Gömrük Komitəsinin qapılarını qaçaqmala kim açır? - MÜƏMMA
Tarix: 8-12-2016, 09:35 | Çap et
 Bakıda ticarət mərkəzində partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində səyyar ticarətlə məşğul olan Cavanqulu Məmmədovdan 10000 ədəd, Fərid Qəmbərovdan isə 6000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb (moderator.az).
Qafqaz Xəbər Agentliyi olaraq bizdə sual yarandı ki, əgər bu məmulatlar qadağan olunubsa, ölkə ərazisinə necə keçirilib? Bu məsələni aydınlaşdırmaq üçün Gömrük Komitəsinin mətbuat xidmətin rəhbəri Natiq Axundova müraciət etdik.
“Pirotexniki vasitələrə qarşı mübarizə mütəmadi aparılır, yəqin ki, xəbərlərimiz barədə məlumatınız var. Müntəzəm olaraq buna qarşı mübarizə gedir” – deyə Natiq Axundov bildirdi. “Bu satışda varsa, necə olub gömrükdən keçib?” deyə müxbirimiz qeyd etdi.
“Mən sizə dedim ki, mütəmadi olaraq, buna qarşı mübarizə aparılır”, – Natiq Axundov əlavə elədi. “Mübarizə aparılıbsa bəs necə olub keçib, satışda var axı”, – deyə əməkdaşımız bildirdi.
“Qaçaqmalçılıq yolu ilə gətiriblər də… indi, kimsə gətirib bu yolla. Amma biz buna qarşı mübarizə aparırıq” ,-deyə mətbuat xidmətinin rəhbəri bildirdi. “Bəs onda necə olub görülməyib?, – deyə əməkdaşımız maraqlandı.
“Ola bilər, gömrük nəzarətindən kənar keçirilib gətirilib də bu…” ,– Natiq Axundov Qafqaznews-a bildirdi.
Müxbirimizin “Qaçaqmalçılıq yolu ilə gömrükdən keçirilib?” sualına DGK rəsmisi belə cavab verdi: “Gömrük nəzarətindən kənar keçirilmə cəhdləri olub”. “Onda qaçaqmalçılıq yolu ilə gömrükdən yox, sərhəddən keçirilib”? sualına “Siz indi nə eşitmək istəyirsiniz məndən? Ola bilər, müəyyən hallarda ola bilər… Yəni, gömrük nəzarətindən kənar… açın, qanunvericilikdən oxuyun “gömrükdən kənar” nə deməkdir”,– deyərək Natiq Axundov dəstəyi asdı.
Qaçaqmalçılıqla bağlı məsələni şərh etməsi üçün, hüquqşunas Elçin Sadıqova müraciət etdik. “Hər iki tərəfdən – həm gömrükdən, həm də sərhəd xidmətindən qeyri-qanuni mal keçirilməsi qaçaqmalçılıq adlanır” ,– deyə Elçin Sadıqov bildirdi. Biz bu məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti ilə əlaqə saxladıq.
“Burdan keçirilməyib, əgər keçirilsəydi, məlumat olardı, sərhədləri qoruyuruq. Qaçaqmalçılıqla necə keçirilə bilər ki?”, – deyə adını demək istəməyən DSX əməkdaşı ritorik sualla çıxış etdi. Bu məsələni hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Qafqaznews-a belə şərh etdi.
“Ölkəyə gətirilən mal həm sərhəddən keçir, həm gömrükdən. Dövlət Sərhəd Xidməti sənədləri yoxlayır, malı isə gömrükçülər… Son məlumat xoşagəlməz məlumatdır. Sadəcə olaraq, gömrükdə yaxşı yoxlama olmayıb. Bu Dövlət Gömrük Komitəsinin məsuliyyətsizliyidir. Komitənin məsuliyyətsizliyi qaçaqmalçılığa yol açır”, – deyə M.Qəhrəmanlı Qafqaznews-a vurğuladı.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18 |
|
|
|
| • Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11 |
|
|
|
| • Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03 |
|
|
|
| • Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02 |
|
|
|
| • Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01 |
|
|
|
| • “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49 |
|
|
|
| • İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46 |
|
|
|
| • Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43 |
|
|
|
| • Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40 |
|
|
|
| • İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38 |
|
|
|
| • “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36 |
|
|
|
| • Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34 |
|
|
|
| • “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
| • Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29 |
|
|
|
| • Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27 |
|
|
|
| • Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
| • Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22 |
|
|
|
| • SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15 |
|
|
|
| • AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59 |
|
|
|
| • Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53 |
|
|
|
| • Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40 |
|
|
|
| • Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13 |
|
|
|
| • "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04 |
|
|
|
| • Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54 |
|
|
|
| • Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52 |
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
|