İran XİN-dən Azərbaycanda hicab məsələsinə .....                     Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi .....                     “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib .....                     Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? .....                     “Azərbaycan bizə yardım göndərdi” .....                     “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi .....                     DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi .....                     Azərbaycanda daha bir lombard şirkəti .....                     İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                 

"Çox böyük sevgi yaşadım, anası bizi ayırmaq üçün əlindən gələni etdi..."
Tarix: 6-01-2021, 09:22 | Çap et
"Çox böyük sevgi yaşadım, anası bizi ayırmaq üçün əlindən gələni etdi..."
Tanınmış aktrisa Meral Konratın Moderator.az-a müsahibəsini təqdim edirik:

- Meral xanım, müsahibəmizə başlamazdan öncə sizi salamlayıram. Necəsiniz?

- Təşəkkür edirəm, siz yaxşı olasız. İnşallah ki, yaxşısız. Mən də sizin vasitənizlə Azərbaycandakı bütün sevənlərimi salamlayıram.

- Siz iki qardaş ölkənin sənətçisi sayılırsız.. Həqiqətən də Azərbaycanda sevənləriniz, pərəstişkarlarınız çoxdur.

- Bəli, həqiqətən elədir, mən iki ölkənin sənətçisiyəm. Mən Azərbaycanı, Bakını, ordakı insanları çox sevirəm. Yaxşı ki, varsınız! Füsrətdən istifadə edib sizi qələbə münasibəti ilə də təbrik edirəm. İnşallah ki, bu xəstəlik bitər və mən də işğaldan azad edilmiş torpaqlara ayaq basaram.

- Türkiyədə koronovirus getdikcə artır. Siz özünüzü necə qoruyursunuz?

- Çox təəssüf ki, bütün dünyada olduğu kimi Türkiyədə də koronovirus xəstəliyi getdikcə artır. Hələ də bu xəstəliyin ciddiliyini başa düşməyən insanlar var. Əslində onlardan çox şey tələb olunmur, sadəcə maska taxmaq, əlləri yumaq və məsafə saxlamaq istənilir. Təəssüf ki, insanlar məsafə saxlamırlar, marketə gedirəm, görürəm ki, camaat üst-üstədir. Belə olan halda koronovirusa da yoluxarsan, digər xəstəliklərə də. Biz hazırda 3-cü dünya müharibəsini koronovisurla yaşayırıq.

- Hal-hazırda filmlərdən sizə dəvət gəlir?

- Bəli, əlbəttə dəvətlər gəlir. Amma mən son 4-5 ildir teatra üstünlük vermişəm. Çalışdığım teatr qastrol səfərlərinə ən çox gedən sənət ocağıdır. Film və serial təklifləri də gəlir, fikirləşirəm ki, bu qədər vaxt gözləmişəmsə daha yaxşı bir layihə olsun. Daha yaxşısı ilə sevənlərimin qarşısına çıxmaq istəyirəm.

- Azərbaycanda hansı obrazı oynamaq istərdiniz?

- Mən Türkiyədə bir çox film və seriallarda baş rollarda çəkilmişəm. Azərbaycandan da mənə rol təklifləri gəlib, amma mən sizin “Təhminə” filmində baş rolu oynamışam. Bu film çox sevildi, mən daha da məşhurlaşdım. Gələn dəvətlər Təhminə rolundan üstün olmalı, aşağı olmalı deyil. Əfsuslar olsun ki, hələ ki, belə bir təklif gəlməyib.

- “Təhminə”-nin yenidən çəkilməsini istərdiniz?

- “Təhminə”-nin yenidən çəkilməsi üçün Rasim Ocaqovun sağ olması lazımdır. Allah ona rəhmət etsin! O bu filmi beynində çəkib, kameranın yaddaşına köçürdü. Ağlıma gətirə bilmirəm ki, bu filmi hansısa rejissor onun qədər möhtəşəm çəkə bilsin. Davamı olaraq “Təhminə 2” çəkilə bilər, “Təhminə” yenidən çəkilə bilməz. “Təhminə” musiqisi, ssenarisi, rejissoru, aktyorları ilə sevildi. Filmin hər sözü, hər kəlməsi yaddaqalan oldu. “Təhminə” real həyatdan götürülüb, bu həyatı yaşayan qadınların Allah köməyi olsun. O, sevgisi üçün çox fədakarlıq göstərir. Çox təsirlidir. O vaxt filmin qalasında göz yaşlarımı tuta bilmədim, hönkürtü ilə ağladım.

- Bu hekayədə sizcə günahkar kim idi?

- Günahkar əlbəttə ki, Zaurun ana və atası idi. Valideynlər bəzən övladlarının gələcək həyatları ilə oynayır, özləri istədiyi həyatı onlara yaşatmaq istəyirlər. Zaurun anası bizi ayırmaq üçün gələn hər şeyi etdi. Bu çox üzücü idi.

- Müsahibələrinizin birində bildirmisiz ki, film öz səsimlə çəkilib. Axı sizi bizim dublyaj aktrisamız Nəcibə Hüseynova səsləndirib...

- Bəli, “Təhminə” filmi mənim səsimlə çəkildi. Yadımdadır ki, Azərbaycan dilini əzbərləmişdim. Təbii ki, daha sonra bəzi yerlərə dublyaj edildi. Nəcibə xanımla da tanışam, ona da təşəkkürümü bildirirəm.

- “Təhminə” filminin iki dəfə çəkilməsinə səbəb nə olmuşdu?

- Bir dəfə çəkildi və lent yandı. Ona görə də ikinci dəfə mən Türkiyədən qayıtdım və filmi çəkdik. Fəxrəddin Manafovdan əvvəl Zaur obrazını rus bir aktyor oynamışdı, amma rejissor onu bəyənməmişdi. Nə yaxşı ki, Zaur obrazını Fəxrəddin oynadı.

- Filmin ən çox sevdiyiniz səhnəsi hansıdır?

- Mənim üçün filmin bütün səhnələri gözəldir. Oradakı Meral yox, Təhminədir. Duyğulandığım, kövrəldiyim səhnələr də olmuşdu.

- Həyatınızda Təhminə kimi sevgi yaşamısız?

- Yaşadığım çox böyük eşq var idi, onu itirdim. Mən hələ də o sevginin təsirində qalmışam.

- Şəxsi həyatınızda hazırda kimsə varmı?

- Hal-hazırda həyatımda kimsə yoxdur! Çünki o dəyərli insanı təəssüf ki, tapmamışam. Həyatımdakı insan həqiqətən də adam kimi adam olmalıdır. Yalnız bundan sonra mən onunla evlənə bilərəm. Bu yaşıma qədər evlənməyi düşünmürdüm, amma dediyim kimi bir adam qarşıma çıxarsa evlənməyi düşünərəm. Talibmi var mənə? Talib varsa düşünərəm (gülür). Yaşıma uyğun biri olsun, uşaq olmasın (gülür). Bir həftə öncə də bir evlilik təklifi almışdım.

- Hansı pis vərdinişiniz var?

- Mənim pis vərdişlərim yox idi, bir tək siqaret çəkməkdən başqa. Təhminə roluna çəkiləndə siqaret çəkə bilmirdim. Bu filmdən sonra siqaret çəkməyi öyrəndim. Artıq bir neçə ildir ki, siqareti tərgitmişəm. Sağlam həyat tərzi yaşayan sənətçiyəm. Gündəlik idman edirəm, sağlıqlı qidalanıram.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İran XİN-dən Azərbaycanda hicab məsələsinə REAKSİYA
Bu gün, 19:07
• Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə cəza verildi
Bu gün, 19:05
• “Məclis.info” saytının rəhbəri İmran Əliyevə 12 il iş istənilib
Bu gün, 19:04
• Azərbaycanda Aİ-92 markalı benzin keyfiyyətsizdir? - AKTUAL
Bu gün, 19:01
• “Azərbaycan bizə yardım göndərdi” - Kolivənd XATIRLATDI
Bu gün, 18:50
• “Çılgın Dondurmacı” ilə bağlı qərar verildi
Bu gün, 18:47
• DOST Agentliyindən "Bakı Metropoliteni"nə rəis keçdi - BUNDAN SONRA...
Bu gün, 18:39
• Azərbaycanda daha bir lombard şirkəti – YARADILIB
Bu gün, 18:37
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Bu gün, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Bu gün, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Bu gün, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Bu gün, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Bu gün, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Bu gün, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Bu gün, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Bu gün, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Bu gün, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Bu gün, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Bu gün, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Bu gün, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Bu gün, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Bu gün, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru