“Bayatı-Şiraz” bir fəxri ada dəymirmi?! - Hansı tərəfdən baxsan Tacir Şahmalıoğlu haqlıdı
Tarix: 8-01-2021, 14:30 | Çap et
 Tacir Şahmalıoğlu incikdi; “Bayatı-Şiraz” bir fəxri ada dəymirmi?!. Dəyir, Tacir bəy, dəyir! Hələ ondan da ötəsinə dəyir! Fəqət, hansı fəxri ad “Bayatı-Şiraz”a yetər? Məsələ bu. Yenə də hansı tərəfdən baxsan, Tacir Şahmalıoğlu haqlıdı.
11 yaşı olub Tacir “Bayatı-Şiraz”ı ifa edəndə. 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Mən mahnı qoşuram” filminə də Taciri dəvət ediblər.
O vaxtlar kəndlərə, bölgələrə səfər edib istedadlı uşaqları üzə çıxarırdılar. Filmdə bu mövzu da var. Tacir də istedadlı uşaqlardan biridir və ifası ilə hamını heyran edir. “Bayatı-Şiraz”a, həm də bir uşağın şaqraq ifasında kim məftun olmaz ki?!
Yəni, Tacir o vaxtın Taciridi. 40 ildən artıqdı Qarabağı səsində, ifasında yaşadan sənətkardı.
Fəxri ad alanlardan geridə qalması əlbəttə onu incidə bilər.
Tacir Şahmalıoğlu özü bu məsələ ilə bağlı video-müraciətini paylaşıb. Bundan sonra da sosial şəbəkədə geniş müzakirələr başlayıb. Qazi Rey Kərimoğlu Tacirin incikliyini əsaslı sayır və fikirlərini də feysbuk üzərindən paylaşıb:
- 30 illik işğal zamanı Qarabağı unutmağa qoymayan, yaddaşlarda, düşüncələrdə saxlayan əsas ifa və səs sahibi Tacir də dövlət təltifi haqq edir, məncə! Tacirin ifa tərzi mənlik deyil. Amma onun illər əvvəl ifa elədiyi möhtəşəm və təkrarsız "Bayatı-Şiraz"ı tarix boyu qalacaq!
Ad yazmıram, axı bu ölkə üçün heç nə etməyən, Tacirdən qat-qat aşağı səviyyəli ifaçılara Xalq artisti adı verilib! Verilsin, amma bunu da unutmaq olmaz axı! Axırda özü məcbur olub dilə gəldi! 50 ildir Azərbaycanı, 30 ildir həm də Qarabağı belə uğurla təbliğ edən ikinci bir səs, ifa yoxdur!
Ümid edirəm ki, vicdanlı və ədalətli məmurlar məsələni cənab Prezidentimizə çatdıracaq! Unutmayaq, 44 günlük savaşda Tacir də "Bayatı-Şiraz"ı ilə döyüşdü!
Paylaşıma reaksiya verənlər də çoxdur: Azər Qasımov:
Mən də o fikirdəyəm ki, Tacirin "Bayatı-Şiraz"ı Qarabağın 30 ildən çoxdu dərdini dünyaya çatdırır. Tacirə ad verilməlidi. Kiməsə veriblər, yaxşı eləyiblər, buna da verilməlidi.
Rəşad Göndəlov:
Konkret olaraq "Bayatı-Şiraz"ı çox əla ifa edib. Təkrarsız...Rəsmən adamın ürəyinə toxunur.
Elşən Məmmədov:
Niyədə olmasın, 100 faiz haqlıdı. Tacirə ad verilməlidi. O bu haqqı çoxdan qazanıb.
İlqar Tağı:
Tacir öz ifa üslubu və məktəbi olan yüksək səviyyəli müğənnidir. O, uşaqkən belə, bu adı qazanıb. İndi də o, müğənnilərin favoriti olan birisidir. Ona Xalq artisti adı verilməlidir, o buna çoxdan layiqdir.
Xanoğlan Əliyev:
Ay qardaş, sənin adının üstündə "Bayatı-Şiraz" Tacir var. Neynirsən adı?
Qulu Teymuroglu Əliyev:
Əlbəttə, haqqındır. Sənəti olmayanlar ad alıb. Milli muğamlarımız "Muğam star" və s. festivallarda Tacir bəyin "Bayatı-Şiraz"ı ilə başlanır. Hətta Vətən müharibəsindəki qələbəmiz də Tacir bəyin avazı ilə elan edildi. Mən inanıram ki, Ali Bas Komandanımız Tacir bəyin səsinə bir titulla səs verəcəkdir! İnşallah!
Əşar Hümmətov:
"Bayatı-Şiraz"la irəli, Müzəffər Ordumuz.
Məmmədalıyev Allahverdi:
Qədirin “Sona bülbüllər”ini, Tacirin "Bayatı-Şiraz"ını heç kəs oxuya bilməz. Bütün müharibə dövründə Tacirin "Bayatı-Şiraz"ı döyüşdü, hər gün bir yeni dastan yazdı.
Fəxrəddin Hacıbəyli:
Tacirin o ifası həm də Qarabağ(sızlığ)ın simvolu, rəmzi səsi, yanğısı idi və bu mədəniyyət tariximizdə qalacaq. Mən onu Şuşaya götürüb orada canlı bir ifasını lentə almağın, orada onunla bir müsahibə edilməsini uyğun görərdim, belə bir layihə edilsə, bunu ürəkdən alqışlayardım, sevərək baxar, dinləyərdim.
İctimai rəydə simvollaşdırılmış, bəlli bir hiss, duyğuyla assosiasiya olunmuş şəxslər var, onlara diqqət ictimai rəydə yaxşı reaksiya doğurardı.
Tacir Şahmalıoğlunun video-müraciətiylə bağlı millət vəkili Aqil Abbas fikirlərini “Şərq”lə bölüşdü: - Milli Ordumuz Tacirin səsinin ardına düşdü və o səsi Şuşada tapdı. Ordumuz həm də Tacirin səsiylə döyüşdü.
Amma Tacirin fəxri ad istəməyi səhvdi. Verirlər, versinlər. Amma Tacir fəxri adsız da Tacirdi! O qədər xalq artisti adı veriblər ki, adın daşıdığı məna da itib.
Mənim üçün Qədir Rüstəmov, Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov… xalq artisti deyillər. Onlar sənətkardılar. Sənətkarlara başqa fəxri ad verilməlidir. Nəsə başqa bir ad tapmaq lazımdı.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Bu gün, 17:39 |
|
|
|
| • Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Bu gün, 17:34 |
|
|
|
| • Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Bu gün, 17:28 |
|
|
|
| • Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Bu gün, 17:22 |
|
|
|
| • “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Bu gün, 17:20 |
|
|
|
| • "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Bu gün, 17:09 |
|
|
|
| • TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Bu gün, 17:04 |
|
|
|
| • Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02 |
|
|
|
| • Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46 |
|
|
|
| • İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40 |
|
|
|
| • Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38 |
|
|
|
| • SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31 |
|
|
|
| • AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29 |
|
|
|
| • Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28 |
|
|
|
| • "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24 |
|
|
|
| • Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18 |
|
|
|
| • Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14 |
|
|
|
| • Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53 |
|
|
|
| • Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49 |
|
|
|
| • General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42 |
|
|
|
| • Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36 |
|
|
|
| • Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22 |
|
|
|
| • Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14 |
|
|
|
| • Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07 |
|
|
|
| • Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05 |
|
|
|
| • Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59 |
|
|
|
| • İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56 |
|
|
|
| • Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54 |
|
|
|
| • Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48 |
|
|
|
| • Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42 |
|
|
|
| • Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41 |
|
|
|
| • Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38 |
|
|
|
| • Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35 |
|
|
|
| • Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25 |
|
|
|
| • Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22 |
|
|
|
| • 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25 |
|
|
|
| • Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23 |
|
|
|
| • Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19 |
|
|
|
| • ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10 |
|
|
|
| • Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05 |
|
|
|
| • “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55 |
|
|
|
| • Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45 |
|
|
|
| • Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42 |
|
|
|
| • Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39 |
|
|
|
| • Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37 |
|
|
|
| • “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33 |
|
|
|
| • Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27 |
|
|
|
| • Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24 |
|
|
|
| • Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
| • TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19 |
|
|
|
|