“O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                 

Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Tarix: 11-03-2020, 09:52 | Çap et
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə...
Dünyada yayılmış koronavius (COVİD-19) infeksiyasının yaratdığı təhlükə ilə əlaqədar Azərbaycanda fəaliyyətdə olan bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qəbul olunmuş qərarın vaxtı 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) uzadıldı. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.Baş Nazir Əli Əsədovun bu məqsədlə imzaladığı sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb. Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumatlara görə “Martın 6-sı axşamadək 4250 təhsil müəssisəsində koronavirus təhlükəsinə görə dezinfeksiya işləri aparılıb”. Maraqlıdır, bəs bu tibbi-profilaktik işlərin aparılmasına nə qədər dövlət vəsiti xərclənib?

Aktualinfo.org -un apardığı araşdırmalara görə Təhsil Nazirliyi hər il respublikanı əhatə edən bütün təhsil müəssilərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin aparılması məqsədi ilə Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə dövlət vəsaiti ayırır. Sözügedən tibbi -profilaktik işlərin aparılması üçün tender elan olunur, dövlət satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq tender keçirilir,qalib müəyyən edildikdən sonra görüləcək işin icra olunması üçün müqavilə bağlanır və ayrılmış vəsaitlər həmin şirkətin hesabına köçürülür. Artıq birinci rübün başa çatmasına baxmayaraq 2020 ci ildə orta məktəblərdə tibbi-profilaktik və dezinfeksiyaedici işlərin aparılması üçün hələlik heç bir tender elanı olmayıb. Amma ötən ilin müvafiq dövrü üçün bu işlərin görülməsinə külli miqdarda dövlət vəsaitinin ayrıldığını görmüş oluruq.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən 29.01 2019-cu ildən 01.02 2019-cu ilə qədər,yəni 4 gün ərzində təhsil müəssisələrində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması üzrə 15 tender elan edib. Elan olunmuş hər bir tenderin dəyəri isə 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub.

Aktualinfo.org sözügedən tenderlərin elan olunma və açılma tarixlərini ardıcıllıqla oxuculara təqdim edir.

Sumqayıt, Şuşa şəhərləri, Abşeron, Xızı, Qubadlı, və Zəngilan rayonlarını əhatə edən Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 31.01.2019 və 14.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 18.03.2019 10:00 tarixində Sumqayıt şəhəri, Sülh küçəsi-3 ünvanında aparılacağı bildirilib. Lakin keçirilmiş tenderə ayrılmış dövlət vəsaiti açıqlanmayıb.

Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarını əhatə edən 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 29.01.2019 və 08.02 .2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 14.03.2019 10:00 tarixində Xaçmaz ş., H.Əliyev prospekti 7 ünvanında aparılacağı bildirilıb. Bu tender barədə də heç bir məlumat açıqlanmayıb.

İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarını əhatə edən 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 30.01.2019-cu il və 11.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 15.03.2019 10:00 tarixində İsmayıllı şəhəri, Nəriman Nərimanov küçəsi 36 ünvanında aparılacağı bildirilib. Tenderin qalibi və ayrılmış vəsait barədə heç bir məlumat verilməyib. Lakin Təhsil Nazirliyi İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 14.02.2018-ci ildə 92660.07 manat, 30.11.2017-ci ildə isə 46342.1 manat dövlət vəsaiti ayırıb.Hər iki tenderin qalibi isə “PROF-DEZ”MMC olub

Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 30.01.2019 və 11.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 15.03.2019 11:00 tarixində Oğuz şəhəri, Xətai küç. 29 ünvanında aparılacağı bildirilib.Tenderlərə ayrlmış vəsait və qalib şirkət haqqında heç bir məlumat verilməyib. Amma Təhsil Nazirliyi sözügedən rayonların orta məktəblərinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin satınalmasına üstündən iki ay keçdikdən sonra, 18.04.2017-ci ildə 42994, 07.12.2017-ci ildə isə 42858.19 manat vəsait ayırdığı barədə məlumatlar var. Bəlli olan hər iki tenderin qalibi isə “San-Prof”MMC olub.

Balakən, Zaqatala və Qax rayonlarını əhatə edən 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 29.01.2019 və 08.02.2019 (təkrar)-cu il tarixlərdə elan etdiyi tenderdə iddiaçıların təkliflərinin açılışı 14.03.2019 10:00 tarixində Balakən r-nu, H.Əliyev pr-ti 81 ünvanında aparılacağı bildirilib. Bu tenderə də ayrılmış vəsaitlər barədə heç bir məlumat yoxdur. Amma Təhsil Nazirliyi göstərilən rayonların orta məktəblərinin deratizasiya ,dezinseksiya və dezinfeksiya işlərinin satınalması üçün 02.04.2018-ci il tarixdə 69647.38 manat, 07.12.2017-ci ildə isə 31430.72 manat vəsait ayırıb. Bu tenderlərin də qalibi “PROF-DEZ” MMC olub

Ağstafa, Qazax və Tovuz rayonlarını əhatə edən 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 29.01.2019 və 08.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 14.03.2019 10:00 tarixində Ağstafa şəhəri, H.Əliyev prospekti 38 ünvanında aparılacağı bildirilib.Bu tenderlərin də keçirilməsi barədə heç bir məlumat yerləşdirilməyib. Amma Təhsil Nazirliyinin Ağstafa, Qazax və Tovuz rayonlarında orta məktəblərin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınaıması üçün 28.03.2018-ci il tarixdə elan etdiyi tenderi 76698.35 manat,qalibi isə “PROF-DEZ” MMC olub

Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarını əhatə edən 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 30.01.2019 və 11.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderlərdə iddiaçıların təkliflərinin açılışı 15.03.2019 10:00 tarixində Şəmkir şəhəri, Nizami küçəsi 53 ünvanında aparılacağı bildirilib. Bu tenderə də ayrılmış dövlət vəsaitləri məlum deyil. Amma Təhsil Nazirliyi qeyd olunan rayonların orta məktəblərində deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin satınalması üçün 28.03.2018-ci ildə 80418.42 manat, 07.12.2017-ci ildə isə 36173.1 manat dövlət vəsaiti ayırıb. Bu tendelərin də qalibi “PROF-DEZ” MMC olub.

Gəncə, Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy,Kəlbəcər və Xocalı rayonlarını əhatə edən 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 01.02.2019-cu il tarixdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 18.03.2019 10:00 tarixində Gəncə şəhəri, Atatürk prospekti 246 ünvanında aparılacağı bildirilib.Bu tenderə də ayrılmış dövlət vəsaitləri məlum deyil. Amma Təhsil Nazirliyi qeyd olunan rayonların orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 28.03.2018-ci ildə 94794.21 manat vəsait ayrılıb.Bu tenderin də qalibi “San-Prof” MMC olub.

Mingəçevir şəhəri, Yevlax,Ağdaş və Bərdə rayonlarını əhatə edən 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 30.01.2019 və 11.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı müvafiq olaraq 15.03.2019 10:00 tarixində Yevlax şəhər H.Əliyev pr-ti 95 ünvanında aparılacağı bildirilib. Lakin ayrılmış vəsait barədə heç bir məlumat açıqlanmayıb. Təhsil Nazirliyinin Yevlax, Mingəçevir, Ağdaş, Bərdə rayonlarında orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 28.03.2018-cü ildə 89043.27 manat, 01.12.2017-ci ildə isə 41489.77 manat dövlət vəsaiti ayırması barədə isə məlumatlar var.Bu tenderin də qalibi “San-Prof” MMC olub.

Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayonlarını əhatə edən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 31.01.2019 və 14.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 18.03.2019 10:00 tarixində Tərtər şəh., H.Əliyev pr.-4 ünvanında aparılacağı bildirilib. Təhsil Nazirliyinin sözügedən bu rayonların orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün əvvəlki illərdə keçirilmiş tenderlərlə bağlı məlumat açıqlanmayıb.

Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarını əhatə edən 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 29.01.2019 və 08.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 14.03.2019 10:00 tarixində Ucar şəhəri, H. Əliyev pr, 17 ünvanında aparılacağı bildirilib.Tenderin qalibi və ayrılmış vəsitlər açıqlanmayıb. Amma Təhsil Nazirliyinin sözügedən bu rayonların orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 28.03.2018-ci ildə 87971.36 manat vəsait ayırıb.Bu tenderin qalibi “PROF-DEZ” MMC olub.

Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarını əhatə edən 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 31.01.2019 və 14.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 18.03.2019 10:00 tarixində Sabirabad şəhəri, 20 Yanvar küçəsi-9 ünvanında aparılacağı bildirilib.Tenderin qalibi və ayrılmış vəsitlər açıqlanmayıb. Lakin Təhsil Nazirliyi sözügedən bu rayonların orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 28.03.2018-ci ildə 97432.88 manat, 07.12.2017-ci ildə isə 48718.52 manat dövlət vəsaiti ayırıb. Bu tenderlərin də qalibi “PROF-DEZ” MMC olub

Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarını əhatə edən 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 31.01.2019 və 14.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 18.03.2019 10:00 tarixində Salyan ş., Ə.Hüseynov küç.-2a ünvanında aparılacağı bildirilib. Tenderin qalibi və ayrılmış vəsitlər açıqlanmayıb. Lakin Təhsil Nazirliyi sözügedən bu rayonların orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 18.04.2018-ci ildə 79375.3 manat, 07.12.2017-ci ildə isə 35616.74 manat dövlət vəsaiti ayırıb. Bu tenderlərin də qalibi “PROF-DEZ” MMC olub

Masallı, Yardımlı və Cəlilabad rayonlarını əhatə edən 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 31.01.2019 və 14.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 18.03.2019 10:00 tarixində Masallı şəhəri, H. Əliyev pr. 34 ünvanında aparılacağı bildirilib. Tenderin qalibi və ayrılmış vəsitlər açıqlanmayıb. Lakin Təhsil Nazirliyi sözügedən bu rayonların orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 17.04.2018-ci ildə 67354.05 manat, 07.12.2017-ci ildə isə 48330.35 manat vəsait ayırıb. Bu tenderin də qalibi “San-Prof” MMC olub.

Lənkəran, Astara, Lerik rayonlarını əhatə edən 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 30.01.2019 və 11.02.2019(təkrar)-cu il tarixlərdə elan olunmuş tenderdə iddiaçıların təkliflərinin açılışı 15.03.2019 10:00 tarixində Astara şəhəri, Azərbaycan küçəsi 15 ünvanında aparılacağı bildirilib. Təhsil Nazirliyinin sözügedən bu rayonların orta məktəblərində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalması üçün 07.12.2017-ci ildə 49294.32 manat dövlət vəsaiti ayırdığı bəlli olur.Bu tenderlərin də qalibi “PROF-DEZ” MMC olub.

Qeyd edək ki, “PROF-DEZ” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ev 15 olan MMC-nin qanuni təmsilçisi Rəhimov Yusif Əlimədəd oğludur. Nizamnamə kapitalı 10 manat olan MMC-nin respublikanın hər yerindən dövlət sifarişi alması çox maraq doğurur.Bu tenderlərin digər qalibi olan “SAN PROF” Məhdud Məsuliyyətli Cəmiyyəti Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.08.2016 dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Binəqədi rayonu, Heydər Hüseynov, ev 11 A, olan MMC-nin qanuni təmsilçisi Abayev Süleyman Osman oğludur. Nizamnamə kapitalı 50 manat olan MMC Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan, içməli su üçün nəzərdə tutulan çənlərin təmizlənməsi, yuyulması və dezinfeksiyası xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş 0nlarla kotirovka sorğularının da qalibi olub.Qanuni təmsilçisi Suleyman Abayevin isə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 179.3.2-ci, maddələri ilə, (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama— külli miqdarda törədildikdə) cinayət məsuliyyətinə cəlb olunması,məhkəmələrin keçirilməsi barədə elektron məhkəmə sistemində məlumatlar var.

Göründüyü kimi Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən təkcə 2019-cu ildə 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox ümumilikdə 15 tender elanı verilib. Bu tenderlərin elan olunma və açılması tarixləri bəlli olsa da nəticələri barədə bütün məlumatlar gizlədilib. Təhsil Nazirliyinin rəsmi portalında belə bir çox satınalmaların nəticələri barədə elanlar yerləşdirilsə də,dezinfeksiya işlərini aparılması üçün keçirilmiş tenderlərin nəticələri və bağlanmış müqavilələlər barədə heç bir məlumat verilməyib.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin portalından isə məlumatların çıxarılması, silinməsi və yaxud da gizlədilməsi maraq doğurur.

Aktualinfo.org burada diqqət çəkən bir məqamı da oxucuların diqqətinə çatdırmaq istəyir. Bu da elan olunmuş tenderlərin Təhsil naziri Ceyhun Bayramovun gəlişindən sonra həyata keçirilməsidir. Qeyd edək ki, Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Təhsil naziri təyin olunub.Burada diqqət çəkən məqam 2017- 2018-ci illərdə, aprel ayına qədər elan olunmuş tenderlərin az məbləğdə olmasıdır. Ceyhun Bayramovun nazir təyin edildməsinin bir ili tamam olmamış orta məktəblərin dezinfeksiya, dezinseksiya və deratizasiya olunmasına külli miqdarda dövlət vəsaitinin ayırması maraq doğurur. Elan olunmuş hər bir tenderi minimum 3 milyon ABŞ dolarının manat ekvivalenti ilə götüsək, qeyd edilən işlərə Yeni nazir tərəfindən umumilikdə 75 milyon manata yaxın dövlət vəsaitinin ayrılmasını görmüş oluruq. Xüsusilə qeyd etmək istərdik ki, tenderlərin məbləği elanlarda göstərilmədiyindən bunlar tərəfimizdən aparılan təxmini hesablamalardır. Burada ayrılmış vəsaitlər daha da çox ola bilər,nəinki az. Çünki satınalamalar haqqında qanuna görə kiçik həcmli dövlət sifarişləri müsabiqə,koturovka sorğuları ilə həyata keçirilir. Amma 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tenderlərdə iddiaçıların sayı minimum 3 olmalı, maddi-texniki bazası olmalı,tenderə sərfəli qiymət təklif edən şirkətlə müqavilə bağlamaladır.

Ayrılmış vəsaitlərlə müqayisədə, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülməsi üçün konkret qiymətə gəldikdə. Bu günlərdə Bakı şəhər Dezinfeksiya Mərkəzindən Bizimyol.info-ya verilən məlumata görə istənilən şəxs, istənilən ərazini, sahəni bir kavdratmetrinə 48 qəpik ödəməklə dezinfeksiya etdirə bilər. Bir kvadratmetr sahəni 48 qəpiyə dezinfeksiya etdirmək mümkünsə Təhsil Nazirliyinin ayırdığı milyonlara nə qədər ərazidə tibbi- profilaktik işlər aparmaq olar? Məsələnin digər tərəfi isə kənd məktəblərində ümumiyyətlə bu işlərin aparılıb,aparılmamasındadır. Maraqlandındığımız,və soruşduğumuz bütün tanıdıqlarımızın dediklərinə görə kənd məktəblərində dezinfeksiya işlərinin aparılmasını ümumiyyətlə görməyiblər.Bakı şəhər məktəblərinin isə dezinfeksiya olunmasına ümumiyyətlə vəsait ayrılmayıb. Elanlardan da görsəndiyi kimi bütün vəsaitlər ancaq rayonlara ayrılıb. Niyə məhz rayonlar? Bəs ayrılmış bu qədər vəsait hara xərclənib? Çox istərdik aidiyyatı orqanlar məhz bu məsələnin üzərində düşünsün,araşdırsın.
Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru