Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                     Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub .....                     Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi .....                     17 illik müzakirədən sonra qəbul olunmuşdu: .....                     “Aliment ödəmir, anamın halal evini də bizdən alır” .....                     Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub .....                     Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU .....                     Baxçalının bu jesti... .....                     İran dağılma təhlükəsindən sovuşdu .....                     İsrail ABŞ-dan təcili “Apaçi”lər alır .....                     Arda Turan Türkiyə millisini çalışdıracaq? .....                     “İmdad Audit” bazarı tərk edir .....                     30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” .....                     Köçəryanın adamı Paşinyanı hədələdi .....                     Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə .....                     Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: .....                     "Məni aldatdılar..." .....                     Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib .....                     "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? .....                     Emin Yaqubluya yüksək vəzifə verildi .....                     Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib .....                     Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? .....                     Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir .....                 

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı? - İLGİNC FAKTLAR
Tarix: 5-04-2022, 10:34 | Çap et
Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?
Əl-qərəz: Vəzifəsindən və zəhmindən asılı olmayaraq, hər kəs öz bacardığı işi görür


“Gəmiqaya Holding”in iki ortağı – Türkiyəli iş adamı Emin Uçar ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza arasında mal bölgüsü ilə bağlı qalmaqal davam edir.

Ovqat.com-a etibarlı mənbələrdən daxil olan məlumata görə, ortaqlar arasında ziddiyyət 2021-ci ilin iyun ayında yaranıb. Qalmaqalın əsas motivi isə Emin Uçarın maliyyə hesabatlarında Rza Talıbova atması və bu yolla əldə etdiyi vəsait hesabına Türkiyədə, Gürcüstanda, Ukrayna və Belarusda özünəməxsus şirkətlər qurmasıdır.

İddialara inansaq, Emin Uçarın Naxçıvana ayrılan dotasiyaların mənimsənilməsi hesabına Türkiyədə qurduğu “Gemikaya-İstanbul Holding” 30 böyük Türk şirkəti arasına girib. Bu isə Talıbovlar ailəsinin bərk qəzəbinə səbəb olub. Arada çıxan söz-söhbətdən sonra Emin Uçar Naxçıvanı tərk etmək məcburiyyətində qalıb. Muxtar Respublikada fəaliyyət göstərən birgə holdinq isə elə Naxçıvansayağı “milliləşdirilib”.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?

Emin Uçarın bu “Naxçıvansayağı milliləşdirmə” ilə razılaşmadığını və “Gəmiqaya Holding”dəki payı uğrunda mübarizəsini Türkiyədə davam etdirdiyi bildirilir. İddialara görə, o, Türkiyənin ən böyük şirkətlərindən birinin sahibi kimi ölkənin ən yüksək siyasi xadimlərinə öz şikayətini çatdırıb. Türkiyə də, təbii ki, Naxçıvan “xanlığı”nın pis xasiyyətinə bələd olduğundan öz iş adamının haqqını müdafiə edib, məsələni Azərbaycan rəhbərliyi qarşısında qaldırıb. Azərbaycan rəhbərliyi öz növbəsində Naxçıvan “xanı”na ciddi xəbərdarlıq edərək Türk iş adamlarına qarşı ənənəvi repressiv siyasətindən əl çəkməsini tapşırıb. Beləcə, Naxçıvan “xanlığı”nın Türk və yerli iş adamlarına tutduğu divan Emin Uçarın işinə yarayıb.

Bildirilir ki, “xanlıq” rejimi sayəsində Muxtar Respublika səmalarında onun icazə olmadan quşların belə uça bilmədiyi halda, artıq Uçar ailəsi istədiyi vaxt Naxçıvana gəlib gedir, heç kim ona “gözün üstə qaşın var” deyə bilmir.

İnformasiya mənbəyimiz iş adamına qarşı məhdudiyyətlərin tətbiq oluna bilməməsini Naxçıvanda böyük irəliləyiş saysa da, bundan Emin Uçarın yararlanmasına təəssüflənir. Onun dediyinə görə, Emin Uçar “süddən çıxmış ağ qaşıq” deyil və əldə etdiyi bütün maliyyəni Naxçıvan camaatının boğazından kəsilərək mənimsənilmiş haqlarına borcludur. Belə ki, o, “xan” ailəsi ilə əlbir olub Naxçıvan ayrılan dotasiyaların mənimsənilməsində yer alıb. Məhz bunun hesabına güclənib və önəmli iqtisadi gücə çevrilib. Nəhayət, Emin Uçarın “xan” ailəsinə fırıldaq gəlməsi ortaya çıxıb, bu da tərəflər arasındakı əhd-peymanın pozulması ilə nəticələnib. Başqa sözlə, Emin Uçarla Rza Talıbov arasında ziddiyyətlər heç də hansınınsa Naxçıvan əhalisinin mənimsənilən haqqını qorumasından yox, birinin digərinə atmasından doğub.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?
Şəkildə: Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı Naxçıvanda Emin Uçarı ziyarət edir

Bəs, Emin Uçar Rza Talıbovu necə aldadıb?

Məlumata görə, Muxtar Respublikanın bütün inşaat və təmir işlərində istifadə olunan avadanlıqların təchizatı saxta tender yolu ilə Emin Uçarın rəhbərlik etdiyi “Gəmiqaya Holding”ə ötürülüb. Ötürülmə mexanizmi isə çox sadə olub: “tender”də adətən Naxçıvanda fəaliyyət göstərən iki şirkət – “Cahan Holding” və “Gəmiqaya Holding” iştirak edib. Hər iki holdinq “xan” ailəsinə məxsus olduğundan, təbii ki, burada gerçək rəqabətdən söhbət gedə bilməz. “Xan” həzrətləri tenderdə kimin qalib gəlməsini istəyibsə, o da “yarışı” qazanıb. Bütün “tender”lərin qalibi isə, sözsüz ki, “Gəmiqaya” olub.

Emin Uçar təkcə Naxçıvanda qazanmaqla kifayətlənməyib. O, saxta tenderlə qazandığı layihələrin təchizatı üçün alınan malları özünün Türkiyədə yaratdığı “Gemiqaya-İstanbul” şirkəti vasitəsilə Naxçıvana gətirib. İstədiyi mala istədiyi qiyməti qoymaq və malların alındığı şirkətlərlə gizli sövdələşmələrə girmək səlahiyyəti də onda olub. Dolayısıyla “xan” ailəsi 1 qazanıbsa, Emin Uçar 2 və bəlkə də 3 qazanıb.

İddia olunur ki, Emin Uçarın “xan” ailəsinə fırıldaq gəlməsinin üstü dəfələrlə açılıb. Hələ 5-6 il əvvəl Naxçıvanda kənd təssərüfatının inkişafı layihəsi üçün tələb olunan suvarma nasosları Türkiyədən 1 milyon TL qiymətinə alınıb və Naxçıvana gətirilib. Naxçıvanda isə nasoslar 1 milyon ABŞ dollarına sənədləşdirilib. Nasosların 10 ədəd olduğu bildirilir. Yəni təkcə bu proyektə görə, Naxçıvana ayrılan dotasiyadan 10 milyon silinib. Araşdırmalar zamanı alınan malın əsl qiymətinin xeyli aşağı olduğu ortaya çıxıb. Emin Uçar bu hadisəni texniki səhv kimi qələmə verib. “Texniki xəta”nı edən Muhammet adlı şəxsi isə dərhal Naxçıvandan çıxarıb Ağrıya göndərib. Bir müddətdən sonra həmin adama Ağrıdakı sement zavodunda məsul bir iş tapşırıb.


2 milyon dollarlıq musiqili fantan

İkinci belə “texnika xəta” Naxçıvanda inşa olunan fantan layihəsində üzə çıxıb. Muxtar Respublikaya gətirtilən bir fantanın qiyməti sənədlərdə 2.000.000 dollar olaraq göstərilib. Araşdırma zamanı gerçək qiymətin qat qat aşağı olduğu aydınlaşıb. Maraqlıdır ki, bu məlumatı “xanlıq” rejiminə satıcı firmanın özü bildirib. Beləcə, Uçarla Rza Talıbov arasında ziddiyyət özünün kulminasiya nöqtəsinə çıxıb. Rza Talıbovun araşdırması nəticəsində, demək olar ki, bütün “tenderlər”də Emin Uçarın ona atdığı müəyyənləşdirilib. Bu da Türkiyəli iş adamının Naxçıvandan qovulması ilə nəticələnib.

Emin Uçarın bəzi Türkiyəli yetkililəri aranı düzəltmək üçün vasitəçi kimi Vasif Talıbovun hüzuruna göndərməsi də heç bir nəticə verməyib. İlk arabuluculardan birinin Ağrının bələdiyyə sədri Savcı Sayan olduğu bildirilir. Sayanın Vasif Talıbovla görüşə Emin Uçarın öz səhvini Naxçıvan Taxıl Kombinatındakı hissələrindən vaz keçməklə kompensasiya etmək təklifini gətirdiyi deyilir. Emin Uçarın ortaqlarına vurduğu zərər o qədər böyük olub ki, “xan” həzrətləri bu təklifi yaxına belə buraxmayıb. Onun Naxçıvandakı bütün mülkiyyətini “milliləşdirən” “xan”ın bu hərəkəti Uçarı Türkiyənin ən yüksək məqamlarına üz tutmağa vadar edib. Araya hər iki dövlətin siyasi iradəsi girincə, Naxçıvan rəhbərliyi geri çəkilməyə məcbur olub və ortaq mülkiyyətin auditinin başlanmasına və ədalətli şəkildə bölünməsinə qərar verilib. Auditin necə nəticələnəcəyi isə bəlli deyil. Bəlli olan odur ki, Naxçıvan rəhbərliyinin səriştəsizliyi paytaxtın da qəzəbinə səbəb olub və onun Muxtar Respublikaya ayrılan dotasiyaları necə gəldi mənimsəyərək qurduğu səltənətin əlindən alınmasına qərar verilib. Naxçıvanda son zamanlar bir çox müəssisələrin təcili satılması da bununla izah olunur.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?
Ağrı bələdiyyə sədri Savcı Sayan və Emin Uçar

Növbəti sual: Emin Uçarın “qazandığı” layihələrin təchizatında təkbaşına iş gördüyü Türkiyədə hansısa maxinasiyalara yol verə bilməsi hardasa başadüşüləndir, bəs, o, hər şeyə nəzarət edilən Naxçıvanda necə bu əməllərə əl ata bilib?

İnformasiya mənbəyimizin dediyinə görə, “Gəmiqaya Holding”in ən aparıcı vəzifələrinə təyinat Emin Uçarın əlində olub. O isə həmin vəzifələrə Türkiyədən “mütəxəssis”lər gətirərək, şirkətin idarə olunmasını tamamilə özündən asılı vəziyyətə salıb.

“Məsələ burasındadır ki, türkiyədən gətirilən bu “mütəxəssis”lərin çoxunun diplomu olmayıb. Onları dərhal Naxçıvan Dövlət Unvertetinə qəbul edirən Emin Uçar hər birinə diplom veririb. Daha sonra isə onları yüksək postlarda işlə təmin edib. Türkiyəli “mütəxəssislər”in maaşı da Naxçıvanın yerli mütəxəssislərindən fərqlənib. Hər birinə 5-10 min manat arasında maaş verilirdi.

Emin Uçarın saxta “genel müdürü Serkan Özerə ise sanki dünyanın en böyük aparıcı maşınqayırma firmasının müdiri kimi ayda 25.000 dollar maaş yazılırdı. Layihələr təhvil veriləndə isə Özer əlavə böyük miqdarda mükafat alırdı. Hardasa 50-100 min manat arasında mükafatdan söhbət gedir. Eyni şirkətdə Serkan Özerden sönra ikinci adam olan qardaşı Volkan Özerde eyni haqlara sahib idi”, - mənbəmiz belə deyir.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?

Bildirildiyinə görə, Türkiyəli “mütəxəssislər” də bu böyük iltifatın əvəzini Emin Uçara sənədləri saxtalaşdırmaqla qaytarıb.

Soruşa bilərsiniz: Bəs həmin layihələrdə əsl tər tökən, işin ağırlığını çiyinlərində daşıyan yerli və həqiqi mütəxəssislər nə qədər maaş alıblar?

İddialara görə, ən yaxşı halda 1500 manat. Üstəlik, Türkiyəli “mütəxəssis”lər maşınla, müftə evlə də təmin olunduqları halda bizim həqiqi mütəxəssislərə bu imtiyaz da verilməyib.

Acınacaqlıdır ki, Türkiyəli bəzi “mütəxəssis”lər belə, bu talanın nəhəngliyindən şoka düşüb, qarşılarına qoyulan sənədləri imzalamaqdan imtina edirmişlər. Emin Uçar isə onları döyə-döyə “haqqa” gətirirmiş. Hətta həmin vicdanlı insanlar bu barədə Naxçıvan polisinə belə müxtəlif zamanlarda məlumat versələr də Uçara heç kim bata bilməyib. Nəticədə “satqın”lar işdən atılıb, “Gəmiqaya”da təmizlənmə işləri aparılıb, holdinq tamamilə Uçarın nəzarətinə keçib. Beləcə, Vasif Talıbovun himayəsi sayəsində Naxçıvana ayrılan dotasiya göyə sovrulub. Uçarın həm də “xan” ailəsinə atdığı ortaya çıxınca isə fələyin çərxi tərsinə fırlanmağa başlayıb.

İndisə şirkətin ortaqlar arasında bölgüsü prosesi gedir. Emin Uçarın maxinasiyalardan qazandığı azmış kimi, bir də Talıbovların “milliləşdirdiyi” əmlakın bir hissəsinə sahib çıxması gözlənilir. Həmin əmlakdan “xan” ailəsinə çatacaqların əlindən alınıb-alınmayacağı isə bilinmir. Qısası, 30 ildir Naxçıvana necə gəldi hökm edən Vasif Talıbov bu əmlak bölgüsündən sıfırlanaraq da çıxa bilər.

Ovqat.com

P.S. Araşdırmalarımız davam edəcək








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
• “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04
• 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02
• Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54
• Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50
• Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40
• "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28
• Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19
• "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04
• Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00
• Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57
• Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53
• Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47
• Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44
• Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39
• ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38
• SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26
• İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21
• Bakıda müdir maaşını istəyən işçisini döydü - TƏFƏRRÜAT
Dünən, 16:18
• Jurnalistlər kiberdələduzların hədəfindədir - Saxta zənglərə inanmayın!
Dünən, 16:06
• Paşinyan “topu” Azərbaycana atır? - GƏLİŞMƏ
Dünən, 16:00
• “Ucuz biletlər, bahalı macəralar” - “Turist cənnəti” uçuşun bitdiyi yerdən başlayır
Dünən, 15:54
• "Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru