Hacıbala Abutalıbovun adamı yaşıllıqları qorumaq əvəzinə pul qazanmaqla məşğuldur - Parklardakı kafelər əsas qazanc yeridir...
Tarix: 26-08-2014, 11:21 | Çap et
 DİA.AZ: - Əhalinin yay aylarında istirahət üçün müraciət etdiyi yerlər arasında parklar sözsüz ki, əsas yerlərdən birini tutur. İnsanlar işin yorğunluğunu, stressi bədənlərindən çıxarmaq üçün asudə vaxtlarında parklara üz tutub dincəlirlər. Parklar istirahət üçün o baxımdan önəmlidir ki, burda yaşıllıqlar daha çox üstünlük təşkil edir. Və dincəlməyə gələnlər həmin yaşıllıqlara, müxtəlif ağaclara baxıb daxilən rahatlaşırlar. Ancaq təəssüf hissilə bildirmək istəyirik ki, son bir neçə il ərzində müxtəlif məmurlar tərəfindən yaşıllıqlara qarşı göstərilən ögey münasibət bəzi fəsadlara yol açıb.
Məsələn, bu gün istirahət parklarının bir çoxunda yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Olan-qalan ağacları da qırıb əvəzində restoran, kafe, əyləncə mərkəzləri ucaldıblar. Bir çoxlarınızda sual yarana bilər ki, bu yaşıllıqların məhv edilməsinə kim icazə verir? Nəzərinizə çatdıraq ki, bu işlərə birbaşa cavabdeh olan qurum Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyidir. Qeyd edək ki, birlik 2005-ci ildə ləğv edilən Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazası əsasında yaradılıb. Birlik təsərrüfat hesablı, dəyəri qismən dövlət tərəfindən maliyyələşən hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilələr bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yaxud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Qurum öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün "Yaşıllıqtikinti" Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri Xidməti İdarəsi kimi təşkilat və müəssisələri öz tərkibində birləşdirir.
DİA.AZ-a daxilolan məlumatda deyilir ki, birliyin baş direktoru Vaqif Novruzovun qanunsuz əməlləri nəticəsində paytaxtda yerləşən parkların bir çoxunda, eləcə də yol kənarlarındakı yaşıllıqlar kütləvi şəkildə məhv edilib. Məlumatlı şəxsin dediyinə görə, birlik rəhbərinin bütün işi parklarda yerləşən kafelərdən alınan aylıq icarə haqları ilə məşğul olmaqdır: В«Birliyin balansında olan parkların sayı-hesabı yoxdur. Onların hər birində müxtəlif ticarət obyektləri fəaliyyət göstərir ki, burdan alınan aylıq icarə pulu sədrin cibinə gedir. Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi olsa da, bunların heç birinə riayət olunmur. Hər gün müxtəlif yerlərdə ağac kəsirlər. Birliyin əməkdaşları niyə onların qarşısını almır, cəzalandırmır? Baş direktor parklardakı yaşıllıqları viran qoymaqla öz biznesini bir xeyli genişləndirib. Bakı parklarındakı çayxanaların çoxu ona məxsusdur. İdarə tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıq sahələri salınmaqdadır. Lakin baxımsızlıqdan, vaxtında suvarılmadığından ağaclar məhv olub gedir. Halbuki, birlik Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər cür texnika ilə təmin edilib. Deyilənə görə, idarəyə məxsus olan su maşınları təyinatdan kənar işlərə cəlb edilir.
DİA.AZ bildirir ki, bu səbəbdən də ağaclar susuzluqdan quruyur. Sədr hər vasitə ilə öz maddi durumunu yaxşılaşdırmağa çalışırВ». Mənbə həmçinin söyləyir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən xaricdən alınan tinglərin qiyməti sənəddə olduğu kimi göstərilmir: В«Belə ki, birlik əgər xaricdən 10 manata bir ting alırsa, sənədə 20 manat yazılır. Belə olan təqdirdə də, dövlət büdcəsi talanır. Digər tərəfdən məndə olan məlumata görə, qurumda adı olub özü olmayan işçilər də var ki, onlara hər ay dövlət tərəfindən maaş verilir. Yəni sədr В«ölü canВ»lar saxlayır, onların aylıq məvacibini də özünə götürür. Amma bu vaxta qədər heç bir dövlət qurumu tərəfindən onun fəaliyyəti araşdırılmayıbВ».
Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57 |
|
|
|
| • Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54 |
|
|
|
| • “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50 |
|
|
|
| • Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42 |
|
|
|
| • Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32 |
|
|
|
| • Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28 |
|
|
|
| • Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19 |
|
|
|
| • "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08 |
|
|
|
| • “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06 |
|
|
|
|