“Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                     İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm .....                     “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                 

Türk mahnılarını oxuduğu üçün onu konsertlərə buraxmırdılar... - ANIM
Tarix: 14-01-2024, 00:35 | Çap et
Türk mahnılarını oxuduğu üçün onu konsertlərə buraxmırdılar...
Onun yaşantıları mənə bir həyat fəlsəfəsini xatırlatdı: insan yalnız kefindən, bərbəzəkli, firavan, bahalı həyatdan harınlayıb insanlardan uzaqlaşmır. O, həm də insanlara zərəri toxunmasın, onlara ziyan verməsin deyə özünü təcrid edə bilər. Ramiz Rövşən necə deyir:

Təkcə gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

Haqqında söhbət açdığım sənətkar dimdik gəzdiyi yerdən yıxılıb. Populyarlığının zirvəsində olduğu, sevdiyi-sevildiyi zaman. Övladının əlindən tutmalı olduğu bir zamanda onun əlini buraxıb, xanımından uzaqlaşıb, mühitini tərk edib, özünü xəstəxanada məhkum həyatına qapadıb, qapadıb ki, xəstəliyi heç kimə keçməsin, yaxınlarına zərəri toxunmasın, oğlu sağlam yaşasın.

Hüseynağa Hadıyevdən söhbət gedir. 80-90-cı illərin populyar müğənnisi, mahnıları indiki kimi deyil, həqiqətən hitə çevrilən Hüseynağa Hadıyevdən.

Çiçəklər açmasa, gələrsən yaz gələr,

Üfüqlər tutulsa, gülərsən göy gülər

Qəzəblə qışqırsan ulduzlar tökülər…

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda məşhur “Sovetski” məhəlləsində dünyaya gəlib. Anası, Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı olan Törə xanım oğlunu aktyor görmək istəyirmiş. “Sovetski”dən çox aktyor, rejissor, sənətkar çıxıb, amma uşaq vaxtlarında çoxu quşbaz olarmış. Hüseynağa Hadıyev də uşaqlıqdan bu işə aludə olub. Deyilənə görə, tanınmış müğənni olduğu vaxtlarda da hərdən sevimli məşğuliyyətinə qayıdarmış. Musiqi təhsili yalnız “Pionerlər” evində getdiyi qarmon dərnəyi ilə yekunlaşıb. Anasını vaxtsız itirən gələcək müğənni təhsil arxasınca düşə bilməyib.

Dərnəkdən tanıdığı dostları vasitəsilə təsadüfən “Dan ulduzu” ansamblının üzvləri ilə tanış olandan sonra həyatı dəyişir. “Nə gözəldir Azərbaycan”, “Bağçadan gələn səs”, “Gəl, barışaq”, “Köçəri quşlar”, “Bir xumar baxışla”, “Unuda bilmirəm”, “Mehriban insanlar”, “Xalidə”, “Mənim dünyam” və sair kimi mahnılarla ansamblın tarixinə adını yazan müğənni az bir zamanda tanınır və sevilir. O zamanlar dövlət televiziyasının xüsusi qaydaları vardı. Onun efirinə çıxmaq üçün gərək qaydalara əməl edəydin. Hüseynağa Hadıyev isə təbiətcə çərçivələrə, qaydalara sığmayan adam olub. Ona kostyum geyin, qalstuk tax deyirmişlər, o isə gödəkcədə səhnəyə çıxırmış. Bu səbəbdən də bəzən onu konsert proqramlarından uzaqlaşdırırdılar. Azərbaycanda bütün müğənnilərin yalnız Azərbaycan bəstəkarlarının mahnıların ifa etdiyi dönəmlərdə Hüseynağa Hadıyev türk mahnılarını da ifa edirdi. Bu da müğənninin rəsmi tədbirlərdən, konsertlərdən uzaq saxlanması ilə nəticələnirdi, amma tamaşaçının böyük məhəbbəti onu sınmağa qoymurdu. Çünki nə oxuyurdusa, onun adına yazılırdı, özünəməxsus böyük istedadla ifa etdiyi bütün mahnılar indi də onun ifasında qulaqlarda qalıb.

Onu hədsiz sayda toylara dəvət edərdilər, həm də yüksək qonorarla. Hüseynağa Hadıyev nə var-dövlət, nə də maşın həvəskarı olmayıb, qazancını evə, maşına deyil, yalnız brilyanta verərmiş. Daş-qaş həvəskarı imiş. Bir də çoxlu geyimləri olub. Getdiyi toylardan qayıdanda həmişə quşlarına yem alıb gətirərmiş. Sarsılan kimi özünü verirdi sevimli quşlarının yanına, onları yemləyir, onlarla danışır, dərd-qəmi bu minvalla azaldırdı.

Dərdini heç kimlə deyil, quşlarla dağıdan adam həyatının ən böyük ağrısını da heç kimə deməyib. Deyilənə görə, səhhəti ağırlaşanda onlardan da uzaqlaşıb. Hələ hərbi xidmətdə olarkən ağır xəstəliyi olduğunu bilən Hüseynağa bunu hamıdan gizlədib, vaxtlı-vaxtında müalicəsini ala bilmədiyindən xəstəliyi irəliləyib. Bəlkə ailəsindən, oğlundan uzaqlaşmasının da səbəbi xəyanət, başqasını sevməyi yox, məhz bu olub.

1994-cü ildə ciyərləri vərəm səbəbindən sıradan çıxan vaxt Hüseynağa Hadıyev sevdiyi qadından da uzaqlaşmışdı, amma nə oğlunu, nə də xanımını yanına buraxmayıb. Sənət yoldaşları həkimindən onun ümidsiz olduğunu öyrənəndə yanına getmək istəsələr də razı olmayıb, heç kimlə görüşməyib.

Hamının sevimlisi, fərqli səsi, ifa tərzi, səhnə manerası ilə seçilən Hüseynağa Hadıyev 1994-cü il yanvarın 12-də 47 yaşında Vərəm dispanserində dünyasını dəyişib. Vəfatından iki gün sonra bacısı onu ölüxanadan çıxardıb dəfn edib…

Və arxasınca heç kim deməyib

Dözüm necə, necə sənsiz,

Səni unuda bilmirəm…

Tamaşaçısından qeyri…

Müəllif: Ramilə Qurbanlı - Mənbə: Pressklub.az
diaaz.space







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru