Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                 

BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ... - Lənkəranı yenəmi Rüfət Quliyev təmsil edəcək?
Tarix: 3-02-2020, 11:13 | Çap et
BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ...
Prezidentə müraciət edərək, özünü istefaya göndərən son parlamentin tərkibindən bir çox hakim partiya üzvlərilə yanaşı, müstəqil hesab olunan deputatların da yenidən öz namizədliklərini irəli sürməsi cəmiyyətin böyük kəsimində tənqid və narazılıqla qarşılandı. Təkrar namizədlikləri verilən YAP təmsilçilərinin “partiyanın iradəsindən çıxış edərək” növbədənkənar seçkiyə qatılmaları kimi bir bəhanəsi ola bilər. Lakin ölkədəki islahatlarla ayaqlaşmadıqlarını dolayısı da olsa etiraf edərək, parlamentin buraxılmasına səs verən müstəqil deputatların yenidən namizəd olmalarını anlamaq çətindir.

Belə namizədlərdən biri də artıq üst-üstə 15 ildir 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputat olan Rüfət Quliyevdir. Ümumiyyətlə, Lənkəranın deputat sarıdan bəxti gətirməyib desək, yəqin ki, bizi qınayan olmaz. Xatırladaq ki, Lənkəranın digər dairəsi olan 74 saylı dairədəki deputatı da Hadı Rəcəblidir. Bu iki deputatı birləşdirən bir çox cəhətlər var ki, onlardan biri də biznesdir.

Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Onun Azərbaycan iqtisadiyyatı ilə bağlı omasa da, şəxsi biznesilə bağlı kifayət qədər uğurları olduğu bildirilir. Rüfət Quliyev Azərbaycanda hələ ilk deputatlığı dövrlərindən millət vəkilindən daha çox siqaret monopolisti kimi tanınıb.

O, Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC-nin rəhbəri və gerçək sahiblərindən sayılıb. Vaxtilə deputat ola-ola mətbuatda dərc edilən müsahibəsində özü etiraf etmişdi ki, Azərbaycanda bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələr bu rəqəm minimum 50 faizin üstündə olduğunu iddia edirdilər.

Onlardan birinin mətbuata verdiyi məlumatda deyilirdi: “Xüsusilə son illərdə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır...”

Mətbuatda Rüfət Quliyevlə bağlı gedən yazılara diqqət yetirdikdə, onların böyük əksəriyyətinin deputatın biznesi, var-dövləti və pulla bağlı qalmaqallarına aid olduğunu görərsiniz. Sonuncu belə qalmaqal məhkəməyə qədər gedib çıxan 328 min dollarlıq pul davası olub.

Məlum olub ki, deputatın sələmə pul verdiyi və hətta dostu olduğu iddia edilən şəxs dünyasını dəyişdiyindən, millət vəkili onun ailə üzvlərindən pulun əvəzinə əmlak tələb edir. Həmin vaxt qarşı tərəfin vəkili jurnalistlərə müraciət edərək , “məhkəmədə hər kəs görsün ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir” deyə bildirmişdi.

Təəssüf ki, deputatın külli miqdarda pulu, var-dövləti olması və onu sələmə verməsi Azərbaycan üçün adi hala çevrilib...

Ancaq maraqlı olan öz biznesilə, var-dövlətilə məşğul olan bir adamın təkrar-təkrar deputat seçilməkdə marağı və bunun necə mümkün olmasıdır.

Normalda, müstəqil deputat arxasında hər hansı siyasi qüvvənin, ideologiyanın olmadığı bir şəxsdir. Belə şəxsin 3 dəfə ardıcıl olaraq deputat seçilməsi və dördüncüyə də iddialı olması üçün ən azından ölkə çapında tanınmasına, xarizmatik şəxs olmasına, olduqca aktiv ictimai-siyasi fəaliyyəti, geniş auditoriya tərəfindən diqqətlə izlənən çıxışları, nəhayət, heç olmasa təmsil olunduğu dairənin əhalisi qarşısında fövqəladə xidmətləri və s. digər üstünlüklərə malik olması gərəkdir. Bəs bunların hansı biri Rüfət Quliyevdə var?

Müsahibələrinin birində bu deputatın öz seçicilərilə görüşünə dair söylədiklərinə diqqət yetirin: “Mən ayda 1 dəfə seçicilərimlə görüşürəm. İndi görüşə gələn adamların sayı isə azalıb. Bunun obyektiv səbəbi də var... hökumət üzvləri bölgələrdə vətəndaşlarla görüşürlər. Mən belə başa düşürəm ki, həmin görüşlərdə problemlərin çoxu həll olunur”.

Belə çıxır ki, artıq Lənkəran camaatının bütün problemləri həll olunub və deputata söyləyəcək elə bir sözü qalmayıb. Bəlkə əksinə, əhali hörmətli deputata nəsə deməyin mənasız olduğunu anladığından ona müraciət etmir? Yaxud bəlkə bu görüşlər əgər keçirilirsə də, yalnız deputata sərf edən “ənənəvi kontingentlə” keçirilir? Axı istənilən lənkəranlı, deputatın əlindən tutub, onu işsizlikdən, imkansızlıqdan, sosial problemlərdən əziyyət çəkən yüzlərlə, minlərlə ailənin qapısına apara bilər.Təbii ki, əgər R.Quliyev həmin qapıları döymək istəyirsə...

Nəhayət, bu deputatın belə demək mümkünsə, hansı siyasi cinahı təmsil etməsinə nəzər yetirməkdə bir fayda var. Ölkədə aparılan iqtisadi, kadr və struktur islahatları, eləcə də siyasi islahatlar “köhnə qvardiyaya” aid olan və onun bosslarının qulluğunda durmuş fiqurlara yeni şəraitdə şans tanımır.

Rüfət Quliyevin hansı qrupa, hansı cinaha aid olmasına dair konkret fikir söyləməkdən uzağıq. Yalnız onun müsahibələrinin birində keçmiş MTN naziri Eldar Mahmudovla bağlı suala nostalji dolu, az qala kövrək cavabını xatırlatmamaq olmur: “Həmkarım Çingiz Əsədullayevin(Eldar Mahmudovun ən yaxın adamlarından biri, Rüfət Quliyevin dostu-red.) bir sözü çox xoşuma gəlir. Vaxt var idi ki, insanlar Eldar Mahmudovun əlini sıxmaqdan ötrü növbəyə düzülürdülər...”

Bəs bu sırada kimlər olub və indi onlardan kimlər qalıb görəsən?

Bir də görəsən lənkəranlılar nə düşünürlər? Yenəmi Hadı Rəcəbli, yenəmi Rüfət Quliyev?...
AzPolitika.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru