"O, Cənubi Qafqazı özünün maraq zonası elan edib"
Tarix: 26-06-2021, 09:06 | Çap et
 Biz Rusiya ilə necə münasibət qurmalıyıq ki, Vladimir Putinin dostu, hüquq professoru İlham Rəhimovun iki gün öncə ölkə mediasına müsahibəsində dediyi kimi, Qarabağdakı sülhməramlılar bir müddət sonra çıxıb getsinlər? Bunun üçün rəsmi Bakı və bütövlükdə AZərbaycan xalqı hansı addımları atmalıdır? Politoloq Qulu Məhərrəmli Moderator.az-ın bu sualına cavabında deyir ki, rəsmi Moskva ilə son dərəcə ehtiyatlı olmalıyıq və qəzəbli Rusiyanın verə biləcəyi zərərləri heç zaman yaddan çıxarmamalıyıq: "Mənə elə gəlir ki, biz Rusiyanın regiondakı siyasətiylə, xüsusən onun sabahkı günüylə, prespektiviylə bağlı proqnozlar verəndə çox ehtiyatlı olmalıyıq. Çünki Rusiya bu dünyanın və regionun ən gözlənilməz ölkələrindən biridir. O Cənubi Qafqazı özünün maraq zonası elan edib, çünki yaxın şərqdə, şərqi Avropada, Çində, Yaponiyaya yaxın bölgələrdə bir çox maraqlarından əli çıxıb. Amma o Qafqazın üzərində çox möhkəm dayanıb. Ukraynanı Avropayla özü arasında sipər hesab edir. Krımda gözümüzün qabağında olan teatr tamaşaları oynanılır. Ona görə də onun Qafqazda maraqları məncə çox dərindədir və Rusiya Qafqazdan öz xoşuyla əl çəkməyəcək. Konkret olaraq Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın indi ən aktiv siyasət yeritmək fazasıdır. Ona görə ki, bu dəqiqə həm Azərbaycana, həm də Ermənistana real təsir etmək imkanları Rusiyanın əlində cəmlənib. Nə qədər Azərbaycana bu təsirlər dolayısıyla idi, amma bu dəqiqə birbaşadır. Xankəndində olan hərbi kontingent bizim üçün yaxşı heç nə vəd etmir. İndi onun adını sülhməramlı qoysaq da, amma strateji məqsəd bəllidir. Mənim düşüncəmə görə yaxın zaman üçün Rusiyanın planları bundan ibarətdir ki, o Qarabağ kartıyla daha aktiv sürətdə oynasın. O Qarabağ kartını müstəqil görmək istəyir, yəni Rusiyanın bilavasitə əlaltısı olsun. Ermənistana, Azərbaycana lazım olanda oksigen, ümid versin, öz planlanlarını reallaşdırmaq üçün konkret addımlar atsın. Bunlar hamısı Rusiyanın yaxın planlarında var. Mənə elə gəlir ki, dünya bunu görür, bu çox bəsit, amma çox təhlükəli bir oyundur. Dünənə qədər respublika quran, müstəqillik istəyən bir toplum, dünyanı da buna cəlb etmək istəyirdi, insan haqlarından danışırdı və sair. Nağılların sona yetdiyi dövrdür, indi onlar Rusiyanın əlində, qucağında onun istədiklərini etməyə məcburdurlar. Yəni bununla həm özlərini ifşa edirlər, həm onların insan haqları ilə bağlı uydurmaları üzə çıxır və guya müstəqilliyə nail olmaq və sair bu kimi gülünc iddiaları tam çılpaqlığıyla görünür. Bunu bütün dünya, Ermənistanın himayədarları, diasporu, Ermənistana rəğbəti olan ölkələr məsələni tam mahiyyətiylə görə bilirlər. Bu dəqiqə Qarabağ ermənilərinin heç bir siyasi gələcəyi yoxdu, onun ancaq və ancaq oynadığı rol Rusiyanın əlini gücləndirmək, onun Ermənistana və paralel olaraq Azərbaycana təzyiq imkanlarını artırmağa xidmət edir. Ona görə “özləri missiyalarını bitirib, bezib gedəcəklər” deməyin heç bir real əsası yoxdur. İndiki halda biz birinci növbədə Rusiyayla olan münasibətləri indiyı qədər yeritdiyimiz siyasətin davamı olaraq etməliyik. Çünki Azərbaycanın addım-addım, səbrlə atdığı addımlar hər halda Rusiyayla münasibətləri normal saxlamağa imkan verdi. Yəni impulsivlik olmadı, bəzilərinə belə göründü ki, Azərbaycan həddən artıq Rusiyayönümlü siyasət yeridir, amma müharibə dövrü məlum oldu ki, yalnız və yalnız hər iki tərəf üçün bazanı mötəbər etmək üçün siyasət yeridilib. Qarşılıqlı iqtisadi münasibətlərimiz sahmanda olmalıdır, Rusiya bizim üçün bazardı, biz Rusiya üçün eyni zamanda bir bazarıq. Qarşılıqlı əlaqələr, faydalanmayla bağlı Rusiyayla işləməliyik, amma biz heç bir halda ehtiyatı əldən verməli deyilik. Çalışmaq lazımdır ki, Ermənistandan gələn müsbət mesajlara dərindən təhlil edib reaksiya verək, bütün hallarda birbaşa əlaqələr labüddür, bunlar reallaşmalıdır. Ola bilər ilkin mərhələdə Gürcüstan və yaxud Amerikanın əliylə üçüncü bir dövlət bu məsələlərdə aktivləşsin. Əgər doğrudan da Ermənistanda qərbyönümlü siyasət dərinləşəcəksə, mütləq və mütləq Türkiyəylə münasibətləri yaxşılaşdırmalıdır. Çünki Ermənistanın qərbə, Avropaya yolu yalnız və yalnız Türkiyədən keçir. Bu baxımdan hesab edirəm ki, çox təmkinlə addım-addım məqsədə doğru getməliyik və qəzəbli Rusiyanın verə biləcəyi zərərləri heç zaman yaddan çıxarmalı deyilik. Ona görə biz itlə dostluq etməliyik, amma təbii ki, çomağı da əldən verməməliyik. “Ehtiyat igidin yaraşığıdır” məsəli burda tam yerinə düşür”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
| • Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50 |
|
|
|
| • Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37 |
|
|
|
| • İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32 |
|
|
|
| • Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27 |
|
|
|
| • Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23 |
|
|
|
| • Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15 |
|
|
|
| • “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13 |
|
|
|
| • Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05 |
|
|
|
| • Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03 |
|
|
|
| • DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56 |
|
|
|
| • Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53 |
|
|
|
| • SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50 |
|
|
|
| • Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47 |
|
|
|
| • Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44 |
|
|
|
| • Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36 |
|
|
|
| • Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30 |
|
|
|
| • Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29 |
|
|
|
| • TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28 |
|
|
|
| • “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15 |
|
|
|
| • Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09 |
|
|
|
| • Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00 |
|
|
|
| • Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57 |
|
|
|
| • "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47 |
|
|
|
| • Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42 |
|
|
|
| • "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38 |
|
|
|
| • "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26 |
|
|
|
| • “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20 |
|
|
|
| • Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13 |
|
|
|
| • Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05 |
|
|
|
| • “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03 |
|
|
|
| • "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56 |
|
|
|
| • “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50 |
|
|
|
| • Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
| • Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45 |
|
|
|
| • Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40 |
|
|
|
| • “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34 |
|
|
|
|