Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                 

Atası həbs edildi, qaynatası güllələndi - Məzarına Ərdəbil torpağı səpilən Rübabə Muradova
Tarix: 20-07-2026, 14:53 | Çap et

"Unuda bilmirəm", "Nədən oldu".

Sevərək ifa etdiyi bu mahnılarda əslində onun həyatından bir parça var idi - vaxtsız ayrılıq, unudulmayan məhəbbət, yarımçıq qalan ailə həyatları.

Adı bu gün əvvəlki qədər tez-tez çəkilməsə də, o, Azərbaycan musiqisinin ən parlaq simalarından biri olaraq qalır. Sənətkarın bənzərsiz ifaları və zəngin yaradıcılığı milli musiqi mədəniyyətimizin qiymətli irsi hesab olunur. Çoxları mahnılarını televiziyalarda, sosial şəbəkələrdəki videolarda görüb dinləsə də, özü haqında ətraflı məlumata malik deyil və təəssüf ki, bu gün xüsusilə, gənclər onun yaradıcılığından xəbərsizdir.


Lent.az -ın “Unudulan sənətkarlar” rubrikasında bu dəfə sizə müğənni Rübabə Muradovadan danışacağıq.

Rübabə Muradova 22 mart 1933-cü ildə Ərdəbil şəhərində din xadiminin ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri Cənubi Azərbaycanın mürəkkəb siyasi dövrünə təsadüf edib. Ailəsi burada uzun müddət yaşaya bilmədiyindən 1940-cı illərin əvvəllərində doğma yurdunu tərk edərək Azərbaycana köçmək məcburiyyətində qalıb. 5 bacı və 2 qardaşın olduğu ailənin yeni həyatı asan başlamayıb. Maddi çətinliklər, yurd həsrəti və yeni mühitə uyğunlaşmaq ailənin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Bütün bu çətinliklərə baxmayaraq, onun musiqiyə olan marağı heç vaxt azalmayıb. O, hələ məktəb yaşlarından mahnılar oxuyur, iştirak etdiyi tədbirlərdə səsi ilə diqqət çəkirdi. Sonralar məhz bu xüsusiyyəti onu peşəkar sənət yoluna gətirib çıxardı. Onun bacıları Tahirə və Mahrux Muradovalar da musiqçi olsalar da, Rübabə Muradova qədər populyarlıq qazanmayıblar.

Teatrdan musiqiyə

Peşəkar musiqi təhsili almaq Rübabə Muradovanın həyatında dönüş nöqtəsinə çevirilir. Belə ki, o, peşəkar musiqi təhsili almamışdan əvvəl teatr səhnəsində çıxış edir. Məhz həmin tamaşalardan birində aktyor Ələsgər Ələkbərov onun səsini eşidərək Bakıya gəlməsini məsləhət görür.

Onun ifasında "Leyli" obrazı o qədər məşhurlaşmışdı ki, uzun illər tamaşaçılar bu rolu ilk növbədə Rübabə Muradovanın adı ilə əlaqələndiriblər. Musiqi tənqidçiləri onun səsinin əsas üstünlüyünü texniki imkanlarında deyil, hissləri dinləyiciyə ötürmək bacarığında görürdülər. Buna görə də ifalarını dinləyən insanların göz yaşlarını saxlaya bilmədiyi haqqında çoxlu xatirələr qalıb.

Paytaxtda Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olunan Rübabə Muradova muğam sənətinin incəliklərini görkəmli xanəndə Seyid Şuşinskidən öyrənir. Burada keçirdiyi illər onun ifaçılıq üslubunun formalaşmasında mühüm rol oynayır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət alması isə onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur. Uzun illər bu teatrın aparıcı solistlərindən biri kimi fəaliyyət göstərən sənətkar həm opera tamaşalarında yaratdığı obrazlarla, həm də muğam ifaları ilə böyük tamaşaçı sevgisi qazanmışdı.

Muğamlardakı nisgili

Onun ifasında "Segah", "Bayatı-Şiraz", "Şur", "Humayun" kimi muğamlar xüsusi rəng alırdı. Muradovanın ifaları bu gün də muğam məktəbinin klassik nümunələri kimi qəbul edilir.

Karyeranın zirvəsindən ailə həyatının çökəkliyinə

Rübabə Muradovanın sənətdə qazandığı uğurlar şəxsi həyatında eyni rahatlığı gətirməyib. Onun ailə həyatı mürəkkəb və enişli-yoxuşlu olub. Rübabə Muradova həyatında iki dəfə ailə qurub. Hər iki evlilikdən bir qız övladı dünyaya gəlib. Lakin həyat yoldaşlarının onun səhnə fəaliyyətinə mənfi münasibəti ailədaxili gərginlik yaradıb və hər iki nikah boşanma ilə nəticələnib. Bundan sonra sənətkar ömrünü əsasən yaradıcılığına və övladlarının böyüdülməsinə həsr edib. Birinci evlilikdən dünyaya gələn qızı Qəmərmülk Muradova 2022-ci ildə, 74 yaşında uzun sürən xərçəng xəstəliyindən vəfat edib. İkinci evliliyindən olan qızı Şahnaz Bəşirova 2021-ci ildə, 67 yaşında ürəktutmadan vəfat edib.

Onun ilk evliliyinin isə qəribə, həm də mürəkkəb tarixçəsi var. Belə ki, o, 16 yaşında olarkən İran hakimiyyəti atasını siyasi səbəblərlə həbs edir. Mirzə Xəlilin ailəsinə qarşı da rejim tərs üzünü göstərməyə başladıqda çıxış yolunu həbsxananın rəisi Xəlilağada görür. Ona ailəsini xilas etməyi, Azərbaycana keçirməyi tapşırır. Xəlilağa böyük riskə gedərək ailəni gecə vaxtı Araz çayını keçirməklə Azərbaycana gətirir və sonradan özü də bu tərəfdə qalır. Elə bu zamanlarda gənc Rübabəyə vurulur. Ailəni ölümdən xilas etdiyi üçün Mirzə Xəlil Rübabənin fikrini soruşamadan onu Xəlilağa ilə evləndirir. Beləliklə, Rübabə Muradova cəmi 16 yaşında ilk dəfə ailə həyatı qurur. Lakin Xəlilağanın atası bu evliliyə razı olmur və oğluna halallıq vermədiyini deyir. Rübabə Muradovanın qızı Qəmərmülkün xatirələrində bildirir ki, sonradan babasını Kanavada güllələyirlər. Rübabənin karyerasına olan sevgisi isə bu evliliyi sona qədər aparmağa icazə vermir.

Sənət uğurlarının mükafatlandırılması

Rübabə Muradovanın sənət fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1956-cı ildə "Əməkdar artist", 1971-ci ildə isə "Azərbaycan SSR Xalq artisti" fəxri adına layiq görülüb. Bundan başqa, "Şərəf nişanı" ordeni ilə təltif edilib. Onun bir çox mahnıları Dövlət Televiziya və Radiosunun “Qızıl fondu”nda qorunur.

Vətən həsrəti

Sovet-İran sərhədinin bağlı olduğu illərdə Ərdəbilə gedə bilməməsi onun ən böyük nisgillərindən biri idi. Yaxınlarının dediyinə görə, o, doğma şəhərini tez-tez xatırlayır, uşaqlıq illərindən danışırdı. Hətta o, ölmədən öncə vəsiyyət edir ki, Ərdəbildən gətirilmiş torpaq məzarına səpilsin.

50 illik ömür

1980-ci illərin əvvəllərində Rübabə Muradovanın səhhətində ciddi problemlər yaranmağa başlayır. Buna baxmayaraq, o, mümkün qədər səhnədən uzaq düşməməyə çalışırdı. Sənətkar son günlərinədək musiqidən ayrılmaq istəmirdi. Şəkər xəstəliyi səbəbindən şirniyyat və şəkəri çox olan meyvələrdən uzaq durmalı olurdu. Xəstəliyi ağırlaşdıqca qidalanmaq da onun üçün çətinləşmişdi. Son günlərində demək olar ki, heç nə yeyə bilmir, əsasən su ilə kifayətlənirdi. Bir neçə ay ərzində xeyli çəki itirdiyindən onu yaxından tanıyanlar belə görkəminin çox dəyişdiyini deyirdilər. Rübabə Muradova 1983-cü il avqustun 28-də, 50 yaşında qaraciyər sirrozu nəticəsində vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn olunub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru