Zay məhsul satmaları azmış kimi... .....                     ABB özündən HOQQA ÇIXARIR... .....                     Zelenski Trampla heç razı deyil .....                     "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" .....                     Ərdoğan bu prosesi durdurmalıdır... .....                     "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... .....                     Kütləni dinləmə, Dambrauskas! .....                     Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ .....                     Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib .....                     Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək .....                     Qarabağ ermənilərinə gözlənilməz cavab .....                     “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi .....                     Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib .....                     LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır .....                     Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu .....                     “İran Azərbaycandan əl çəkməyəcək” .....                     Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı .....                     Yenə BANM, yenə BİRİNCİLİK! .....                     Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası .....                     Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                     “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” .....                     "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." .....                     Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib .....                     Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki .....                     Bakıda ət niyə bahalaşır? .....                     “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib .....                     Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir .....                     Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi .....                     Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib .....                     Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” .....                     Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək .....                     Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə .....                     Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb .....                     Şeyx məktəbli formasından danışdı .....                     Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi .....                     SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” .....                     Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ .....                     YAP-ın yeni İdarə Heyəti toplaşır .....                     Abxaziyada domino yarışı və: .....                     Azərbaycanda yeni lizinq şirkəti yaradıldı .....                 

"AZƏRİQAZ"DA ŞÜBHƏLİ HADİSƏLƏR...
Tarix: 6-05-2013, 09:02 | Çap et
"AZƏRİQAZ"DA ŞÜBHƏLİ HADİSƏLƏR...
RƏHBƏRLİK VƏZİYYƏTDƏN QƏRİBƏ ÜSULLA ÇIXIR

"Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev ciddi problemlə üzləşib. İstər əhaliyə, istərsə də kommersiya müəssislərinə satılan təbii qazın dəyərinin ödənilməsində ciddi kəsirlərin yaranması rəhbərliyin, konkret olaraq Ə.Hacıyevin karyerasını təhlükə ilə üzləşdirib.
Aldığımız məlumata görə, "Azəriqaz"ın qrafiklə rayonlara böldüyü qazın miqdarına uyğun vəsaitin toplanmaması Ə.Hacıyevin ciddi narahatlığına səbəb olub: "Məsələ bundan ibarətdir ki, "Azəriqaz"ın sərəncamına verilən və bu qurum tərəfindən rayonlar üzrə qrafikə uyğun paylanan təbii qazla sərfiyyat, həmçinin, yığılan vəsaitlər arasında kəskin fərq var. Yəni, sənədlə 100 min kubmetr qazın istifadəyə buraxılmasının göstərilməsinin əksinə olaraq, 60-70 min kubmetr qazın pulu toplanır. Yerdə qalan 30-40 kubmetrin taleyi isə qaranlıq qalır. Daha dəqiqi, bunu sənədlərlə "tənzimləmək" müşkilə çevrilib. Rəhbərlik aradakı "qaz itkisi"ni bəzi nazirlik, komitə və digər qurumlarla yanaşı, əhalinin hesabına ödətmək üçün hər bir varianta əl atır. Hətta bəzi hallarda "Azərpoçt" MMC-nin yerli şöbələrini də mənimsəmələrdə ittiham edirlər. Lakin Əkbər Hacıyevin illərlə sınadığı bu "variant" artıq işə yaramır və narazılığı daha da artırır. Ona görə də rəhbərlik digər vasitələrə də əl atmaq məcburiyyətində qalıb. Belə ki, məsuliyyəti səlahiyyətsiz, amma peşəkar işçilərin üzərinə atmaqla özlərini sığortalamaq istəyirlər".
Məlumata görə, "Azəriqaz"ın rəhbərliyi son iki il ərzində demək olar ki, bütün nazirlik, komitə, ali təhsil müəssisləri, xəstəxanalar və digər qurumlarla məhkəmə çəkişməsinə getsə də, böyük əksəriyyətinə qalib gələ bilməyib. Amma Əkbər Hacıyev yenə də "köhnə variant"ından əl çəkməyib. Məsələn, bu qurum illərdir Füzuli Ələkbərovun rəhbərlik etdiyi nazirlik və onun tabeliyindəki müəssisələrlə məhkəmədə "döyüşür". Həmin məhkəmə çəkişmələrinin böyük əksəriyyətindən məğlub ayrılsalar da, yenə də inadlarından əl çəkmirlər. Mənbəmizin sözlərinə görə, bu inad o təəssüratı yaratmasın ki, "Azəriqaz" iddialarında həmişə haqlı olub: "Sadəcə, rəhbərlik ortada olan və milyonlarla məbləği özündə ehtiva edən pul kəsirinin səbəbini yuxarılara izah etmək üçün bu vasitələrdən istifadə edərək, vaxt qazanır".
Məlumatda bildirilir ki, "Azəriqaz" İstehsalat Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi РЊazirliyinə qarşı borc tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edib. Lakin bu məhkəmədə verilən qərar "Azəriqaz"ın rəhbərliyinə vaxt qazanmaq üçün yetərli olmayıb. Onun üçün də qərardan apellyasiya şikayəti verilib: "Bildiyimə görə, həmin şikayət Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə araşdırılır. Mayın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi РЊazirliyinə qarşı "Azəriqaz"ın çoxsaylı şikayətlərindən daha birinə baxılacaq. Bu məhkəmə işini ona görə xatırladıram ki, "Azəriqaz"ın rəhbərliyi aradakı qaz itkilərini, daha doğrusu, sərəncamlarına verilən qazın dəyərinin ödənilməsindəki ciddi fərqləri yuxarı qurumlara bu bəhanələrlə izah etməklə vəziyyətdən çıxmağa cəhd edir. İddia edirlər ki, guya aradakı "itki"lər nazirliklərin qaz pulunu ödəməmələri səbəbindən yaranıb".

Rəisi nədə ittiham ediblər?

Son vaxtlar "Azəriqaz"da və onun digər sahələrindəki kollektivlərdə mühit gərginləşib. Rəhbərlik isə öz problemini səlahiyyətsiz işçilərin üzərinə atmaqla, həm də işgüzar görüntü yaratmağa çalışır: "Rəhbərliyin göstərişi ilə sahə rəisləri, əsasən də onların mühəndisləri, çilingərləri və bu kateqoriyadan olan işçilərə qarşı yeni kampaniyaya başlayıblar. Gülünc görünsə də, faktdır ki, rəhbərlik belə səlahiyyətsiz işçilərə qarşı sərt və əksər vaxtlar da qondarma ittihamlar irəli sürməklə vəziyyətdən çıxmağa çalışır".
Mənbəmiz bir neçə gün əvvəl РЊəsimi Rayon Qaz İstismar Sahəsində biabırçı hadisənin baş verdiyini də deyib: "Rəhbərlik həmin sahənin mühəndisini öz yaxın adamları ilə əvəzləmək və digər çatışmazlıqları başqasının üzərinə yükləmək üçün xoşagəlməz üsula əl atıb. Belə ki, uzun müddət şəhər qaz sistemində işləyən, hazırda isə РЊəsimi Qəza Xidmətinin rəisi vəzifəsində çalışan Mütəllim Hacıyevin yeri РЊəsimi rayonuna dəyişdirildikdən sonra ona qarşı növbəti "plan" qurulub. Bu günlərdə qəza xidməti rəisini işdən uzaqlaşdırmaq üçün onu rüşvətalmada ittiham etmək istəyiblər. Hətta yalançı şahidlər də tapılıb, onlar keçirilən iclasda odlu-alovlu çıxışlar da ediblər. Amma rüşvətalma faktı təsdiqlənməyib. Sözüm odur ki, belə xoşagəlməz variantlar kollektiv arasında onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdırır. Bu isə son mərhələdə ümumi işə mənfi təsir göstərir, amma rəhbərlik bunu anlamır. Daha doğrusu, onlar bu üsullarla vəzifə ömürlərini uzadacaqlarını proqnozlaşdırırlar".

Hadisə hüquq-mühafizə orqanlarından gizlədilib

Rəhbərliyin işçilərə qarşı ögey münasibətini təsdiqləyən daha bir hadisə Binəqədi rayonunda baş verib. Bir neçə gün əvvəl Binəqədi Qaz İstismar İdarəsinin çilingərləri Anar Gülməmmədovla Rza Məmmədov rəhbərliyin təhlükəsizliyə diqqət etməməsi və israrlı tələbləri üzündən ciddi xəsarətlər alıblar: "Onlardan qaz axınını dayandırmadan qaynaq işlərini aparmaq tələb olunub. РЊəticədə hər iki çilingər baş verən qəza səbəbindən xəsarət alıb. Amma rəhbərlik baş verən hadisəni hüquq-mühafizə orqanlarından gizlədib. Hətta iş o yerə çatıb ki, işçilərin sığortalı olmalarına baxmayaraq, onların xəstəxanada müalicəsinə də imkan verilməyib. Onları ev şəraitində müalicə olunmağa təhrik ediblər. Düzü, onlara dava-dərmanların alınmasında kömək göstərilib-göstərilmədiyini bilmirəm. Amma razılaşaq ki, bütün hallarda baş verən bu hadisə qurumdakı qeyri-sağlam münasibətlərin təzahürüdür. Əlbəttə, bir idarənin baş mühəndisi qeyri-peşəkardırsa (hərbçidir-red.), oradakı vəziyyət bundan artıq ola bilməz".
Bu və ya digər məsələlərlə bağlı "Azəriqaz"dan münasibət öyrənə bilmədik. Həmçinin, РЊəsimi Rayon Qəza Xidmətinin rəisi Mütəllim Hacıyevin mobil telefonu bağlı olduğundan, onunla da danışmaq istəyimiz alınmadı. Amma Binəqədi Qaz İstismar Sahəsinin xəsarət alan işçilərindən biri - Anar Gülməmmədovla danışa bildik və o, qəza hadisəsini təsdiqlədi: "Mən dünən xəsarət almışam. Amma ağır deyil, yüngül yanıq xəsarətlərim var. Dərmanları almışam, ev şəraitində müalicə olunuram".
Səhhətinin qaydasında olduğunu deyən müsahibimiz sığortalı olmasına baxmayaraq, hansı səbəbdən xəstəxanada müalicə olunmamasının səbəbini izah edə bilmədi: "Nə bilim, belə məsləhət oldu".
A.Gülməmmədov həmkarı R.Məmmədovun vəziyyətindən xəbərsiz olduğunu da dedi: "O, məndən bir gün əvvəl xəsarət alıb. Xəbərim yoxdur ki, indi necədir".
Əgər "Azəriqaz" rəhbərliyi və yaxud yazıda adları çəkilən şəxslər münasibətlərini bildirmək istəsələr, onların da mövqeyini dərc etməyə hazırıq.
\ reytinq \







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zay məhsul satmaları azmış kimi... - AXI NİYƏ?..
Bu gün, 01:00
• ABB özündən HOQQA ÇIXARIR... - GİLEY
Bu gün, 00:51
• Zelenski Trampla heç razı deyil - GƏRGİNLİK
Bu gün, 00:42
• "Uşaqları danışdırıb, ağladıb videoya çəkərək paylaşırlar" - ETİRAZ
Bu gün, 00:38
• Ərdoğan bu prosesi durdurmalıdır... - YOXSA...
Bu gün, 00:33
• "Məhəmmədi sevirsənsə, rüşvət vermə, alma... - Əlini sevirsənsə, yerə zibil atma..."
Bu gün, 00:25
• Kütləni dinləmə, Dambrauskas! - REPLİKA
Bu gün, 00:04
• Azərbaycana qarşı təxribata dini don geyindirmək CƏHDİ - Görünəni odur ki...
Dünən, 23:56
• Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib - "MS Now"
Dünən, 23:51
• Qarabağda 12 milyon manatlıq un zavodu tikiləcək - DETALLAR
Dünən, 23:46
• Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
Dünən, 23:41
• “Daşkəsən Dəmir Filiz”dən boru istehsalçısına müdir getdi - BUNDAN SONRA...
Dünən, 23:01
• Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib - NƏ BAŞ VERİR?
Dünən, 22:59
• LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır - TƏFƏRRÜAT
Dünən, 22:33
• Nazirliyin keçmiş şöbə müdiri tikinti şirkətində vəzifəyə təyin olundu - DOSYE
Dünən, 22:31
• “İran Azərbaycandan əl çəkməyəcək” – Erməni analitikdən hicab açıqlaması
Dünən, 22:24
• Azərbaycan amili Ermənistanın Avropa planlarını qarışdırdı – Mirzoyandan gözlənilməz etiraf
Dünən, 22:16
• Yenə BANM, yenə BİRİNCİLİK! - Ənənə dəyişmədi!
Dünən, 22:14
• Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası - MƏQALƏ
Dünən, 19:08
• Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır - AKTUAL
Dünən, 19:04
• “Belə şəraitdə ailələr daha ucuz məhsullara üstünlük verir” - İqtisadçı AÇIQLADI
Dünən, 18:21
• "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
Dünən, 18:16
• Azərbaycan əhalisi sentyabrda ərzaq almağa 3 milyard manatdan çox xərc çəkib
Dünən, 18:00
• Novella Cəfəroğludan hicab müzakirələrinə SƏRT təpki - "Türkiyə də anlamalıdır ki..."
Dünən, 17:54
• Bakıda ət niyə bahalaşır? - Bələdiyyə və qəssabların həyəcan təbili
Dünən, 17:51
• “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib - "AzBelşin” sahibləri nədən qanunları tanımır?
Dünən, 17:48
• Bölgədə tibb məntəqələrində vətəndaşlara iynə vurulmasına da icazə verilmir - NİYƏ?
Dünən, 17:44
• Bakıda iki peşə təhsil mərkəzinə direktor təyin edildi - DOSYE
Dünən, 17:38
• Əhali “Azərbaycan Sənaye Bankı”ndan pullarını geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 17:35
• Həbsxanadakı qətllə bağlı ŞOK İFADƏ: “Kölgə kimi izləyirdi...” - TƏFƏRRÜAT
Dünən, 17:31
• Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
Dünən, 17:28
• Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO
Dünən, 17:26
• Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb - QƏRAR
Dünən, 17:22
• Şeyx məktəbli formasından danışdı - "Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik..."
Dünən, 17:19
• Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi - ƏMR
Dünən, 17:17
• SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb
Dünən, 16:41
• Füzuli Ələkbərovun “İmprotex Motors”u xaricə funt sterlinq köçürməsinə görə CƏRİMƏLƏNDİ - DETALLAR
Dünən, 16:37
• YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX
Dünən, 16:32
• Abxaziyada domino yarışı və: - unudulan Qarabağ dərsi
Dünən, 16:27
• Azərbaycanda yeni lizinq şirkəti yaradıldı
Dünən, 16:25
• Rüfət Əzizovdan YENİ TƏYİNAT - FOTO
Dünən, 16:17
• Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
Dünən, 16:15
• "20 Yanvar"da üfunət iyi sakinləri bezdirdi - "Qanlı balıqlar, antisanitariya... Dəhşətdir!"
Dünən, 16:08
• LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
Dünən, 16:06
• "Türkiyədəki bəzi anti-Azərbaycan cərəyanlar..." – Bakıdan ETİRAZ
Dünən, 16:03
• “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
Dünən, 15:10
• İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır - KİV
Dünən, 15:08
• “Onların başında İran dayanır” – Çingiz Qənizadədən REAKSİYA
Dünən, 15:05
• Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışır – Daha bir hərbi həmlə
Dünən, 13:46
• “Ziyalıya hörmət var ki, nəisə deyəndə hansısa işə təsir etsin?” - Seyran Səxavət
Dünən, 13:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru