Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                 

“Hamı məni əzizləyərək sakitləşdirməyə başladı”
Tarix: 23-06-2021, 10:00 | Çap et
“Hamı məni əzizləyərək sakitləşdirməyə başladı”
Megi Kejeradze. Bu ad və soyad oxucuya bəlkə də heç nə demir, lakin bu gürcü xanım Azərbaycan kinosunun incisi olan “Uşaqlığın son gecəsi” bədii filmində (1968) yaddaqalan, işvə-nazlı, gözəl “Elya” obrazı ilə kino tariximizə düşüb.

"Report"un Gürcüstan bürosu olaraq, Megi xanımı xeyli müddətdir axtarırdıq, amma tapa bilmirdik. Hətta Gürcüstanın Mədəniyyət Nazirliyi belə onun hazırkı həyatı haqqında hər hansı bir məlumat təqdim edə bilmədi. Bəzi şəxslər isə M.Kejeradzenin artıq həyatda olmadığı və 2019-cu ildə vəfat etdiyini iddia edirdilər.

Buna baxmayaraq axtarışlarımızı dayandırmadıq və cəhdlərimiz sonda müsbət nəticə verdi. Megi xanımı tapdıq, müsahibə üçün onunla əlaqə saxladıq. Onu müsahibəyə razı salmaq asan olmadı. Azərbaycan mediası üçün onunla görüşmək istədiyimizi bilən kimi “Bakıda çəkildiyim filmlə bağlı olacaq müsahibə, elə deyilmi?” şərti ilə razılaşdı.

Müsahibəyə yollanarkən “Uşaqlığın son gecəsi” filmində Murad rolunun ifaçısı, Xalq artisti, “Elya”nı uzun illərdir axtaran Ənvər Həsənovla əlaqə saxlayıb Megi xanımı tapdığımızı bildiririk. O, bu xəbərdən çox sevindiyini qeyd edərək, “Elya”ya salam və ən xoş arzularını çatdırmağımızı xahiş edir. Aktyorun sözlərinə görə, Megi Kejeradzeni çox axtarsa da, tapa bilməyib və buna görə də onun artıq həyatda olmadığını düşünüb. Ə.Həsənov film barədə danışanda hər zaman Megi xanımı da yad etdiyini vurğulayıb. Ənvər müəllimi məşğul olduğundan onu Megi xanımla müsahibə zamanı danışdırmaq istəyimiz baş tutmur.

“Elya”nın yaşadığı ünvanı tapmağımız da asan olmur. Onun dediyi ünvana çatırıq, amma yaşadığı bloku tapa bilmirik. Tərslikdən Megi xanım ardıcıl zənglərimizə cavab vermir. Bir saata yaxın vaxt keçir. Nəhayət özü telefon açır, zənglərimizə cavab vermədiyi və ünvanı düzgün izah etmədiyinə görə üzrxahlığını bildirir. Həyətə daxil oluruq, 2 nömrəli bloku axtarırıq. İki blokun girişində 2 nömrəsinin yazıldığı lövhəni görürük. Eyvanların birindən həyətə baxan bir kişi bizi görüb kimi axtardığımızla maraqlanır. “Megi Kejeradze bu binada yaşayır?” sualımıza “Gəlinciklər gülümsəyir” filmində çəkilən?” deyib bloku işarə edir. Liftin işlək vəziyyətdə olmasını desələr də, qapıları bizim üçün açılmır. VII mərtəbəyə ayaqla qalxmalı oluruq. Megi xanım bizi mənzilinin qapısında gözləyirdi. Mənzilə daxil oluruq, “Elya”nı tapdığımıza sevinirik. Ondan müsahibə üçün foto və video çəkiliş üçün icazə alırıq, o isə bunun üçün uyğun geyimdə və formada olmadığını əsas gətirərək razılaşmır. Megi xanımı dilə tutub çəkilişə razı sala bilirik.

Megi Kejeradzenin “Report”un Gürcüstan bürosuna müsahibəsini təqdim edirik.

- Megi xanım, 53 il bundan öncə “Uşaqlığın son gecəsi” filminə dəvət olunduğunuzu necə xatırlayırsınız?

- Həmin dövrdə mən “Gürcüstan filmi”nin istehsalı olan “Gəlinciklər gülümsəyir” (1963) filmində çəkilmişdim. Kinorejissor Arif Babayev məni o filmdə görüb bəyənmişdi. Daha sonra məni Bakıya çağırdılar. Elya rolu üçün çox gözəl və yaxşı xanım olan Tamillanı sınaqdan keçirmişdilər. (müsahibim Tamilla xanımın soyadını Əsədullayeva kimi xatırlayır. Lakin bu ad-soyadlı aktrisa barədə hər hansı bir məlumat yoxdur. Bəlkə də həmin aktrisa “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya rollarının ifaçısı Tamilla Rüstəmovadır). Həmin rolda o çəkilməli idi. Mən bunu sonradan bildim. Tamilla rola artıq hazırlaşmışdı. Lakin elə alındı ki, onun yerinə məni təsdiqlədilər. Arif Babayev “Elya rolunda Megidən başqa heç kəsi istəmirəm” demişdi. Tamilla çox incimişdi, lakin buna baxmayaraq, biz çox dostlaşdıq və uzun illər rəfiqəlik etdik. Sonralar təəssüf ki, əlaqəmiz kəsildi.

- Çəkiliş meydançasında Sizə münasibət necə idi?

- Çəkilişlər haradasa yarım il davam etdi. Mən bununla bağlı Bakıya gedib gəlirdim. Hamı məni çox əzizləyirdi. Ətrafdakılardan yalnız xoş münasibət görürdüm. Özümü çox xoşbəxt hiss edirdim. Mənə dost və doğma insan kimi münasibət bəsləyirdilər. Çox razı idim. O qədər doğmalaşdıq, hətta Azərbaycan dilində bir neçə söz öyrəndim. İndi yalnız “necəsən” sözü yadımda qalıb.

Elə bu arada Megi xanıma Ənvər Həsənovun salamını və xoş arzularını çatdırırıq. Azərbaycanlı aktyorun tərəf müqabili - “Elya”nı axtardığını qeyd edirik. Megi xanım “doğrudan?” deyib təəccüblənir, kövrəlir, susaraq xatirələrə dalır... “Çox sağ olsun! Məndən də salam yetirin” deyib gülümsəyir.

- Peşəkar aktrisa olmamısınız, elə deyilmi?

- Bəli, mən aktrisa deyiləm. İngilis dili pedaqoquyam. “Uşaqlığın son gecəsi” filmindən öncə bir neçə ekran əsərində yer almışam. Ötən əsrin 60-c illərində gənc idim. Aktrisalığa uyğun deyiləm. Gənclik illərimdə yəqin xarici görkəmim filmlərə çəkilməyimə imkan verib. Arif Babayevin filmində çəkiləndə 24 yaşım var idi, çox utancaq idim.

- Arif Babayevi xatırladınız. Onu necə yadda saxlamısınız?

- O, çox koloritli, tələbkar və eyni zamanda çox şən insan idi. Yaxşı zövqü ilə seçilirdi. Mən deyərdim ki, o, özünü lazımı qədər qiymətləndirmirdi. Onun lentə aldığı bütün filmlər qeyri-adidir.

- Filmin çəkilişləri dövründən ən çox nə yadınızda qalıb?

- Hansısa epizodun çəkilişində Arif Babayev üstümə qışqırdı və mən ağlamağa başladım. Artıq çəkilmək istəmədiyimi və çəkilişlərə gəlməyəcəyimi bildirdim. Hamı məni əzizləyərək sakitləşdirməyə başladı. Dedilər ki, rejissor mənə görə hirslənməyib.

- Filmə ekrana çıxmasından sonra baxmısınızmı?

- Bəli, izlədim və çox bəyəndim. Filmdə çəkilənlərin hamısı mənə çox əziz və xeyirxah insanlar idilər. Bakı dövrü deyərdim ki, həyatımın ən yaxşı dövrlərindən biridir. Çünki hamı məni böyük sevinclə qarşılamışdı. Axşamlar məni rejissordan tutmuş hamı qonaq dəvət edirdi. O qədər dəvət alırdım ki, bilmirdim birinci hansını qəbul edim (gülür).

- Sonralar Azərbaycandan filmlərə dəvət aldınızmı?

- Bəli. Zənglər oldu. İki dəfə dəvət etmək istədilər, lakin baş tutmadı.

- Bakıda daha sonralar olmusunuzmu?

- Bəli. Bakıda olduğum vaxtda çoxlu dost və rəfiqə qazandım. Azərbaycanlıların hamısı məni çox sevirdi. Dostlarım çox idi, dəvətlər alırdım. Zaqulbada dəniz sahilində dincəlmişəm. Ora çox gözəl idi. Bakılı dostlarım da Tbilisidə tez-tez qonağım olurdular. Azərbaycanda həm dostlarım, həm də pərəstişkarlarım vardı. Çox xoş vaxt keçirirdim. Məni tanıyanlar çox idi.

Deyərdim ki, Bakı həyatımın sevincidir. Kədərli olanda, əhvalımın pis vaxtında Bakı dövrümü, oradakı dostlarımı yadıma salıram və yüngülləşirəm. Orada heç kəs mənim xətrimə dəyməyib. Həmin günlər həyatımın ən xoşbəxt və yaddaqalan dövrüdür. Elə gün olmur ki, o günləri yada salmayım. Sonuncu dəfə Azərbaycanda nə vaxt olduğumu xatırlamıram. Dəvət olsa, böyük məmnuniyyətlə Bakıya gedərəm. Bunu çox arzulayıram.

Bakıdan özümə boyunbağı və qolbaq almışdım. Təəssüflər olsun ki, onları sonra itirdim.

- İndi həyatınız necə keçir? Harada işləyirsiniz?

- Bakıda çəkiləndə həyat yoldaşımdan ayrılmışdım. İkinci dəfə ailə qurdum. Həyat yoldaşım artıq vəfat edib. Bir qızım var, o da kino sahəsində özünü sınayıb. İki nəvəm var. Əvəllər Xarici Dillər İnstitutunda müəllimlik etmişəm, hazırda isə Texniki Universitetdə ingilis dilli müəllimi kimi çalışıram. Yəqin bu il ali məktəbdə son ilimdir, çünki pedaqoji fəaliyyət üçün artıq çox qocalmışam. Mənsub olduğum nəsil artıq gedir...

- Gürcüstan mətbuatında barənizdə çox az məlumata rast gəlinir. Sizin ictimaiyyətə qapalı olduğunuzu deyirlər.

- Bilirsiniz, bu, mənim çox məşğul olmağımla bağlıdır. Vaxt tapa bilmirəm. Nəvələrimə baxıram. Tələbələrim var və vaxtımın böyük hissəsini onlara ayırıram.

- Sonda azərbaycanlı kinosevərlərə və Azərbaycandakı pərəstişkarlarınıza nə demək istəyərdiniz?

- Sizinlə söhbət edərkən yenidən Bakıda keçirdiyim xoş günlərə qayıtdım, rəfiqələrimi və yaxın tanışlarımı yada saldım. Azərbaycanlılar mənə çox doğma və əzizdirlər. Onlar qeyri-adi yaxşı, mehriban insanlardır və bu, yalnız mənim fikrim deyil. Tələbələrim arasında Gürcüstanda yaşayan azərbaycanlılar da var. Onların bəziləri məni Azərbaycan filminə çəkilən aktrisa kimi tanıyır. Azərbaycanlılardan həmişə böyük minnətdarlıq və razılıq hissi ilə danışıram. Çox şadam ki, Azərbaycanda məni unutmayıblar. Azərbaycanlı jurnalistin məni tapıb müsahibə alması da bunu təsdiqləyir.

- Megi xanım, müsahibəyə görə çox təşəkkür edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru