Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                 

“Rayon rəhbərliyi çevrilib yaşadığı şəhərə baxsa, pis olmaz” - NARAZILIQ!
Tarix: 1-12-2021, 09:42 | Çap et
“Rayon rəhbərliyi çevrilib yaşadığı şəhərə baxsa, pis olmaz”
Addımbaşı dolu zibil qabları, ağaclardan asılmış tullantı torbaları, məhəllələrarası gölməçələr, süpürülüb, toplanmamış qalaq-qalaq yarpaqlar bu şəhərin sakinlərini təngə gətirib.

Söhbət Göyçaydan gedir. Sakinlərin deməsinə görə, problem heç də yalnız kənar məhəllələrdə deyil, elə mərkəzi küçələrin durumu da oxşardır.

Şəhər sakini Adil Babayev bildirir ki, bu problem son vaxtlar sosial şəbəkələrin mövzusuna çevrilib, göyçaylıların qruplarında da müzakirə edilir:

“Özüm sosial şəbəkə istifadəçisi deyiləm, uşaqlar göstərir, hələ şəkillərdə yaxşı düşüb deyərdim. Zibilləri süpürüb toplayırlar, sonra daşıyıb aparmırlar. Külək əsəndə həmin zibil qalaqları dağılır və həyətlərə, məhəllələrə yayılır. Bəzi yerlərdə isə həmin topaların üstünə yağış yağıb, nə bilim bizim insanları bilirsiz, topa zibil görəndə həmin ərazisini zibilxanaya çevirirlər. Nəticədə o ərazidə böyük təpə, yaxud zibillik yaranır”.
Sakinlərin aidiyyatı qurumlara şikayət edib-etmədiyinə gəlincə, Adil Babayev deyir ki, görünən məsələ ilə bağlı şikayət mənasızdır:

“İcra başçısı o yollardan keçmir, görmür? Yaxud başqa vəzifəli məmurlar bunun fərqində deyillər? Bir maşın qum-çınqıl gətirib məhəllələrarası yollara tökmürlər. Axırda problem dərinləşir, yollar keçilməz vəziyyətə düşür. Oğlum bacımgilin məhəlləsinə maşın sürmür. Deyir, ordan gələndən sonra maşını ustaya aparmalı olur. Bu gündədir Göyçayın yolları”.

Sakinlər bildirirlər ki, həm yollar, həm də zibillərin daşınmaması, yaxud küçələrin vaxtında təmizlənməməsi, baxımsızlıq hamını yorub. Artıq buna bir əncam çəkilməlidir.

“Facebook”dakı Göyçay səhifəsində də tez-tez şəhərin küçələrinin baxımsız olması və zibillərin daşınmaması ilə bağlı paylaşımlar edilir. Sakinlər bildirirlər ki, hətta şəhərin ağaclarını budayırlar, o kəsilmiş budaq parçaları həftələrlə, bəzən aylarla küçənin ortasında qalır:

“Ya bunu etməyin, ya da edirsinizsə, işi tamamlayın, yarımçıq qoyub getməyin”.

İstifadəçilər deyirlər ki, nəinki kənar məhəllələr, elə mərkəzi Heydər Əliyev prospekti, İdarəetmə və Texnologiya kollecinin olduğu küçələrdə də mənzərə eynidir:

“Rayonun Heydər Əliyev prospektinin işıqlandırılması üçün nəzərdə tutulan müasir elektrik dirəkləri zibil tullantısı kimi obyektlərin arxasına atılıb. Həmçinin, Göyçay Sanitar-Təmizlik İdarəsi ümumiyyətlə, buralarla heç maraqlanmır. Göyçay Rayon İcra Hakimiyyətliyinin Arxitektura şöbəsi isə bu kiçik əraziyə asfalt örtüyü çəkilməsini unudub. Halbuki hər il Göyçaya dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bəs niyə şəhər bu gündədir, niyə baxılmır? Buna cavab tapan yoxdur”, – istifadəçilər bildirir.

Adil Babayev də bildirir ki, şəhərdə həm də yeni zibil qutularına ehtiyac var. İndi olanların çoxu köhnə, paslanmış qutulardır:

“Özü də məhəlləyə bir dənə yox, 3-4 ədəd qutu qoyulmalıdır. O qoyulan bir zibil qutusu səhər saatlarında dolur. Qalanını kənarına qoyurlar. Dolub-daşır, suyu axır heç vaxında gəlib aparmırlar da. Bəzi məhəllələrdə heyvanlar həmin topa zibilləri dağıdır, vəziyyət daha da acınacaqlı hal alır. Rayon rəhbərliyi bir üzünü çevirib yaşadığı şəhərə baxsa, pis olmaz”.

Göyçay Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Musayev Meydan TV-yə bildirib ki, bəli, şəhərin müəyyən hissələrində zibillərin yığılıb qalması ilə bağlı müraciətlər alıblar. Hətta sosial şəbəkələrdəki paylaşımlardan da xəbərləri var:

“Həmin əraziləri də təbii ətrafda yaşayan sakinlər o hala salmışdılar. İki gün öncə şəhərdəki topa zibillər daşınıb. Xüsusən də mərkəzi küçələrdə, Heydər Əliyev prospekti, İdarəetmə və Texnologiya Kolleci ətrafı şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində təmizlənib”.

Şəhərdəki zibil qutularının köhnəldiyinə və bəzi yerlərdə olmamasına gəlincə, Nicat Musayev deyib ki, bunlar Nazirlər Kabineti tərəfindən təmin edilir və artıq şəhərin mərkəzi küçələrinin yeni zibil qutuları ilə təmin olunması üçün müraciət edilib:

“Ümid edirik ki, tezliklə bu məsələ də həllini tapar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru