“TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur” - ETİRAZ VAR...
Tarix: 14-01-2025, 00:14 | Çap et
 Göygöl rayon sakini Vəliyev Surxay Sultan oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Onun müraciətini olduğu kimi dərc edirik:
“Məlumat verim ki, 2022-ci il, may ayının 9-da beyin infarktı keçirmiş, ağır şəraitdə xəstəxanada yatmışam. Uzunmüddətli müalicələrdən sonra həm xəstəxana, həm də ev şəraitində proseduraları davam etdirmişəm ki, sağlamlığım bərpa olunsun. Amma təəssüflər olsun ki, sağlamlığım bərpa olunmayıb.
Sənədlərimi 10 saylı şəhər poliklinikasına təqdim etdim. Yoxlayandan sonra Əlillərin Bərpa Mərkəzinə göndərdilər. Lakin mənə imtina cavabı gəldi.
Təkrar yenə müraciət etdim. Məni müayinə etdikdən sonra 1 illik müddətinə 3-cü qrup əlillik təyin etdilər. Müayinə zamanı sağlamlığımın 40 faiz olduğunu bildirdilər. Lakin başımdakı zədələri sistemə vurmadılar.
Bildirim ki, xəstəliyimlə əlaqədar mənə verilən əlillik düzgün deyil. Əzələ zəifliyim 3.5 bal ilə qiymətləndirilmişdi. Lakin məni 4 balla sistemə vurublar. Çox yerə şikayət etmişəm. Təəssüflər olsun ki, şikayətimə baxılmır. Ən sonda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən mənə xəstəxanada yatmaq tövsiyə edildi. “Əgər ağırlaşma olarsa, əlilliyin dəyişilə bilər”, - dedilər. Daha sonra Dost Mərkəzindən məni Şirvan Reabilitasiya Mərkəzinə göndərdilər. Orada mənim qoluma 2.2, ayaqlarıma isə 3.3 bal yazdılar. Baş ağrılarımın, yüksək təzyiqimin olmasını da qeyd etdilər.
Bakıya gələndən bir neçə gün sonra vəziyyətim pisləşdi. Məni Tibbi Yardım maşını ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına aparıb, nevrologiya şöbəsinə yerləşdirdilər. Başımda ağrılar, əl-ayaq əsmələri və “panos” xəstəliyi aşkar olundu. Mən getdikcə nitqimi də itirirəm.
Dəqiqləşdirmək üçün Bakı Şəhər Elmi Tətqiqat İnstitutuna getdim. Orada da əzələ zəifliyimi 3 bal kimi qiymətləndirdilər.
Odur ki, sənədlərimi Nərimanov rayon 4 saylı şəhər poliklikasına təqdim etdim. Orada məni və həkimimi təhqir etdilər. Poliklinikada bildirdilər ki, mənə əlillik dərəcəsinin gücləndirilməsi düşmür. Hətta mənə bildirdilər ki, “kimə istəyirsən şikayət edə bilərsən”. Mən də Nazirlər Kabinetinə müraciət etdim. Nazirlər Kabinetindən sənədlərimi TƏBİB-ə göndərdilər. Təəssüflər olsun ki, TƏBİB-də işimə baxmır.
TƏBİB-dən bildirdilər ki, biz 4 saylı şəhər poliklinikasının qərarını ləğv edə bilmərik. Mənə orada akt təqdim etdilər. Bildirdilər ki, bal gücləndirilməsini verə bilmərik. Gərək 3 baldan aşağı olsun ki, biz 2-ci qrup əlillik təyin edək.
TƏBİB-dən heç bir soraq yoxdur. Mənə əvvəl dedilər ki, şikayətinizə baxılacaq. Təəssüflər olsun ki, işimə baxılmır. 2 ay müddətində mən bir neçə xəstəxanada yatmışam. Bu qədər haqsızlıq olar?! TƏBİB-ə gedirəm, deyirlər ki, xəstəxanada yat, yoxsa sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qəbul etməyəcək.
Bir sözlə, TƏBİB saxtakarlıq edir, mənim sənədlərimi sistemə vurmur. Məni məcbur edirlər ki, xəstəxanada yatmalısan.
Mənə deyirlər ki, başındakı zədələr sayılmır, əzələ zəifliyi hesablanır. Başa düşə bilmirəm, 4 saylı poliklinika TƏBİB-ə tabedir, yoxsa TƏBİB 4 saylı poliklinikaya?”
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, əməkdaşımıza bildirdi ki, Göygöl rayon sakini, 1965-ci il təvəllüdlü Vəliyev Surxay Sultan oğluna 29.03.2024-cü il tarixdə orqanizm funksiyalarının 40% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılıb:
“Vətəndaş əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı bir neçə dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani müayinə edilib.
Hər bir əyani müayinə zamanı S.Vəliyevin hazırki sağlamlıq vəziyyətinin Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizm funksiyalarının 40% pozulmasına görə1 il müddətinə əlillik təyinatına əsas verdiyi müəyyən edilib.
Qanunvericilik barədə vətəndaşın özünə də müvafiq izahatlar verilib”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Bu gün, 17:19 |
|
|
|
| • Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 17:17 |
|
|
|
| • SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Bu gün, 16:41 |
|
|
|
| • Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Bu gün, 16:37 |
|
|
|
| • YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Bu gün, 16:32 |
|
|
|
| • Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Bu gün, 16:27 |
|
|
|
| • Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Bu gün, 16:25 |
|
|
|
| • Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Bu gün, 16:17 |
|
|
|
| • Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Bu gün, 16:15 |
|
|
|
| • "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Bu gün, 16:08 |
|
|
|
| • LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Bu gün, 16:06 |
|
|
|
| • "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Bu gün, 16:03 |
|
|
|
| • “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Bu gün, 15:10 |
|
|
|
| • İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Bu gün, 15:08 |
|
|
|
| • “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Bu gün, 15:05 |
|
|
|
| • Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Bu gün, 13:46 |
|
|
|
| • “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Bu gün, 13:29 |
|
|
|
| • Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid
Bu gün, 13:24 |
|
|
|
| • AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb – FOTO
Bu gün, 13:21 |
|
|
|
| • Bakıda “MediHall Hospital”ın yerləşdiyi bina hərraca çıxarılır – Məbləğ məlum oldu
Bu gün, 13:18 |
|
|
|
| • DİM-də struktur dəyişikliyi aparılıb
Bu gün, 12:42 |
|
|
|
| • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
Bu gün, 12:40 |
|
|
|
| • Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
Bu gün, 12:35 |
|
|
|
| • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
Bu gün, 12:30 |
|
|
|
| • Azərbaycanda qoyunların sayı 15% azalıb, ət istehsalı isə 4% artıb - KƏSİB YEYİRİK...
Bu gün, 12:27 |
|
|
|
| • “İmişli” baş məşqçisi ilə yollarını ayırdı
Bu gün, 12:24 |
|
|
|
| • Məktəblər üzərindən Azərbaycana qarşı hansı oyun qurulur? - SENSASİON DETALLAR
Bu gün, 12:17 |
|
|
|
| • Fələstinin erməni əsilli naziri Bakıya gələcək
Bu gün, 12:14 |
|
|
|
| • "Bizə torpaq sahəsi verməyəcəkdilərsə, bizi bura niyə yığırdılar..." - ETİRAZ VAR!
Bu gün, 12:11 |
|
|
|
| • Şikayətçi müəlliməni yeni direktor da sevmədi... - GİLEY
Bu gün, 12:05 |
|
|
|
| • Təbrizli şeyx Pezeşkian ailəsinin azərbaycanca danışmasını fars şovinistlərinə qarşı müdafiə etdi… - VİDEO
Bu gün, 11:57 |
|
|
|
| • "Azərbaycan Sənaye Bankı"nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 11:49 |
|
|
|
| • İnvestisiya şirkətinə xanım direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • SOCAR İtaliyada yanacağın bahalaşmasını məhdudlaşdırır - AÇIQLAMA
Bu gün, 11:38 |
|
|
|
| • “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
Bu gün, 11:36 |
|
|
|
| • “Azərbaycan dövləti hicaba qarşı deyil” - REAKSİYA
Bu gün, 11:24 |
|
|
|
| • Lənkəranda kişi həyat yoldaşını və 3 yaşlı oğlunu bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • Həbsdəki vəkil ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 11:12 |
|
|
|
| • Sabiq icra başçısının həbsi: Ali Məhkəmə qərar verəcək - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
| • Putin sülh danışıqları üçün bütün Donbası istəyir - “Reuters”
Bu gün, 10:58 |
|
|
|
| • Vicdan əvəzinə qətnamələr: - Brüsselin ikiüzlülük teatrı
Bu gün, 10:57 |
|
|
|
| • Peşə mərkəzinə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 10:51 |
|
|
|
| • “Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı”
Bu gün, 10:49 |
|
|
|
| • “Azərbaycanlı olduğunu bilmirdim..." - Nəsimi və Ani işində yeni DETALLAR
Bu gün, 10:47 |
|
|
|
| • Pulla tutulan bələdiyyə sədrinə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dələduzluq edən şirkət rəhbəri qərardan - ŞİKAYƏTÇİDİR
Bu gün, 10:30 |
|
|
|
| • “Roşka” ləqəbli tiktokerə hökm oxunub - 3 il müddətinə...
Bu gün, 10:28 |
|
|
|
| • Dönərçi “Halal Food”u ifşa etdi – Foto
Bu gün, 10:27 |
|
|
|
| • Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR - "İllərdir həmin nəzərdə tutulan vəsaitləri..."
Bu gün, 10:22 |
|
|
|
| • AZAL ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub - DETALLAR
Bu gün, 10:14 |
|
|
|
|