“İndiyə kimi nə doğulduğu kənddə, nə də Sabirabadda xatirəsi əbədiləşdirilməyib...” - Milli Qəhrəmanın atası…
Tarix: 7-04-2022, 15:38 | Çap et
 “Aprelin 3-də Bakı şəhərində İkinci Fəxri Xiyabanda Muradın ildönümünü qeyd etdik. Axşam da orucluğa görə iftarda evdə ehsan verildi. Murad bizim günü hər vaxt əzizdir, hər gün onu xatırlayırıq. Amma 44 günlük Vətən müharibəsindən sonra tək bizdə yox, bütün şəhid ailələrində bir dəyişiklik oldu. Bu qələbəylə şəhidlərimizin yarımçıq qalan arzuları həyata keçdi. Şəhidlərimizin ruhu şaddır və biz şəhid ailələri üçün isə bu qələbə çox böyük təsəllidir. Ona görə ki, bu gün bizim övladlarımızın qanı tökülən torpaqda düşmən yox, bizim zabit əsgərlərimiz gəzir. Gələcəkdə də o yerlərdə bizim övladlarımız, nəvələrimiz gəzəcək”. diaaz.space xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant, Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyib. Şəhid atası Muradın nəsildə ilk oğlan övladı olduğunu bildirib:
“Murad Mirzəyev nə qədər nəfəsimiz var, o da bizimlə yaşayacaq. Əgər solda ürəyimizdirsə, sağda da onun yeridir. Yəni bir sinədə yaşayacaq. Mənim də babamın adı Muraddır. Həm də ki, bizdə nəsildə oğlan uşağının sayı az idi və Murad dünyaya gələndən sonra anam onun adını Murad qoydu ki, yəni biz bununla muradımıza çatdıq, nəslimizə oğlan gəldi. Ondan sonra bacılarımın da oğlanları dünyaya gəldi. Muradın ayağı belə düşərli oldu”.
Milli Qəhrəmanın atası Sabirabadda Muradın adının əbədiləşdirilməməsindən gileylənib:
“Bu gün Bakı şəhərində Muradın ailəsinin yaşadığı Yasamal rayonunda adına küçə verilib. Amma Sabirabadda altı ildir ki, Muradın adını rayon rəhbərliyi əbədiləşdirməyib. Sabirabad Kənd Təsərrüfatı kollecində Muradın tədbiri keçirildi və bildirdilər ki, kollec onun adına veriləcək, amma bu da qaldı. Baş yoldan bizə, Milli Qəhrəmanın evinə gələn iki kilometr yarım Muğan-Gəncəli yolunun da təmiri tilsimə düşüb. Ümumiyyətlə, Muradın Sabirabad rayonunda və doğulduğu kənddə xatirəsi əbədiləşdirilməyib. İcra başçımız dəyişdi, yenisi təyin edildi, amma yenə bu istiqamətdə heç bir addım atılmayıb” - deyə Milli Qəhrəmanın atası bildirib.
Qeyd edək ki, polkovnik-leytenant Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Xüsusi Təyinatlılarımızın zabiti olan Murad, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Murad Mirzəyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
| • Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18 |
|
|
|
| • Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06 |
|
|
|
| • Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
| • “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54 |
|
|
|
| • "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48 |
|
|
|
|