"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                     900 manat maaş alır, 840 manat aliment tutuldu .....                     Pezeşkian sabah Ermənistana səfər edəcək .....                     Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb .....                     Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir .....                     “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” .....                     Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub .....                     "Pərdələr açılır, yenə eyni adamlar..." .....                     "Bank Respublika"ya korporativ katib təyin olundu .....                 

Deputat "Sovetski" sakinlərinin gününü göy əskiyə büküb - Xanlar Fətiyev hansı məmurlara arxalanır?
Tarix: 6-11-2014, 11:48 | Çap et
Deputat "Sovetski" sakinlərinin gününü göy əskiyə büküb
Hazırda parlamentdə təmsil olunan elə depuptatlar var ki, onların bir dəfə də olsun Milli Məclisdə səsləri çıxmayıb, müzakirə olunan bu və digər məsələlərə dair fikir bildirməyib, diskusiyalarda iştirak etməyiblər. Misal kimi, 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən parlamentə seçilmiş Xanlar Nuru oğlu Fətiyevi göstərmək olar. Məlumat üçün bildirək ki, 1972-ci ildə Bakı şəhərində anadan olmuş Xanlar Fətiyev 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub.

İş fəaliyyətinə 1988-ci ildə "Azərtransqaz" nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayan deputat 1990-1991-ci illərdə "Betonçu" kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992-1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib. O, 1994-1997-ci illərdə "Elruz" kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə "Avestas" firmasının baş direktoru, 2003-2004-cü illərdə "Aznur" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi isə "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində işləyir. Onu da qeyd edək ki, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvünün rəhbərlik etdiyi "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin direktoru vəzifəsini Kamran Qılman oğlu Nəzərov, direktorun birinci müavi postunu Bağban Qoca oğlu Nəbiyev, direktor müavini vəzifələrini isə Şəhla Fərhad qızı Abdinova, Etibar Vilayət oğlu Qasımov, Amin Allahverdi oğlu Əliyev icra edir.

Xülasə, keçək mətləbə. Xanlar Fətiyevi məhz fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə görə susqun deputatlar sırasına aid etmək olar. Onun deputat fəaliyyəti boyunca bircə dəfə olsun parlamentin iclaslarında çıxış etməməsi faktı xüsusilə maraq doğurur. "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədrinin mətbuatda bir neçə açıqlamasına rast gəlmək olar ki, bu da onun rəhbərlik etdiyi "Kəpəz" futbol klubu ilə bağlıdır. Deputat kimi fəaliyyəti haqqında isə ümumiyyətlə, hər hansı müsahibə və açıqlaması olmayıb. Görünür, Xanlar Fətiyev hansısa səbəblər üzündən kütləvi informasiya vasitələrilə təmasa ehtiyac duymur. Maraqlıdır, görəsən, niyə? Məgər, onun mətbuat vasitəsilə seçicilərinə, ictimaiyyətə, geniş auditoriyaya deyəcək sözü yoxdur?..

Bu arada, deputatın rəhbərlik etdiyi Gəncə Avtomobil Zavodunda MAZ 555102-223-600, MAZ 551605-271, MAZ 650108-270-011, MAZ 457043, MAZ 533605-222, MAZ 544005-030-030, MAZ 642208-232, MAZ 643008-070- 010, MAZ 651608-220-600, MAZ 953000-014 markalı yük maşınlarının, BELARUS 1221, BELARUS 132H, BELARUS 320, BELARUS 321, BELARUS 80.1, BELARUS 80X, BELARUS 82.1, BELARUS 892, BELARUS 921.3 markalı traktorların, eləcə də DEM-114, ESU-150, FRS-200M, KO-456-10, KO-456-16, KS-55727-1-11, M-21 x2s, MUP-320 və MUP-351 markalı xüsusi təyinatlı texnikaların satıldığını vurğulayan məlumatlı şəxs iddia edir ki, hazırda Xanlar Fətiyevin Gəncə şəhərində, o cümlədən paytaxın Yasamal rayonundakı "Sovetski" məhəlləsində bir neçə iri biznes obyekti var: "Deputat əlində olan imkanlardan maksimum istifadə edərək həm Gəncədə, həm də Bakıda özünə iri biznes strukturları qurmağa müvəffəq olub. Onun Yasamal rayonunda, daha dəqiq desəm, "Sovetski"də bir neçə apteki və digər obyektləri var. Hələ bu azmış kimi, bu gün o, yeni obyektlər də tikdirir. Bu isə sakinlərin ciddi narazılığına səbəb olur. Çünki Xanlar Fətiyevin göstərişi əsasında aparılan tikinti işləri "Sovetski" sakinlərinin gününü göy əskiyə büküb. Camaata normal hərəkət etməyə imkan belə verilmir. Bu cür plansız aparılan tikinti işləri əhalini həm Yasamal Rayon İcra Hakimiyyətindən, həm də digər müvafiq qurumlardan narazı salır".

Ötən ilin aprel ayında Xanlar Fətiyevin Milli Məclis Aparatının Ümumi şöbəsinin müdiri Təlatüm Quliyevlə qohum olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, şöbə müdirinin AZAL Dövlət Konsernində işləyən oğlu Böyükağa Quliyev deputatın qızı ilə ailə qurub: "Bundan başqa, Xanlar Fətiyevin baş nazir Artur Rəsizadə ilə də yaxın qohumluq əlaqələrinə malik olduğu deyilir. Qeyd olunur ki, məhz baş nazirlə qohumluğu sayəsində "Gəncə Atomobil Zavodunun rəhbəri qısa müddətdə iri biznesmenə çevrilib”.

1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun sovetlər birliyinin dağılması nəticəsində tikintisinin yarımçıq qaldığını və yalnız 2004-cü ilin dekabrında işə düşdüyünü vurğulayan məlumatı şəxsin iddiasına görə, alqı-satqı məsələsində peşəkar olan deputatın demək olar ki, əsas qabiliyyəti zavodun 35 hektar ərazisinin ucdantutma məhlə yeri kimi satılması zamanı üzə çıxıb: "Xanlar Fətiyevin daha bir keyfiyyəti Kür çayından Gəncə Avtomobil Zavoduna, eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 kilometrlərlə iri diametrli dəmir boruların satılaraq mənimsənilməsi zamanı bəlli olub. Onu da qeyd edim ki, Gəncə Avtomobil Zavodu bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq, müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib. Ötən il ərzində zavodda 1000-ci traktor konveyerdən çıxsa da, "Aqrolizinq" ASC ilə aralarında bağlanmış 35 milyon manatlıq dəyərində 500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 milyondan çox vəsaitin mənimsənildiyi iddia olunur. Bundan başqa, qısa müddət ərzində Gəncədə traktor istehsalının artırılması Belarusdan gətirilmiş texniki hissələrin gömrük rüsumundan azad olması ilə izah edilir. Lakin ehtiyat hissələrinin ucuz başa gəlməsinə baxmayaraq, yığılan traktorun qiyməti nə az nə çox, düz 25-30 min manata satılır. Yəni Xanlar Fətiyev bu sahədə şəffaflığın olmamasından yararlanaraq külli miqdarda gəlir əldə etməyə müvəffəq olur. Yəqin ki, müvafiq dövlət qurumları tezliklə bu məsələyə aydınlıq gətirəcəklər".

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
\\ gundelik-baku.com \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Bu gün, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Bu gün, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Bu gün, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Bu gün, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Bu gün, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Bu gün, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Bu gün, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Bu gün, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Bu gün, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Bu gün, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Bu gün, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Bu gün, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Bu gün, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Bu gün, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Bu gün, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Bu gün, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Bu gün, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Bu gün, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Bu gün, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Bu gün, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Bu gün, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Bu gün, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Bu gün, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Bu gün, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Bu gün, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Bu gün, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Bu gün, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Bu gün, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Bu gün, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Bu gün, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Bu gün, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Bu gün, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Bu gün, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Bu gün, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Bu gün, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Bu gün, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Bu gün, 12:57
• Neft-qaz şirkətlərinin təchizatçısı xaricə dollar köçürüb fəaliyyətini dayandırdı - DETALLAR
Bu gün, 12:54
• “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
Bu gün, 12:50
• Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
Bu gün, 12:42
• Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: - “Bu, zarafat deyil, acı həqiqətdir”
Bu gün, 12:32
• Rusiyadan Əsgərovla bağlı qərar - TASS
Bu gün, 12:28
• Türkiyənin qardaş Azərbaycandan istəyi: strateji ittifaq Ankara üçün kifayət deyil? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:19
• "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Bu gün, 12:08
• “Rabitəbank”ın balans kapitalında 7% AZALMA
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru