“Heydər Əliyev mənə dedi ki, “Xoruz baba”nın evini necə sata bilərsən?” - Hüseynağa Sadıqovun qızı
Tarix: 25-05-2024, 11:54 | Çap et
 “Atamdan keçmişdə danışa bilmirəm. Hər dəfə onun haqda danışıb müsahibə verəndə, ötən günləri xatırlayanda özümə gələ bilmirəm. 2-3 gün ağlayıram. Ona görə də bir çox müsahibələrdən imtina edirəm. İstəmirəm atamı keçmişdə xatırlayım. Çünki həyatımın elə bir mərhələsi yoxdur ki, atamı yanımda hiss etməyim. Onun qızı olduğum üçün çox xoşbəxtəm. Bir dəfə Ulu Öndər Heydər Əliyev bizimlə görüşəndə dedi ki, atanın evi hardadır? Ona dedim ki, atamın evini satmışam. Mənə dedi ki, “Xoruz baba”nın evini necə sata bilərsən axı? Ona izah etdim ki, o evə gedə bilmirəm. Heydər Əliyev atamı çox istəyirdi. Həmişə atama deyirdi ki, mən xalqın prezidentiyəm, sən isə Azərbaycan uşaqlarının prezidenti. O dahi şəxsiyyət atama bu qədər dəyər və önəm verirdi”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib. “Atam uşaqları, insanları çox istəyirdi. Çalışırdı ki, hər kəsə yaxşılıq etsin. Mənə də öyrədirdi ki, yaxşılıq etsən sənə yaxşılıq qayıdacaq, pislik etsən isə pislik. Uşaqları sevməyinin bir səbəbi də onlara yaxşılığı, zəhməti, dürüstlüyü izah, təbliğ etmək idi. O həmişə deyirdi ki, uşaqlar bilməlidir ki, nağıllarda yaxşılıq pisliyə qalib gəlir. Mən də uşaqları çox sevirəm, çalışıram onlara diqqət göstərim. Bu keyfiyyət mənə atamdan keçib. Bizim evimizə kisələrlə məktublar gəlirdi. Atam həm teatrda çalışırdı, həm də kinolara çəkilirdi. Amma bununla belə o vaxt tapıb bütün məktubları oxuyurdu. Bəzən ona sual verirdim ki, ata, axı bu qədər məktubu oxuyub bitirə bilməzsən, bəlkə oxumayasan?! Mənə deyirdi ki, o uşaqdır, mənə məktub yazıb, onun məktubunu oxumayıb qəlbini qıra bilmərəm. Çox həssas insan idi. Hətta mən uşaq olanda atamı uşaqlara qısqanırdım. Atam onlarla görüşəndə hönkürtü ilə ağladığım vaxtlar da olub” deyə sənətkarın övladı bildirib.
Tamilla Sadıqova deyir ki, atası uşaqlarla görüşüb gələndən 2 gün sonra dünyasını dəyişib.
“Atamın səhhəti bir o qədər də yaxşı deyildi. Bir gün yaxşı olurdu, bir gün də pis. Həkimlər ona televiziyaya getməyi, teatrda çalışmağı qadağan etmişdilər. Əlbəttə ki, sənət üçün darıxırdı. Amma biz də bilirdik ki, onun ömrünə sayılı günlər qalıb. Xəstəxanadan yeni çıxmışdı. Televiziyadan zəng edib ona dedilər ki, gəlin uşaqlar üçün nağıl oxuyun. O vaxt uşaqlar televiziyaya axın edib gəlmişdilər ki, atamla görüşsünlər. Sözün düzü anam bu telefona zənginə əsəbləşmişdi. Dedi ki, Hüseynağa xəstədir, o necə gələ bilər? Amma atam xəstə-xəstə gedib uşaqlarla görüşdü. Bu onun uşaqlarla son görüşü oldu. 2 gündən sonra dünyasını dəyişdi. Ürəyi partlamışdı. Həmişə vəsiyyət edirdi ki, mənə dəbdəbəli başdaşı qoymayın. Dəbdəbədən uzaq biri idi. Biz də onun bu vəsiyyətini yerinə yetirdik. Ona başdaşı qoymadıq, sadə bir məzar hazırlatdıq” deyə sənətkarın qızı bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
|