
Azərbaycanda 20 ildir fəaliyyət göstərən İT şirkətinin İnsan resursları direktoru işdən çıxıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "İktex" MMC-nin İnsan resursları direktoru Mehriban Verdiyeva vəzifəsindən ayrılıb.
O, 2024-cü ildən bu vəzifədə çalışırdı. 2023-cü ildə isə insan resurları departamentində menecer kimi şirkətdə fəaliyyətə başlayıb.
Qeyd edək ki, "İktex" MMC 2006-cı ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Dövlət və korporativ sektor üçün İT xidmətləri və innovativ texnoloji həllər təqdim edir. Şirkətin direktoru Ülvi Babaşovdur.























