"“Azəriqaz” rəhbərliyi Mehriban Əliyevanı da aldadıb, bizi müddətli işə götürüb" - Uşaq evinin məzunu NARAZILIQ EDİR
Tarix: 17-04-2021, 08:54 | Çap et
 "Məni və mənim kimi uşaq evlərindən olan bir neçə məzunu şəxsən Mehriban Əliyevanın göstərişi ilə müddətsiz müqavilə əsasında işlə təmin etməliydilər. Ancaq "Azəriqaz” rəhbərliyi Mehriban Əliyevanı da aldadıb, bizi müddətli işə götürüb. Nəticədə, müqavilənin müddəti bitdikdən sonra işdən azad olunmuşuq”.
İşsizlik problemi ilə qarşılaşanlardan biri də uşaq evlərinin məzunlarıdır. Onlar uşaq evləri, internat müəssisələrini tərk etdikdən sonra nə edəcəklərini, harada qalacaqlarını, tələbatlarını necə qarşılayacaqlarını bilmirlər. Bu səbəbdən uşaq evlərindən məzun kimi ayrılan belə şəxslər çox vaxt küçə həyatı yaşamalı olurlar.
"Mehriban Əliyeva məsələyə əl qoydu”
Zair Mirzəyev də 3 saylı uşaq evinin keçmiş məzunlarındandır. 2007-ci ildə uşaq evini tərk etdikdən sonra uzun illər özünə iş, yatmağa yer axtarmalı olub. Nəhayət, günlərin bir günü o, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib. Fondun təşəbbüsüylə Zair Mirzəyev və onunla birlikdə uşaq evinin məzunu olmuş daha üç nəfər 2016-cı ildə SOCAR-ın Qobustandakı təlim-tədris mərkəzinə qəbul edilib. Zair Mirzəyevin sözlərinə görə, mərkəzdə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlik təhsili alıb. 6 aylıq təhsili başa vurduqdan sonra onlar "Azəriqaz”ın Bakı Regional Qaz Satış Departamentində ştatdankənar işə başlayıblar. 2018-ci ildə işçi kimi ştata götürülüblər. "Azəriqaz” uşaq evinin məzunları olaraq onlarla müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda, müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin müddəti bitdikdən sonra isə həmin işçilər ixtisara düşüblər.

Zaur Mirzəyev
"Tək bizi yox, onu da aldatdılar”
Zair Mirzəyev sözünə davam edir:
"Bizimlə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi üzrə (əmək müqaviləsi müddətsiz bağlanmalıdır) müqavilə bağlanmalıydı. Ancaq saxtakarlığa yol verərək, həmin maddənin 1-ci hissəsi (müddətli) üzrə əmək müqaviləsi bağlayıblar. Müqavilənin müddəti bitdikdən sonra Əmək Məcəlləsinn 68-ci maddəsinin b bəndini (əmək müqaviləsinin müddətinin qurtarması) və Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsi (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir) ilə ixtisara düşmüşük. Mən iki maddəylə ixtisara salıblar. Bu isə Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinin (əmək müqaviləsinə yalnız bir əsasla xitam verilməlidir) pozulması deməkdir. Sözüm ondadır ki, bu qurumun rəhbərliyi heç Birinci vitse-prezident Mehriban Əliyevanın da göstərişlərini nəzərə almır. Uşaq evinin məzunlarını daimi işlə təmin etməli olduğu halda, gözdən pərdə asmaq üçün 1 il - 1 il 6 ay işlətdikdən sonra "söhbətin köhnəldiyini” düşünüb, altdan-altdan işçini çölə atır”.
İş məhkəmədədir
Zair Mirzəyev deyir, "Azəriqaz” Mehriban Əliyevanın tapşırığı ilə işə götürülmüş uşaq evinin dörd məzununa qarşı eyni addımı atıb.
Bu ilin fevralından Zair Mirzəyev və "Azəriqaz”dan işdən çıxarılmış uşaq evinin digər üç məzunu işsiz qalıb. Zair Mirzəyev işə bərpa ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası təmin olunmayıb. O, qətnamədən apelyasiya şikayəti verib. İşini itirməklə o, dolanışıqdan da məhrum olub. Bir tərəfdən də ölkədə hökm sürən pandemiya rejimi ona iş tapmaqda çətinlik yaradıb.
"Azəriqaz”ın Bakı Regional Qaz Satış Departamentindən bildirilib ki, Zair Mirzəyev məhkəməyə müraciət edib və məhkəmə hansı qərarı qəbul etsə, qurum da onu icra edəcək. //qlobal.az//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
|