Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                     Rüfət Əzizovdan YENİ TƏYİNAT .....                     Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR .....                     "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi .....                     LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? .....                     "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." .....                     “BTB Bank”ın rəhbər kadrları hara keçib? .....                     İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır .....                     “Onların başında İran dayanır” .....                     Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır .....                     “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” .....                     Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid .....                     AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb .....                     Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır .....                     DİM-də struktur dəyişikliyi aparılıb .....                     Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? .....                     Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... .....                     “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” .....                     Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb .....                     “İmişli” baş məşqçisi ilə yollarını ayırdı .....                     Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? .....                     Fələstinin erməni əsilli naziri Bakıya gələcək .....                     "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." .....                     Şikayətçi müəlliməni yeni direktor da sevmədi... .....                     Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… .....                     "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? .....                     İnvestisiya şirkətinə xanım direktor təyin olundu .....                     SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır .....                     “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var .....                     “Azərbaycan dövləti hicaba qarşı deyil” .....                     Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb .....                     Həbsdəki vəkil ev dustaqlığına buraxılıb .....                     Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək .....                     Putin sülh danışıqları üçün bütün Donbası istəyir .....                 

Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir? - Bu qədər də olmaz axı...
Tarix: 4-01-2025, 00:32 | Çap et
Fuad Nəcəfli Naxçıvanı beləmi idarə edir?
Azərbaycanda yeni il tətilidir. Dekbarın 30-dan 7 gün qeyri-iş günü elan edilib. Bayram tətilindən sonra ilk iş günü yanvarın 6-da olacaq. Amma ölkəmizin bəzi dövlət orqanları gücləndirilmiş iş rejimində çalışır. Strateji postlara rəhbərlik edən vəzifəli şəxslər öz işlərinin başındadır.

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının yerli mediası Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, dövlət və hökumət nümayəndələrinin Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan “Snowfest – Qış festivalı”na hazırlığın vəziyyəti ilə maraqlandığı, sakinlərlə səmimi söhbət edib, uşaqlarla xatirə fotoları çəkdirdikləri ilə bağlı məlumat yayıb.

Yanvarın 2-də isə yerli media Naxçıvan Dövlət Milli Dram Teatrında şəhid və qazi övladları, həmçinin sosial qayğıya ehtiyacı olan uşaqlarla keçirilən bayram görüşündən xəbər verib. Bildirilib ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi yazıçı Eluca Atalının qələmə aldığı "Odunçunun nağılı" əsəri əsasında hazırladığı tamaşanı təqdim edib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “yaşıl enerji”yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış ideyalarını təşkil edən tamaşanı uşaqlarla birlikdə izləyib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli çıxış edərək qeyd edib ki, müstəqilliyimizin ilk illərində Vətənimiz gözlənilməz bəlalarla üzləşib. Şəhid və qazilərimizin fədakarlıqları sayəsində yurdumuz bu bəlalardan xilas olub, torpaqlarımız işğaldan azad edilib. Qəhrəmanlarımızın övladları ilə qürur duyduğunu diqqətə çatdıran səlahiyyətli nümayəndə uşaqlara bayram təbriklərini və xoş arzularını çatdırıb.

Bu məlumatlarla tanış olduqdan sonra muxtar respublikanın rəhbər vəzifəli şəxslərinin ötən bayramlardan fərqli olaraq, Naxçıvanda qalıb öz işlərinin başında dayanmasını əhali rəğbətlə qarşılayıb. İnsanlar hesab edirdi ki, muxtar respublikanın rəhbər vəzifəli şəxsləri bayram tətilini Naxçıvanda keçirir.

Son illər Naxçıvanda baş verən hadisələrin təhlili, rəhbər vəzifəli şəxslərin proseslərə məsiliyyətsiz yanaşması bu məsələdə bizdə müəyyən şübhələr yaratmışdı. Necə olub ki, ailə üzvləri Bakı şəhərində yaşayan vəzifəli şəxslər bu bayram tətilində paytxata üz tutmayıb?

TNS-in əməkdaşları bu suala cavab tapmaq üçün araşdırma aparıb. Məlum olub ki, yerli mediada verilən xəbərlər gözdən pərdə asmaqdan başqa bir şey deyilmiş. Sən demə, səlahiyyətli nümayəndə Fuad Nəcəfli, onun müavini Samir Seyidəhmədli, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov dekabrın 30-dan Naxçıvandan çıxıblar. Dekabrın 31-də və yanvarın 2-də ictimaiyyətə təqdim edilən tədbirlər isə dekabrın 29-da keçirilib. Bu vəzifəli şəxslərin bayram tətilini Bakıda öz ailələri ilə birlikdə keçirdiklərinə dair məlumatlar var. Sual olunur. Naxçıvanda baş verə biləcək fövqəladə hadisə zamanı muxtar respublikada olmayan rəhbərlər prosesi necə idarə edəcəklər? Naxçıvanı başsız qoyub paytaxta qaçmaqla, özü də gündə bir xəbər yaydırıb muxtar respublikda olduqları görüntüsünü yaratmaqla kimi aldadırlar? Axı Naxçıvanda yaşamaq, işləmək sizin üçün bu qədər çətindirsə, gedin, istefa ərizənizi yazın, Bakıda çalışmaq istəyinizi bildirin. Həftənin 5-ci günündən paytaxta qaçanlar, bayram tətilindən bir neçə gün də sonra Naxçıvana qayıdanlar öz hərəkətləri ilə göstərirlər ki, onların muxtar respublika əhalisinə xidmət etmək fikirləri yoxdur. Fikri paytaxtda qalan çalışdığı yerdə məhsuldar fəaliyyət göstərə bilməz.

TNS dəqiqləşdirib ki, Bakıdan Naxçıvana göndərilən yüksək vəzifəli şəxslərdən yalnız bir neçəsi bayram tətilini muxtar respublikada keçirir. Onlardan biri də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevdir. Biz naxçıvanlılara dəyər verib birinci bayram tətlini muxtar respublikada keçirdiyinə görə, cənab icra başçısına redaksiyamıza müraciət edən Naxçıvan sakinlərinin təşəkkürünü çatdırırıq.

Bəli, məsuliyyət hissini itirəndə belə primitiv formada gözdən pərdə asmağa çalışırlar.

Bu qədər də olmaz axı...







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29
• Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24
• AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21
• Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18
• DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42
• Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40
• Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35
• “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30
• Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27
• “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24
• Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17
• Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14
• "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11
• Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05
• Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57
• "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49
• İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46
• SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38
• “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36
• “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24
• Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21
• Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12
• Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00
• Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58
• Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57
• Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51
• “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49
• “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47
• Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30
• “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28
• Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27
• Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22
• AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru