Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ .....                     Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib .....                     “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” .....                     Deputatdan sərt etiraz: .....                     “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi .....                     “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb .....                     BŞİH-in qışa hazırlığı bahalaşıb? .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? .....                     "103"lə bağlı ciddi problem... .....                     Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                 

"Tezliklə teatrın fəaliyyətini tam bərpa edə bilərik"
Tarix: 7-06-2021, 08:49 | Çap et
"Tezliklə teatrın fəaliyyətini tam bərpa edə bilərik"
Ordumuzun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi həm milli qürurumuzu bərqərar etdi, həm də bizləri 30 il həsrətini çəkdiyimiz o torpaqlara qovuşdurdu. Azad edilən torpaqların hər qarışı əziz və müqəddəs olsa da, Qarabağın “baştacı” sayılan Şuşanın yeri hər zaman könüllərdə bir ayrı olub. Şuşa şəhəri tarixən ölkəmizin tarixi-mədəni həyatının mühüm mərkəzlərindən biri hesab edilib. Bu gün mədəniyyətimizin paytaxtı olan şəhər özünün yetişdirdiyi mütəfəkkirlər ilə Azərbaycan mədəni irsinə dərin töhfələr verib. Əzəli və əbədi yurdumuzda işğaldan öncə müxtəlif mədəniyyət ocaqları elm mərkəzləri fəaliyyət göstərib. Belə mərkəzlərdən biri də 100 ilə yaxın tarixi olan Şuşa Dövlət Musiqili Dram Teatrıdır.

Hafta.az-ın əməkdaşı Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı, əslən Şuşadan olan Yaşar Muradov ilə həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik:

- Yaşar bəy, işğal müddəti ərzində teatrın fəaliyyəti ilə bağlı nələri deyə bilərsiniz?

- Şuşa Dövlət Musiqili Dram Teatrı işğaldan sonra 1993-cü ildən, 2006-cı ilə qədər Bakıda - Gənc Tamaşaçılar Teatrının binasına yerləşmişdi. 2006-cı ildən etibarən isə ovaxtkı Mədəniyyət nazirinin əmri ilə “Savalan” kinoteatrı (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 6) Şuşa teatrının balansına verildi. Daha sonra, 2014-cü ildə cənab Prezidentin “Teatrların yenidən qurulması və inkişafına dair proqramına” əsasən bina təmirə dayandırıldı. 4 il sonra - 24 dekabr 2018-ci ildə binanın rəsmi açılışı baş tutdu. Həmin dövrdən etibarən yenidən fəaliyyətimizi davam etdirdik. Təmir müddətində bina olmasa belə, müxtəlif tamaşalar hazırlanırdı. Mədəniyyət Nazirliyinin tapşırığına əsasən, bir sıra şəhər teatrları binasında tamaşalarımız oynanılır, həmçinin rayonlara, xüsusən də cəbhə bölgələrinə qastrol səfərlərimiz təşkil edilirdi.

- Bəs son illərdə, xüsusən də yeni bina istifadəyə verildikdən sonra hansı işlər görüldü? Pandemiya teatrın fəaliyyətinə nə cür təsir göstərdi?

- 2018-ci ildən sonra yeni binada repertuarımız daha da zənginləşdirildi. Əvvəllər qənaətbəxş olmayan uşaq tamaşaları xeyli inkişaf etdirildi. Pandemiya şəraiti ilə bağlı yeni binada fəaliyyət müddətimiz elə çox olmasa da, artıq xeyli iş görməyi bacarmışıq. Pandemiya ilə əlaqədar sonuncu tamaşamız 6 mart 2020-ci ildə oynandı. Ardınca isə elə də məhsuldar olmayan onlayn fəaliyyət dövrü başladı. Hər sahədə olduğu kimi, bu vaxt ərzində bizdə də durğunluq yaranıb. Sosial şəbəkələrdə müxtəlif tamaşalardan videoçarxlar paylaşılsa da, tamaşaçı ilə canlı ünsiyyət sənəti olan teatr üçün bu hal heç də ürəkaçan sayılmır. Ümid edirəm, tezliklə COVID bəlasından yaxa qurtarıb teatrın fəaliyyətini tam bərpa edə bilərik.

- Dediniz ki, son illərdə uşaq tamaşaları bir qədər də təkmilləşdirildi. Ümumilikdə, Şuşa Dövlət Musiqili Dram Teatrında uşaq və böyüklər üçün hansı tamaşalar səhnələşdirilirdi?

- Repertuarımızda böyüklər üçün Cəfər Cabbarlının "Solğun çiçəklər", Cəlil Məmmədquluzadənin "Anamın kitabı", Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və dərviş Məstəli şah". "Lənkəran xanının vəziri", uşaqlar üçün isə, "Əli Baba və Qırx Quldur", Xanımana Əlibəylinin "Dovşanın ad günü", Abdulla Şaiqin "Danışan gəlincik" və s. bu kimi tamaşalarımız var. Üstəlik, hər biri izləyicilərimiz tərəfindən maraqla qarşılanır.

- Xəyallar gerçəkləşib. Bir şuşalı olaraq işğaldan azad olunmuş torpaqlarımıza qayıdışı nə cür planlaşdırmısınız? Yəqin ki, qayıdışla bağlı yeni tamaşalar səhnələşdirməyi düşünürsünüz...

- Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşada"Xarıbülbül" festivalında olarkən cənab Prezidentə bununla bağlı öz təşəkkürlərimizi bildirdik. Əminəm ki, qayıdışımız möhtəşəm olacaq. Şuşada yerləşəcək olan binanın indiki vəziyyəti ilə bağlı məlumatım yoxdur. Bizim üçün əsas odur ki, Şuşamıza qalib ölkənin vətəndaşları olaraq qayıdacağıq. Bundan belə tamaşalarımız öz izləyicilərini evində qarşılayacaq.

Şuşaya qayıtdıqdan sonra "Zəfər Dönüşü" adı altında səhnələrimiz oynanılacaq. Arzu edirəm ki, Zəfərlə bağlı tamaşalarımızı premyera şəklində tamaşaçılara təqdim edək və ilk izləyicilərimiz də bizi Şuşamıza qovuşduran şəhid və qazi ailələri, onların övladları olsun. Hazırda yaradıcı heyət əsərlərin seçilməsi ilə məşğul olur.

- Şuşa Dövlət Musiqili Dram Teatrının balansında hazırda neçə əməkdaş fəaliyyət göstərir?

- Teatrın balansında yetəri qədər aktyor heyəti mövcuddur, həmçinin texniki heyət və musiqili ansamblımız da var.

- Bu illər ərzində teatrın fəaliyyətinə dövlət tərəfindən hansı dəstəklər olunub?

- Dövlət dəstəyini üzərimizdə hər zaman hiss etmişik. Bunun bariz nümunəsi isə istifadəyə verilən yeni binamızdır. Elə Mədəniyyət Nazirliyi də hər zaman bütün çətinliklərdə yanımızda olub.

Qeyd

Şuşa Dövlət Musiqili Dram Teatrı 1938-ci ilin fevral ayında yaradılıb. O vaxt Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı olaraq adlandırılırdı. Daha sonra, 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəylinin adı verilib.

Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb. Teatr 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1992) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edildi. 1992-ci ildə teatr məlum Qarabağ hadisələri ilə bağlı Bakıya köçdü. Uzun illər Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşdı (1992–2005). Hazırda Bakıdakı "Savalan" kinoteatrının binasında fəaliyyət göstərir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Bu gün, 17:21
• Tərtərdə prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib - FOTO
Bu gün, 17:18
• “İstəmirəm övladım yaşadığım həyatı yaşasın” - Tanınmış aktyor
Bu gün, 17:15
• Deputatdan sərt etiraz: - "Din pərdəsi adı altında..."
Bu gün, 17:11
• “Traktor” azərbaycanlılara qarşı şüarlara etiraz olaraq meydanı tərk etdi -"Tasnim"
Bu gün, 17:06
• “Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb - Sumqayıtda
Bu gün, 16:55
• “PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb - qanuna uyğun olaraq...
Bu gün, 16:52
• BŞİH-in qışa hazırlığı bahalaşıb? - DETALLAR
Bu gün, 16:51
• Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 16:50
• "103"lə bağlı ciddi problem... - Zənglər Ağstafaya düşür, həkim gəlmir
Bu gün, 16:45
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru