Dövlətdən alınan kreditlər təyinatı üzrə xərclənmirsə... - Gədəbəydə "Elba" müəmması
Tarix: 29-11-2016, 08:28 | Çap et
 Gədəbəy dağ rayonudur. Üstəlik cəbhə bölgəsidir. Kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşıb. Rayonda ənənəvi olaraq mövcud olan heyvandarlıq, arıçılıq, kartofçuluq və bağçılıq insanların başlıca məşğuliyyəti olub. Müasir dövrdə isə rayonda bu sahələrin, eləcə də mineral su istehsalının genişləndirilməsi, istixanalar yaradılması, turizm və sair sahələrin inkişaf üçün geniş imkanlar mövcuddur. Elə dövlət başçısı möhtərəm İlham Əliyev cənablarının bir neçə il əvvəl digər cəbhəyanı bölgələr kimi Gədəbəy rayonuna da xüsusi önəm verməsi, rayona yeni magistral yol çəkdirməsi, burada filiz yataqlarının yenidən dirçəldilməsi sahəsində atdığı addımlar gədəbəylilər tərəfindən çox böyük razılıq hissi ilə qarşlandı. Bu gün rayonda məhz bu sahə və o cümlədən “Gədəbəy Mineral Suları” MMC, qızıl mədənləri normal istehsal fəaliyyətini davam etdirsə də, bir çox sahələrdə sükunət, ətalət hökm sürməkdədir. Halbuki bir neçə il əvvəl rayonda “Halal Qida” süd emalı zavodu, tərəvəz məhlsullarının tədarükü, saxlanlması və satışı kompleksi tikilib. Kompleksin ümumi dəyəri 4,1 milyon manat təşkil edir.
Bu layihəyə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,8 milyon manat güzəştli kredit verilib. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi xaricdə istehsal olunan avadanlıqla təchiz edilib. Hətta dövlət başçısı bu böyük istehsal müəssisəsinin açılışında iştirak edib. Lakin ölkə başçısının xeyir-duası ilə fəaliyyətə başlayan bu iri kompleksin təəssüf ki, işləri düyünə düşüb. Tutumu 10 min ton olan soyuducu anbar kompleksi Gədəbəy və ətraf rayonlarda yetişdirilən tərəvəzi bu anbarlarda itkisiz, keyfiyyətli şəkildə uzun müddət saxlamağa imkan versə də, fəaliyyətsizlik girdabına düşüb. Hollandiya texnologiyası əsasında qurulan istehsal sahəsi gündə 5 ton kartof emal etməyə imkan verdiyi halda, bu texnologiyadan hələ ki, faydalanan olmayıb. Burada kartofun yuyulması, çeşidlənməsi, habelə onun qabıqdan çıxarılması, doğranmış formalarda vakuum qablaşdrılması həyata keçirilməli idi. İstehsal olunan süd və kartof məhsulları daxili bazarla yanaşı, xarici bazara da çıxarmaq nəzərdə tutulmuşdu. Bu layihələrin icrası nəticəsində 74 nəfər işlə təmin olunacaqdı. Gündəlik 10 ton süd istehsal etməli olan süd zavodunda günün tələblərinə cavab verən texnologiya əsasında pendir, qatıq, xama və digər süd məhsulları istehsal olunması isə ancaq arzu olaraq qalır.
Hələ süd zavodunun gələcəkdə “Tetra Pak” şirkətinin avadanlıqları ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz qablaşdırma və daha uzun müddət saxlanma imkanları yaradlacaqdı. Bütün bunlar isə “Gədəbəy” brendi adı altında məhsul istehsalına hesablanmış olsa da, sən saydığını say, gör zavodun qapısından asılmış paslanmış qıfıl nə sayır. Bəli, səhv eşitmədiniz. “Elba” şirkətinin Gədəbəydə göz dağına çevrilmiş bu layihələrinin nə vaxt təyinatı üzrə fəaliyyətə başlayacağı kimsəyə bəlli deyil. Bəlkə də kompleks işə düşəndə artıq avadanlıqlar köhnəlmiş olacaq. Sahibkarlığa Kömək Fondu yenidən kredit ayıracaq yeni avadanlıqlar almaq məqsədilə. (?) Zavod yenə işsizlik girdabında çabalayacaq. Və bu hal sonsuzluğadək davam edəcək. Görəsən bu böyük layihələr niyə gözdən-könüldən uzaq düşüb? “Elba” şirkəti adı var, özü yox istehsalla kimin gözünə kül üfürür görəsən? Dövlətin milyonlarını havaya sovurmağa nə ad vermək olar? Dövlət başçısına beləmi arxa-dayaq olurlar? Rayonda bu böyük məsələ xoşagəlməz söz-söhbətə, rezonansa səbəb olub. Hətta deyilənə görə buradakı müasir avadanlıqlar artıq müxtəlif şirkətlərə icarəyə verilib. İnsanlara iş yeri gərəkdir. Rayon və ölkə iqtisadiyyatına töhfə vermək, respublikanın sayılıb-seçilən brendləri sırasında öz möhürünü vurmaq üçün isə qapıdan qara qıfılı açmaq, qollarını çırmayıb fəaliyyətə başlamaq gərəkdir. Bəs İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu verdikləri kreditlərin hara, necə xərcləndiyi, müəssisələrin gəlir-qazancı, kreditlərin vaxtında qaytarılması ilə maraqlanmalı deyilmi? Axı ölkədə baş verən Beynəlxalq Bankla bağlı kredit qalmaqalı heç hələ səngiməyib. Təbii ki, kreditlərə nəzarət etməli qurumlar artıq digər kredit verən təşkilatlarla da ciddi maraqlanmağa başlayıblar. Sahibkarlığa Yardım Fondunun və “Elba” şirkətinin də adının növbəti qalmaqallarda hallanmasını, kimlərinsə “qara qıfıllı” qaplar, dəmir barmaqlıqlar arxasında olmasını isə heç istəməzdik. İstədiyimiz ölkə başçısına verdikləri vədə əməl etmələri, layihələri reallaşdırmaq üçün əməli iş görmələridir. Hələlik bu qədər… Yazıda adıçəkilən tərəflərində mövqeyini dərc edə bilərik. (Dağlar.info)

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36 |
|
|
|
| • Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34 |
|
|
|
| • “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
| • Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29 |
|
|
|
| • Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27 |
|
|
|
| • Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
| • Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22 |
|
|
|
| • SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15 |
|
|
|
| • AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59 |
|
|
|
| • Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53 |
|
|
|
| • Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40 |
|
|
|
| • Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13 |
|
|
|
| • "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04 |
|
|
|
| • Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54 |
|
|
|
| • Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52 |
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
|