Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                 

"Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"
Tarix: 21-06-2021, 08:20 | Çap et
"Ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım"
Tanınmış aktyor Azər Axşam Moderator.az-ın suallarını cavablandırıb.

- Azər bəy, yeni mövsümdə hansı layihələrlə tamaşaçıların görüşünə gələcəksiz?

- Bu gündən sabaha plan qurmaq olmur. Kim hansı planı diktə edirsə, həmin plan üzrə də hərəkət edirik. Hələ ki, “Qız atası” serialında çəkilişlərimiz davam edir. Bir də Atv də yayımlanan “Şans oyunu” verilişinin aparıcısıyam. Yeni mövsümdə də bu iki layihənin davam edəcəyi düşünülür, amma bilmək olmaz, “gün doğmadan nələr doğar” deyib atalar.

- Uzun illərdir “Qız atası” serialında çəkilirsiz. Bu sizi yormur?

- Artıq 7 ildir ki, çəkilirəm. Başqa seriallara təklif olsaydı yorardı. Daha maraqlı başqa təklif yoxdur. Çox istərdim ki, komediyaya son qoyub, yaxşı bir dramatik serialda çəkilim. Sadəcə ölkəmizdə həftəiçi bir gün bir seriya olmaqla dramatik seriallar az şəkildə çəkilir. Mən bilən təkcə Rövşən İsaq çəkir. Amma indiyə qədər mənə serial sahəsində Elməddin kimi sərfəli çalışan adam rast gəlməyib.

-Təkcə siz deyilsiz, bəzi sənətçilərimiz də şikayət edir ki, rejissor aktyoru uzun müddət hansı janrdakı rollarda görürsə o janrda da rolları ona tapşırır.

- O bununla bağlı deyil, reytinqdən asılıdır. Məsələn, “Qız atası” komediya janrında çəkilir, bu janr reytinq verdiyi üçün serial 6 ildir ki, davam edir. 7-ci il də davam edə bilər, çünki tamaşaçı baxır, reytinq verir. Reytinq verməsə serialı dayandırarlar.

- Siz Pantomim teatrının yaradıcılarından və ilk aktyorlarından birisiz. Səhv etmirəmsə teatrın yubileyində siz də dəvət olunaraq tamaşa oynamışdınız. Bu necə bir hiss idi?

- Mənim üçün o hisslər heç dəyişməmişdi! Mənim üçün fərqi yoxdur, Pantomim teatrı olsun yaxud da başqa teatr. Çıxıb səhnədə oynamaq mənə böyük zövq verir. Hansısa teatrdan işləmək dəvəti olsa böyük məmnuniyyətlə işləyərəm. Təbii ki, televiziya ilə paralel.

- Teatrı illər öncə tərk etməyinizə səbəb nə olmuşdu?

- Teatrda əmək haqqı çox aşağı idi, televiziya daha çox maaş təklif etdiyi üçün ora getdim. Yeni ailə qurmuşdum, ailəmi dolandırmaq üçün məcbur olub teatrdan uzaqlaşdım.

- Aktyorlar bəzən şikayətlənir ki, 5 günə çəkiləcək olan səhnəni 1 günə çəkirlər.

- Bu ondan irəli gəlir ki, həftəiçi 5 gün dramatik serial çəkmək mümkün deyil, melodrama, yüngül dramatik serial ola bilər. Sonda bu gəlib xalturaya çıxır, çünki aktyor məcbur olur ki, yola versin. Həm də aktyora axı elə maaş vermirlər ki, o setdə yatıb qalsın, başqa işin dalınca qaçmasın. Aktyora elə maaş verirlər ki, o serialda çıxıb başqa qazanc dalınca qaçır.

- Sizcə serial sektorunda nə dəyişikliklər olmalıdır?

- Sadəcə olaraq seriallara yaxşı maddiyat ayırmaq lazımdır. Maliyyə dəstəyi olmalıdır ki, ortalıqda yüksək səviyyədə iş olsun. Pul verilir ya gəlib aktyora çatmır, ya da elə pul verilir ki, rejissor istədiyi aktyorları çəkə bilmir, yaxud da rejissorun pulu var, amma aktyora vermək istəmir. Belə olan halda yoldan keçən, ucuz aktyorlar seriallarda çəkilir. İctimai qınaq da yox, peşəkar qınaq da yox! Pis serial gedir efirdə, bədii şura ona qadağa qoyurmu? Xeyr! Heç kim onlara bir söz demir. Qınaq yoxdur!

- Bir müddət əvvəl Xalq artistləri Rasim Balayev və Əbdül Mahmudbəyov Elməddini tənqid etmişdilər. Yəqin ki, bundan xəbəriniz var.

- Bu gün Elməddin komediya janrında serial istehsalında bir nömrədir. O ki, qaldı Elməddinin tənqid olunmağına. Hər bir insanın işində mənfi müsbət tərəfləri olmalıdır da. Kim idealdır ki?

- Sizin tənqidə münasibətiniz necədir?

- Normal! Əgər tənqid edən insan başı çıxan insandırsa tənqidə qulaq asmağa dəyər! Çünki böyük ehtimal həmin insanın tənqidində nə istehza, nə də təhqir olmayacaq. Amma əfsuslar olsun ki, bu gün tənqid edənlərin 90 faizi ümumiyyətlə bu sənətdən başı çıxmayanlardır. Onların tənqidi mənə heç vız da gəlmir. O ki, qaldı tamaşaçı qınağı.Tamaşaçı qınağı ola bilər, deyə bilərlər ki, bundan xoşum gəlir yaxud xoşum gəlmir.

- Nədənsə sosial şəbəkələrdə də aktiv deyilsiz.

- Aktiv olub nə edəcəm?!

- Ən azından tamaşaçılarla ünsiyyət saxlayardınız.

- Tamaşaçı bizim ürəyimizdir, tamaşaçını sevməliyik, sevirik və sevəcəyik də. Çox məşhurların məqsədi heç tamaşaçı ilə ünsiyyət deyil axı.Çoxu
istəyir ki, səhifəsi aktiv olsun, daha sonra pul qazansın. Bu da onların haqqıdır, qınamıram, əcəb edirlər. Mən köhnə Azərbaycanlıyam, bəlkə cavan olsaydım onlar kimi olardım. Mən yaşda insanlarda sosial aktivlik azdır. Biz çalışmışıq aktivliyimizi səhnədə göstərək. Mən bacarmıram çəkildiyim nələrisə instaqram nümayiş etdirim, kimsə məni yayımlaya bilər, amma bunu mən edə bilmərəm.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru