Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                 

Fermerlərin məhsulu batır, nazirlik isə yatır... - İnam Kərimov NƏ İŞƏ YARAYIR?
Tarix: 29-03-2022, 11:13 | Çap et
Fermerlərin məhsulu batır, nazirlik isə yatır...
Azərbaycandan xurma ixrac edən onlarla kəndli-fermer Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və rublun dəyərdən düşməsi ilə iki əsas bazarını itirib. Məhsulunu sata bilməyən fermerlər min-bir əziyyətlə, xərclə başa gəlmiş xurmanı zibilə tullamağa məcbur qalıblar.

Söhbətləşdiyimiz fermerlər bildiriblər ki, Rusiyaya göndərilmiş xurmaların bir hissəsi yolda xarab olub, məhsulunu bazara çıxara bilənlər isə rublun dəyərini itirməsi ilə qəpik-quruş qazanıblar. Qazandıqları pul soyuducu anbarların xərcini güclə ödəyib.

Göyçaylı fermer Rəhim Salmanov deyib ki, onların əsas bazarı Rusiya və Ukraynadır. Onsuz da son bir-iki ildir məhsullarını satmaqda çətinlik çəkirlər, müharibə də üstəlik vəziyyəti daha da pisləşdirib.

“Daşınma xərci iki dəfədən çox artdı...”

“Ukraynaya məlum səbəbdən məhsul göndərə bilmədik. Rusiyaya isə daşınma xərci iki dəfədən çox artaraq dörd-beş min dollara çatdı. Təsəvvür edin, məhsul göndəriləndən bəri rubl bir neçə dəfə dəyərini itirib. Bu azmış kimi Rusiyadan pul çıxarılması da çətinləşib. O zaman satdığımız malın pulunu necə alacağıq? Hələ bunun gömrük rüsumundan danışmıram”, - fermer bildirib.

R.Salmanov edib ki, soyuducu anbarlarda məhsul saxlamaq kəndli-fermer üçün sərfəli deyil: “Yanvarın 15-dək soyuducu anbarda məhsul saxlamaq hər 9 kiloqramlıq yük üçün 2 manat 50 qəpiyə başa gəlirdi. Yanvarın 15-dən sonra hər kiloqram üçün 4-5 qəpik tələb etməyə başladılar. Çünki soyuducu anbarların tutumu böyükdür, sahibkara da sərf etmir”.

Göyçayda xurmanı çay kənarlarına tökürlər

Fermer qeyd edib ki, ona çəkdiyi zəhmət və zərərlə bağlı danışmaq ağrılıdır. Bütün ilboyu çəkdiyi zəhmətin bəhrəsini görməyib. Bu mövsümdə ən azı 50 min manatdan artıq zərəri olub. Halbuki əvvəllər xurma neçə ailənin dolanışıq mənbəyi olub. Buna görə də xurma bağını daha sərfəli meyvə ağacları ilə əvəz etməyi düşünür.

Digər fermer isə adının çəkilməsinə ehtiyac görməyib, deyir ki, onsuz da xurma istehsalı ilə məşğul olan kəndli-fermerlərin əksəriyyəti onun vəziyyətindədir. Xurma ilə bağlı real vəziyyəti görmək üçün mövsümdə Göyçaya gəlmək kifayətdir. Çünki rayonda zay olmuş məhsullar çayın kənarlarına atılır.

Fermer bildirib ki, xərclər artıb, indi bir hektar xurma bağının becərilməsi təxminən 3 min manata başa gəlir. Xurma istehsalçıları əsasən Rusiya və Ukrayna hesabına dolanır, qazanc götürə bilirdilər: “Tək Göyçay deyil, Şəmkir və şimal rayonlarındakı tanış fermerlərlə də əlaqə saxlayırıq. Fermerlərin çoxu bu vəziyyətə düşüb, məhsul bol olub, sata bilməyiblər, nəticədə tökülüb qalıb”.

10 min tondan artıq məhsul zay oldu

Fermerlərdən biri Orucəli Qəniyev isə bildirib ki, o mövsümdə məhsullarını yerli bazarda 8 kiloqramını 6 manatdan sata bilib. Məhsulu çox olmadığından zərərlə də üzləşməyib. Qəniyev məhsulunu saxlayanlardan fərqli olaraq dərhal satanların zərərə düşmədiyini də qeyd edib.

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov isə bildirib ki, on min tondan artıq məhsul zay olub, yüzlərlə fermer ziyana düşüb: “Onsuz da ötən ildən Rusiya bazarında alıcılıq qabiliyyəti kəskin azalmışdı, Azərbaycandan bu ölkəyə ixrac olunan xurmanın bazarlarda satışı xeyli zəifləmişdi”.

Q.Yusifov xurma ixracında başqa bazarların olması ilə bağlı təkliflərlə çıxış edib. Çünki yerli bazar o qədər məhsulu qəbul edə bilmir. Fermer isə təkbaşına yeni bazar axtara, məhsulunu çıxara bilmir.

Qeyd edək ki, kəndli-fermerlər xurmanı soyuducu anbarlarda saxlayıb, qış aylarında Rusiya və Ukraynaya ixrac edirlər. Anbarlarda mal qaldıqca maya dəyərinə təsir edir, amma adətən xarici bazarda xurma yerli bazardan bir neçə dəfə baha satıldı. İndi isə əsas iki bazarı itirmək xurma istehsalçılarına ciddi zərbədir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü ərəfəsində Azərbaycandan Rusiyaya meyvə-tərəvəzin qatarlarla daşınmasını nəzərdə tutan “Aqroekspress” layihəsi işə düşmüşdü və bu layihə çərçivəsində Azərbaycandan Rusiyaya o cümlədən xurma yüklü qatarlar yola salınmışdı. Yüklərin qatarlarla daşınması fermerlər üçün xeyli sərfəli olmalı idi, çünki bu həm malın daha tez çatdırılması, həm daşınma xərclərinin azalmasına gətirib çıxaracaqdı. Lakin müharibə vəziyyəti mürəkkəbləşdirib və indi azərbaycanlı fermerlər Rusiya bazarına həm ötən payızdan qalma meyvəni, həm faraş tərəvəzi çatdırmaqda bir sıra çətinliklərlə üzləşiblər.
virtualaz.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru