Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                 

"Nə mən, nə də Elçin anamın son dəqiqəsinə çata bilmədik, bizi görmədən dünyadan köçdü"
Tarix: 28-06-2021, 08:46 | Çap et
"Nə mən, nə də Elçin anamın son dəqiqəsinə çata bilmədik, bizi görmədən dünyadan köçdü"
"Barat xanım mənim həm anam idi, həm bacım, də rəfiqəm. Mən doğulanda anamın 17 yaşı olub. Evin ilk övladı olduğuma görə anamın gözü mənim üstümdə idi. Bacım Rövşanəni, qardaşım Elçini mən saxlamışam. Elçinə həm analıq etmişəm, həm də bacılıq. Amma anam Elçini daha çox istəyirdi, onu elə qoruyurdu ki. Elə mən də, bacım da"

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, aktrisa Barat Şəkinskayanın qızı AzTV-nin ilk qadın televiziya rejissoru Solmaz Həmzəyeva deyib. Bu gün doğum günü olan aktrisa ad günlərini xüsusi qeyd etməyi sevmədiyini deyir.

"Gündə 2 dəfə teatra gedirdi, səhər saat 10-da, axşam saat 7-də. Saat 10-da məşq edirdi, 7-də isə tamaşa oynayırdı. Doğum günlərini qeyd etməyə vaxtı belə yox idi, həm də xüsusi hazırlaşmırdı bu günə. O vaxt həm də axı dəbdə deyildi doğum gününü dəbdəbəli şəkildə qeyd etmək. Gözəl yeməklər hazırlayırdı, mətbəxi sevirdi. Boş vaxtı çox az olurdu, amma buna baxmayaraq bizə hər zaman vaxt ayırırdı. Rejissorlar anama xarici görünüşünə görə daha çox əcnəbi rollar verirdilər. Barat xanım Şekspir aktrisası idi, səhnədə Cülyetta, Dezdomona kimi obrazlar yaratmışdı. Amma buna baxmayaraq Azərbaycan qadınlarını da oynayırdı. Məni özü ilə teatra aparırdı, demək olar ki, bütün tamaşalarına baxmışam. Hətta anamla birgə bir neçə tamaşada bacısı rolunda çıxış da etmişəm" deyə aktrisanın qızı deyib. Solmaz Həmzəyeva anasının 3 dəfə ailəli olmasından da söz açıb.

"Anam Gəncədə olarkən Gəncə Qadınlar Klubunun rejissoru Mir İbrahim Həmzəyev ona səhnədə aşiq olur və ailə həyatı qururlar. Bu izdivacdan mən dünyaya gəlmişəm. Lakin bu ailə həyatının ömrü iki il çəkir. Müəyyən səbəblər üzündən anam atamdan ayrılır. Mən atamı görməmişəm, çünki körpə uşaq olmuşam. Anam ikinci dəfə Şəmsi Bədəlbəyli ilə ailə həyatı qurur, bu evlilikdən isə bacım Rövşanə Bədəlbəyli dünyaya gəlir. Anamın 3-cü evliliyi isə rejissor Mehdi Məmmədovla olub, qardaşım Elçin Məmmədov bu izdivacdan dünyaya gəlib. Elçin hamınıza "Dədə Qorqud" filmində Qaraca Çoban, "Yeddi oğul istərəm" filmində isə Mirpaşa rolları ilə tanışdır. Anam heç vaxt nə Şəmsi, nə də Mehdi müəllimlə ucadan danışmazdı, heç vaxt onların dava-dalaşlarına şahidlik etməmişəm, əksinə, evdə hər zaman mehribançılıq görmüşəm"deyə Solmaz Həmzəyeva deyib.

Solmaz xanım deyir ki, anası son gününə qədər bir gözlə yaşayıb.

"Anam foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım gəlim. Paşa Qəlbinur sağ olsun onu müalicə edirdi, anam üçün əlindən gələni etdi. Son gününə qədər çox yaxşı münasibətləri var idi Paşa Qəlbinurla" deyə Solmaz Həmzəyeva bildirib.

Solmaz Həmzəyeva anasının son gününü belə xatırlayır.

"Mən rəfiqəm, diktor Şərqiyyə Hüseynovagildə idim, Roza Tağıyeva da bizimlə idi. Süfrəyə yeni oturmuşdum, gördüm ki, qızım Afətdən zəng gəldi. Ürəyimə dammışdı ki, nəsə olub. Mənə dedi ki, ana, tez evə gəl, nənə yaxşı deyil. Anamın yanında baxıcı qadın qalırdı. Ona deyib ki, deyəsən ölürəm, zəng elə Elçin gəlsin. Elçinə zəng ediblər, o da təcili yardım maşınının arxasınca getdiyinə görə gecikib. İkimiz də gecikmişdik, nə mən, nə də Elçin onun son dəqiqəsinə çata bilməmişdik. Anam bizi görmədən bu dünyadan köçdü. Hazırda mənim yaşım 90-nı keçib, amma yenə də onun sözünə, məsləhətinə, nəfəsinə ehtiyacım var. Ana hər yaşda anadır, mən özüm də anayam, amma yenə də anamı istəyirəm" deyə Solmaz Həmzəyeva deyib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru