəyənməməklərinin səbəbi nədir?

- Bu, yaxşı hal deyil. Hansı yaşlı sənətkar özündən sonra gələnləri bəyənmirsə, məncə, heç vaxtilə onun özünü də bəyənməyiblər. Uzun illər Azərbaycan kinosunun olmamağının səbəbləri elə gənclərə qarşı bu cür münasibətlərin olması olub. Yəni gənclərə mane olduqca kinomuz ruhən qocalıb. Mane olmağa, bəyənmirəm deməyə nə var ki.

- Serial çəkilişi zamanı başınıza maraqlı bir hadisə gəlibmi?

- Çox olur maraqlı hadisə. Çəkiliş vaxtı ayağı sürüşüb yıxılan da olub, adi bir şeydən gülməkdən uğunub gedən də. Xahiş edib çəkilişi saxlayaq ki, özünə gəlsin. Elə şeylər çox olur.

- Nə vaxtsa göz yaşlarının əsiri olmusunuz?

- Yox, ağlağan adam deyiləm. Amma, hansısa bir hadisə kövrəldə bilib bəzi hallarda məni.

- Həyatda nəyə təəssüflənirsiniz?

- Çox şey itirdiyimə.

- Sizcə, Azərbaycan filmlərinin az-az çəkilməsi gələcəkdə özünün mənfi izlərini qoya bilərmi?

- Mən deməzdim ki, az çəkilir. Sadəcə əksəriyyəti keyfiyyətsiz, zəif alınır deyə, arxivə atılır. Belə filmlərin çoxunu görmüşəm. İlk nümayişi olur və o filmin taleyi bitir.

- Sizcə, insanlığa lazım olan əsas xüsusiyyətlər hansılardır?

- Yaxşı insan olmaq üçün konkret bir xüsusiyyət kifayət deyil. Axı bir neçə xüsusiyyətin birləşməsində yaxşı insan olmaq mümkün olur. Allahın adlarında olan mənaların əksəriyyəti birləşməlidir o insanın fitrətində.

- Ümidlərinizin sınaq vaxtı olubmu?

- Çox olub, amma sınamamışam. Həyatda hər şey biz istədiyimiz kimi olsa, maraqsız olar yaşamaq. Babək demişkən, susuz, çörəksiz qaldığım gün olub, amma ümidsiz qaldığım gün olmayıb. Bərkidib həyat məni, dəmir kimi.

- Mənfi və müsbət xüsusiyyətləriniz hansılardır?

- Mənfi xüsusiyyətim – tez əsəbiləşirəm. Müsbət xüsusiyyətim çoxdur. Həmişə yaxşı insan olmağa çalışmışam, cəhd göstərmişəm. Çalışıram ki, yaxşı insan necə olmalıdırsa, elə də olum.

- Bir çox qız fanatlarınız var. Bu hal sizə mane olmur ki?

- Xoş olan vaxt da olur, bezdiyim vaxt da. Çox zəng vururlar, gecə-gündüz, adam bezir bəzən. Bir tərəfdən xoşdur ki, səni aktyor kimi, rejissor kimi sevirlər, maraqlıdır bir az (Gülür). Mən fanatlarımın elə fanat olaraq qalmalarını istəyirəm. Mənə eşq elan edən fanatlarım olub. Hətta iş yerinin qabağına gəlib saatlarla gözləyirdilər. İndi isə iş yerimi tanımırlar, gecə-gündüz zəng eləyirlər. Təzə nömrə almışam, dəyişmək istəyirəm, amma dəyişə bilmirəm, əlim gəlmir. Bir tərəfdən xoşdur, axı səni sevirlər.

- Məhəbbət nədir sizin üçün?

- Bütün insanlıq məhəbbətlə yaranıb. Məhəbbət bir bəladır ki, giriftar olmayan bilməz.

- Samir niyə özündənrazı görünür?

- Vallah, səhv eləyirlər. Məni yaxşı tanıyan adamlar sadə olduğumu bilirlər. Ola bilər, elə görünürəm. Amma görünüş aldadıcı olur bəzən. Amma özündənrazı adamların, pis xarakterli, paxıl, xəbis insanların, kobud, yersiz danışan boşboğazların yanında özümü aparmağı bacarıram. Yəqin elə o fikri də onlar yayıb, yəni boşboğazlar.

- Prinsipial insansınız?

- Bəli, çox prinsipialam. Mən bilirəm həyatdan nə istədiyimi. Mən istədiyimi alanacan çalışıram, var gücümlə məqsədimə çatmağa can atıram. Mənə qarşı haqsızlıq eləyən adama qarşı bir dəfə jest eləyib onu bağışlamaq istəyirəm. Amma vay o günə ki, kimsə mənimlə prinsipə düşə. Bu kin deyil, bu prinsipdi, məğlubolmaz insanın prinsipi. Sevirəm qələbə qazanmağı, tək zamana uduzuram. Onun da hesabını yaxın zamanlarda 1-1 eləyəcəm.

- Qısqancsınız?

- Çox qısqancam, lap çox. Qısqanclıq hər kişiyə məxsus olan xüsusiyyətdir. Fitrətimizdədir, kimdə az, kimdə çox, mən də beləyəm.

- Samiri xoşbəxt edəcək üç səbəb?

- Səhv eləmək istəmirəm, düşünməmiş qərar verəndə çox hallarda yanılıram. Mən də yanılmaq, səhv eləmək istəmirəm. Xoşbəxtlik nisbi olsa da, hamı xoşbəxt olmağa cəhd göstərir. Mən heç bir zaman özümü bədbəxt insan saymamışam, hətta ən pis anlarımda belə. İnsan həyatın müvəffəqiyyətini tam dərk eləyəndə xoşbəxt olur. Bütün itkilərin, uğursuzluqların qarşısında yenə də Allaha şükür eləyirəm ki, Özü bilən məsləhətdir. Şükür eləyən insan da Allahını tanıyan, sevən insan olur.

- Samirin ilham pərisi kimdir?

- Samirin ilham pərisi xəyalındakı xanımdır (Gülür). Ağıllı, yaraşıqlı, mehriban, bir az dəli, bir az qısqanc xanımdır. Xoşdur onu düşünüb, yazmaq. O da xoşbəxtdir ki, mən ondan ilham alıb yazıram. Yüngül xasiyyətli qızları heç sevmirəm. Demək də ayıb olmasın, gözəllik vurğunuyam.

- Özünüzü hansı nağılın qəhrəmanına bənzədərdiniz?

- Özümü Məlikməmməd nağılındakı baş qəhrəmana – Məlikməmmədə bənzədərdim. Çünki mən də həmişə divlərlə mübarizə aparmışam. Əvvəl çətin olub onlarla döyüşmək, indi onlara qalib gəlməyin yolunu tapmışam. Sən demə, ürəkləri balaca bir şüşə qabda imiş, özü də quş görünüşündə.

- Şou-biznesdə yazılmamış və ya yazılmalı olan qanunlar var. Gündəmdə qalmaq üçün davalara, dedi-qodulara, ucuz vasitələrə əl atırlar. Yeri gəlmişkən, sizdə belə hallar olurmu?

- O, şou-biznesdə elədi, mən sənət adamıyam. İki universitet bitirmişəm. Mən dava-dalaşla gündəmə gələn adamlardan olsam, özümdən zəhləm gedər. Mən başımı aşağı salıb işləyirəm. İstəyirəm məni gözəl filmlərin müəllifi kimi tanısınlar, qalmaqallı rejissor kimi yox.

- Hansı müğənnilərin ifalarını dinləyirsiniz?

- Röya gözəl oxuyur. Alim Qasımov – o, dahi sənətkardır. Elnurun, Zamiqin ifalarını bəyənirəm. Amma son vaxtlar ən çox qulaq asdığım Əli Əliyevdir. Onun səsində o qədər həzinlik var ki, insanın ruhunu belə tərpədir. Mən yaşamaq istəyirəm o oxuyanda.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Bu gün, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Bu gün, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Bu gün, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Bu gün, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Bu gün, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Bu gün, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Bu gün, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Bu gün, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Bu gün, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Bu gün, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru