Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                 

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin BAŞI DƏRDDƏ - TƏFƏRRÜAT
Tarix: 30-03-2022, 12:24 | Çap et
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin BAŞI DƏRDDƏ
Azərbaycanın təhsil sistemi yaşadığı problemlərlərdən hələ də qurtula bilmir. Yaxın keçmişə nəzər saldıqda bu sahədə bir neçə nazir dəyişikliyinin şahidi olmuşuq. Bütün yeni təyin olunmuş nazirlərin isə ən birinci vəzifəsi təhsil müəssisələrində rüşvətxorluğun qarşısını almaq olub. Burada rüşvət dedikdə isə şagirdlərin müəllimlərinə verdiyi bayram hədiyyələri, tələbələrin semestr imtahanlarında qiymət almaq üçün verdiyi pullar nəzərdə tutulur ki, hər yeni nazir bir qlobal problem kimi bunun qarşısını alacağını bildirir, təhsil sisteminin əsas qayğılarını, görülməli olan bir çox işləri kölgədə qoyurlar.

Məlum olduğu kimi hər il dövlət büdcəsindən təhsil sisteminə kifayət qədər vəsaitlər ayrılır. Düzdür, son illər ərzində təhsil sahəsində çalışanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Ölkənin şəhər və kəndlərində son illər ərzində minlərlə yeni məktəb binası tikilərək istifadəyə verilib, təhsil müəssisələrinin əsaslı təmir olunması və yenilənməsi istiqamətində də işlər görülüb. Amma son aylarda respublikanın ayrı-ayrı rayonlarında olan kənd məktəblərinin sosial şəbəkələrdə, hətta televiziyada yayılan bərbad vəziyyətə düşmüş görüntüləri bir çox ciddi şübhələrə yol açır, suallar ortaya çıxarır. Rəsmi hesabatlarda hər il yüzlərlə yeni məktəblərin tikilməsi, təmir olunması barədə açıqlamalar verilirsə, bu bərbad vəziyyətdə olan məktəblərin sayı niyə qurtarmır? Niyə hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı verilmir?

Yuxarıda qeyd etdiyimiz kimi, son illər ərzində təhsil sisteminə bir neçə nazirin başçılıq etdiyinin şahidi olmuşuq. Bu nazirlərin orta məktəblərdəki xırda problemlərlə uğraşdıqlarını, ictimai diqqəti məktəblərdə təhsilin keyfiyyətinin artırılmasına deyil, müəllimlərə verilən hədiyyələrə yönəltdiklərini də gördük. Amma dövlətin təhsil sahəsinə ayırdığı vəsaitlərin xərclənməsi zamanı şəffaflıq və effektivliyin təmin edilməsi istiqamətində konkret addımların atıldığını görmədik.

Elə götürək sonuncu nazir Emin Əmrullayevi. Üç aydan sonra onun Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsinin ikinci ili tamam olacaq. Təyinatının ilk günlərində onun gənc kadr kimi ölkəmizdə təhsilin keyfiyyətini artıran yenilikçi bir nazır olacağı qabardılırdı. Amma bu iki ilə yaxın müddət ərzində ölkə əhalisi islahatçı nazırdən ümumi auditoriyaya hazırlanmış çıxışlarından başqa heç bir yenilik görmədi. Emin Əmrullayev də sələfləri kimi ilk günlərdən müəllimlərə verilən hədiyyələri ictimaiyyətin gözünə soxdu, lakin təhsil infrastrukturunun yenilənməsinə ayrılan vəsiatlərin səmərəli xərclənməsinə və korrupsiyaya uğramasının qarşısını almaq barədə konkret açıqlamalar vermədi, addımlar atmadı.

Yəni, sözügedən nazirlikdə təhsil müəssisələrinin yenidənqurulması, təmiri və tikintisinə ayrılan külli miqdarda dövlət vəsiatləri əvvəlki illərdə olduğu kimi, hələ də səmərəli xərclənmir və müxtəlif üsullarla təyinatından kənara sərf olunur.

Aktualinfo.orq bu barədə məlumatı bu günlərdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin fəaliyyətindən narazı olub məhkəməyə müraciət edən sahibkardan əldə edib. Hazırda iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır və aprelin 5-də məhkəmə prosesi başlayacaq. “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin qanuni nümayəndəsi Vüqar Süleymanovun redaksiyamıza surətini təqdim etdiyi iddia ərizəsində məhkəmədən nə tələb olunur? İddiaçı yazır ki,

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında 26 may 2021-ci il tarixli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmışdı. Həmin Sərəncam əsasında, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduru üzrə elan verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 may tarixli Sərəncamına Əlavədə nəzərdə tutulan Azərbaycan Respublikasının müxtəlif rayonlarında 31 modul tipli məktəbin quraşdırılması işlərinə dair müqavilənin tələb olunan yerinə yetirilmə müddəti-dekabr 2021 müəyyən edilmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olaraq bizi də bu iş çox maraqlandırdı. Bəzi saytlardan https://azertag.az/xeber/1790247 əldə etdiyimiz məlumatlara görə ehtimal dəyəri on milyon (10 000 000.00 ) manat olan 31 ədəd modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulmuşdur. Satınalmada iştirak etmək məqsədi ilə tender komissiyasına dəfələrlə müraciət etməyimizə baxmayaraq heç nə əldə edə bilmədik. Belə ki, biz 07 iyul 2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasına elektron qaydada yazılı müraciət etmişik və həmin müraciətdə deyilir:
Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması ilə bağı müsabiqədə iştirak etmək istəyirik. Bununla əlaqədar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı, iştirak haqqı məbləği və rekvizitləri e-mail ünvanımıza göndərməyinizi xahiş edirik. Vüqar Süleymanov. “TƏMİR-QURAŞDIRMA-2016” MMC; VÖEN 0555397716.”
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Tender Komissiyasından bizə elektron qaydada cavab olaraq bildirilmişdir ki, “Bu sənədlər kağız daşıyıcısı formasında Tender Komissiyasına təqdim olunmalı, sənədlərin təhlilindən sonra Sizin satınalma prosedurunda iştirakınız məsələsinə baxılacaqdır.”
Sonradan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına zidd olaraq, “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin həmin satınalmada iştirak etməməsi üçün hər cür maneələr yaratdılar. Hətta yuxarıda qeyd etdiyimiz kimi şərtləri çətinləşdirmək məqsədi ilə elanı da dəyişdirib ikinci elan verdilər və ikinci elanda olan şərtlər birinci elandakı şərtlərdən çox ağır olmuşdur. Modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki Ağsu, Şabran, Quba, Gədəbəy, Xaçmaz və digər rayonlarda məktəblərə baxış keçirdik.
Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Bildirirəm ki, satınalma oyunu başlamamış məktəblərin bəzilərində 50%, bəzilərində isə 70%-i quraşdırılmışdı (şəkillər əlavə olunur). Bunları hansı şirkət və ya kim tərəfindən quraşdırılmasını öyrənmək mümkün olmamışdır. Qeyd edirəm ki, heç bir sahibkar satınalmada qalib olmamış, müqavilə bağlamamış öz vəsaiti hesabına bu işləri heç bir vaxt görməzdi. Bildiyimizə görə bu işləri Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbəri Anar Axundovun qohumlarının adlarına təsis edilmiş
müəssisələr tərəfindən qeyri-qanuni yollarla nəğd hesablaşmalar üsulu ilə aparılmışdır. Hətta orada çalışan işçilərin əmək haqlarının da nəğd qaydada ödənilməsini öyrəndik.
Bu qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara şikayət etdiyimi bildikdə, 22.07.2021-ci il tarixdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təçhizat İdarəsində satınalma komissiyanın sədri olan Sirac Əliyev modul tipli məktəblərin quraşdırılması ilə bağlı idarənin rəis müavini Fərhan Əliyevin mənimlə görüşmək istədiyini bildirdi. Görüş zamanı onlara, satınalma müqaviləsi və digər sənədləşmələr olmadan qanunsuz olaraq işlərin 70%-nin görüldüyünü və bu halların Azərbaycan Respublikasının Qanunvericiliyinə, Prezidentimiz cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına zidd olduğunu bildirdim. Fərhan Əliyev bu qanunları kənara qoymağı, onların qanunsuz işlərininə qarışmamağı və şikayət etməməyi məsləhət gördü və mənə bildirdi ki, “Sizə modul tipli məktəbləri quraşdırılmasını verə bilmərəm. Gedin ayrı işlə məşğul olun. Sizə bunun muqabilində xırda təmir işləri verə bilərik.” Bu da rüşvətin başqa yeni bir formasıdır. Qalib olacaq təşkilatın Anar Axundovun qohumlarına aid olduğunu bilirdim. Mən onlara modul tipli məktəblərin quraşdırılmasında iştirak etməkdə israrlı olduğumu bildirdim və şikayət məktublarımı aidiyyatı orqanlara göndərdim.
Növbəti gün Cirac Əliyev mənə telefon açdı. Fərhan Əliyevin mənim modul tipli məktəblərinin quraşdırılmasıda iştirak etməyim üçün Təhsil Naziri Emin Əmurullayevdən razılıq aldığını və adıma yeni təsis edilmiş təşkilatın yaradılmasının vacib olduğunu bildirdi. 26.07.2021-ci il tarixdə modul tipli 30 məktəbin quraşdırılması işlərinin satınalınması üçün keçirilən qaununsuz satınalmada 9,8 milyon manatla qalib elan olundu. Qeyd etdiyim kimi satınalma oyunu başlamamış məktəblərin 70%-i quraşdırılmışdır. Saytda elan edilmiş ehtimal qiymətlərlə görülən işləri müqayisə etdikdə qiymətlər 5 dəfədən çox şişirdilmişdir. Məsələn, Ağsu rayonun Təklə kəndində quraşdırılmış məktəbi 350 000.00 manata deyil, 75 000.00 manata quraşdırmaq olardı. (şəkillər əlvə olunur). Biz bu vəsaitlə 30 deyil, 45 modul tipli məktəb və 40 idman meydancası inşa edə bilərdik. Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsiz olmasının şahidi olduq. Belə ki, sendviç panel (1 kv.m-35 manat) deyil, profnastil dəmir lövhələr (1 kv.m-5 manat) və daş yundan (1 kv.m-2 manat) istifadə edilmişdir.

Görülən işləri hansı materiallarla, hansı formada və hansı vəsait hesabına olacağını bilən və bunlara nəzarət edən sifarişçi təşkilat Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidir. Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsidnə digər işlər də belə həll olunur. Yəni, 23.07.2021-ci il tarixdə satınalma portalında elanı verilmiş Oğuz rayon məktəblərində Balakən rayonu məktəblərində cari təmir işləri, Ağsu rayonu 5 saylı məktəbində
(elan 02.07.2021-ci il, zərflərin açılışı 07.08.2021-ci il) və bunun kimi digər rayonlarda da əsaslı təmir işlərinin satınalma prosesi başa çatmamış icra olunacaq işlər artıq yekunlaşmaqda olmuşdur. Digər cari təmir işləri də eyni formada aparılmışdır. Ümumiyyətlə bu idarənin gördüyü işlər demək olar ki, hamısı eyni vəziyyətdə olmuşdur. Çox təəssüf ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində bunun kimi qanunsuzluqlar və dəhşətli dərəcədə qiymət şişirdilmələri saysız-hesabsızdır. Lakin bu günə kimi operativ araşdırılması tələb olunun işlərə yanaşma qeyri-ciddi olmuşdur. Belə ki, bir neçə belə satınalmalar başa çatmışdır. Belə aydın olur ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin məqsədi həqiqi real dövlət satınalması keçirtmək yox, gözdən pərdə asaraq işləri öz müəsisələrinə ötürməkdir.
Göründüyü kimi, formal, yəni “gözdən pərdə asmaq” üçün keçirilən və nəticələri uzun müddət əvvəl məlum olan və saxta xarakter daşıyan satınalmalarda iştirak etmək və qalib olmaq mümkün deyildir, çünki əvvəlki illərdə olduğu kimi, satınalmalarda həyata keçirilməsi nəzərdə tutulan işlər qanunsuz yollarla Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbərliyinin qohumlarının adlarına təsisi edilmiş müəssisələr tərəfindən icra edilmişdir.
Vergi ödəyicisi olaraq “TƏMİR-QURAŞDIRMA-2016” MMC-nin sahibkarlıq subyekti kimi bərabər əsaslarla, bərabər hüquqlarla və bərabər imkanlarla qeyd edilən dövlət satınalmalarında iştirak etmək hüquqları qanunsuz və əsassız olaraq məhdudlaşdırılmış, ona bu satınalmalarda iştirak etməyə imkan verilməmiş və sahibkarlıq subyekti olaraq xidmət göstərmək və qazanc əldə etmək hüququndan məhrum edilmişdir.
Bildirirəm ki, qeyd edilən qanunsuzluqlarla bağlı ilk növbədə Sizlərə, şikayət qaydasında isə cənab Prezidentə, Baş Prokurora, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, satınalmalar üzrə işlərin həyata keçiriləcəyi şəhər və rayonların prokurorlarına və digər səlahiyyətli dövlət orqanlarına dəfələrlə müraciətlər etmişik.

Sahibkar sonda ümidini məhkəməyə bağladığını və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində vəzifəli şəxslərin bu kimi qanunazidd əmələrinə ədalətli, hüquqi qiymət veriləcəyinə əmin olduğunu bildirir.

Göründüyü kimi, Təhsil Nazirliy bu gün ölkədə əhalinin başını məktəblərdə olan xırda problemləri həll etməklə aldadır. Amma təhsil sistemində olan ən böyük problemlər dilə gətirilmir. Burada ən böyük problem isə dövlət vəsaiti hesabına həyata keçirilən təhsil müəssisələrinin əsaslı tikinti və təmir məsələlərində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsindədir. Buna isə nəzarət ya yox dərəcəsindədir, ya da nəzarət etmək istəmirlər. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin dövlət satınalmaları yolu ilə həyata keçirdikləri işlərdə səlahiyyətli şəxsləri tərəfindən yol verilən saysız-hesabsız özbaşınalıq, saxtakarlıq, vəzifədən sui-istifadə və sair qanunsuzluq halları da buna bir misaldır.
Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru