İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": .....                     Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI .....                     Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi .....                     Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək .....                     Azər Bağırovun cəzası açıqlandı .....                     Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq .....                     "Bu adamların efirlərdə nə işi var?" .....                     "Laçınlılar yas içindədir, deputat toya gedir" .....                     Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                 

Çin İranı “tələ”yə saldı - 25 illik müqavilədən Azərbaycan nə qazana bilər?
Tarix: 1-04-2021, 08:22 | Çap et
Çin İranı “tələ”yə saldı
Mart ayının sonuncu ongünlüyü dünyanın ikinci böyük iqtisadiyyatına malik Çinin xarici işlər nazirinin Yaxın Şərq ölkələrinə səfərinin müzakirəsi ilə yadda qaldı. Xüsusilə səfər çərçivəsində Çinlə İran arasında 25 illik əməkdaşlıq müqaviləsinin imzalanması dünya mətbuatının gündəminə çevrildi.

Xatırladaq ki, həmin müqaviləyə əsasən Çin İranın neft-qaz və neft-kimya sənayesinə 280 milyard dollar investisiya yatıracaq. Bu, əməkdaşlığın ilk 5 ilində baş verəcək, sonrakı beşilliklərdə əlavə vəsaitlər yalnız hər iki tərəf razılıq verdikdən sonra yatırılacaq. İnvestisiyaların əvəzini İran öz neft-qaz və neft-kimya məhsulları ilə ödəyəcək.

İlk beşillikdə Çin İranın nəqliyyat və istehsal sektorlarının modernləşdirilməsinə 120 milyard dollar investisiya yatıracaq. Sonrakı 5 illiklərdə əlavə yatırımlar üçün yenə hər iki tərəfin razılığı olmalıdır.

Və bu yatırımların əvəzində Çin şirkətlərinə İranın dayandırılmış, başa çatdırılmamış və ya yeni neft və neft-kimya layihələri üzrə hərraclarda prioritetlik hüququ təqdim olunacaq. Bundan başqa, Çin İranın bütün növ neft-qaz məhsullarını etalon məhsulların 6 aylıq orta qiymətindən minimum 12 faiz zəmanətli endirimlə, üstəgəl risklərin kompensasiyası üçün bu həddən daha 8 faizədək ucuz almaq hüququ əldə edir.

Çinə İrandan aldığı məhsulların pulunu 2 ilədək ödəmə müddəti tanınır. Bu ödənişi Pekin Afrika və MDB ölkələrindəki biznesindən əldə etdiyi milli valyutalarla da ödəyə biləcək. Bu isə konvertasiya zamanı İranın daha 12 faiz vəsait itirməsinə səbəb ola bilər. Beləliklə, İran müqavilə çərçivəsində Çinə neft və neft-kimya məhsulları satışında 32 faizə qədər güzəştə getməli olacaq.

Müqaviləyə əsasən Çin özünün “Bir Kəmər, bir yol” layihəsi çərçivəsində İranın ərazisində əsas infrastrukturun yaradılmasında iştirak edəcək. Eyni zamanda İrandakı ucuz işçi qüvvəsindən Çin öz iri şirkətlərinin layihələndirdiyi və inşa etdiyi iri zavodların tikintisində istifadə edəcək. Bu zavodların istehsal etdiyi məhsullar Çinin müəyyənləşdirdiyi, maliyyələşdirdiyi və idarə etdiyi nəqliyyat infrastrukturu ilə Qərb bazarlarına daşınacaq.

Çinlə İran arasında bağlanmış bu müqavilədən Azərbaycanın çıxarları olacaqmı? Müqavilənin reallaşması regiona və ölkəmizə nə vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ABŞ-da prezident Obama dövrünün son aylarında “altılıq sazişi” imzalandı, İranın nüvə proqramına nəzarət müqabilində sanksiyaların götürülməsi gündəmə gəldi: “Məqsəd çox aydın idi: ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları götürür, xam İran bazarı Qərb şirkətlərinə açılır, yeni neft-qaz müqavilələri bağlanılır, yeni istehsal sahələri yaradılır, 81 milyonluq İran bazarı Qərbə açılır. Əvəzində isə ABŞ-AB Rusiyaya qarşı daha sərt mövqe qoymalı, AB ölkələri Rusiya bazarında itərəcəklərini İranda geri qaytarmalı idilər. Amma Tramp bütün oyunu pozdu, İrana qarşı sanksiyalar daha da sərtləşdirildi, AB şirkətlərinin öncədən bağladıqları bütün müqavilələr ləğv edildi - ”altılıq sazişindən" həmən sonra Qərb şirkətləri İranla 200 milyard dollarlıq ön sazişlərlə bağlı razılığa gəlmişdilər. ABŞ-ın İran siyasəti uğursuz oldu, böyük boşluq yarandı, indi ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi başladı, Çin hərəkətə keçdi və İranı tam nəzarətə götürmək üçün ilk addım atdı. Yeni müqavilə 25 ilə bağlanılıb, dəyəri 400 milyard dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək. Müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır - yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq. Bu gün Çin günə 13,5 milyon barel neft istehlak edir, bu həcmin 6-6,5 milyon barelini Çin öz ərazisində hasil edir, günə 7-7,5 milyon barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tətbiqindən sonra İran günə 6 milyon barelə yaxın neft hasil edə, onun 4-4,5 milyon barelini ixrac edə bilər. Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10 faiz aşağı olacaq, bu Çin üçün çox böyük üstünlükdür. İran üçün də, təbii ki, böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də “discount” etməyə məcbur qalacaqlar".

Müqavilənin Azərbaycana təsirlərinə gəlincə, ekspert hesab edir ki, ölkəmiz bu müqavilədən ciddi dividentlər qazana bilər: “Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalardan qazanc əldə edə bilərik. Amma əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır, bu təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynaya bilər. Yeri gəlmişkən, heç Rusiya da bu müqavilədən razı deyil, çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır - İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu, qaza da aiddir - müqaviləyə görə, Çin Bəndərabbas limanını da morenləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək. İran qaz ehtiyatlarına görə dünyada 1-ci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkəyə çevriləcək. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər. Bir sözlə, regionumuzda maraqlı proseslər gedir, Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 milyard dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var”.

İqtisadçı-ekspert Elman Sadiqovun fikrincə isə Çinin Yaxın Şərqdə, xüsusilə İrana nüfuz etməsi qlobal və regional səviyyədə yaxşı heç nə vəd etmir: “Dünyanın nüfuz dairəsinə yenidən bölünməsi və dəyişikliklər məhz regionumuzdan və Yaxın Şərqdən başladı. Hansı ölkələrin və regionlarının hansı nüfuz dairələrində olacağı aydınlaşmağa başlayır. Düşünürəm ki, Çin dövlətinin bundan sonrakı inkişafı 2 amillə bağlıdır: ərazisinin genişlənməsi (bu, yalnız Rusiya torpaqları hesabına ola bilər ki, hazırkı məqamda hələlik bu mümkün görünmür. Amma Rusiya dövlətçiliyi üçün ən böyük təhdidlərdən biri Çin olacaq. Rusiyanın bunu görməyə başladığını düşünürəm) və digər ölkələri öz nüfuz dairəsinə daxil etməsi. Amma Çin digər ölkələri öz nüfuz dairəsinə qarşılıqlı mənfəət (win/win) əsasında deyil, müxtəlif iqtisadi və siyasi tələlər hesabına daxil edərək öz iqtisadiyyatını həmin ölkələrin iqtisadiyyatlarını sümürmək hesabına gücləndirmək istəyir. Çinin iqtisadi vəziyyəti, gerçəklik, reallıq və göstəriciləri kənardan göründüyü kimi deyil və bu gün ABŞ və Avropadan üz çevirib Çinə sığınan dövlətlər gələcəkdə Çinin borc yükü və təsirindən (təzyiqindən) qurtarmaq üçün ABŞ və Avropadan kömək və ya kredit cəlb edəcəklər”.

Ekspertə görə, dünyada Çinə olan simpatiya da Çini tanıma səbəbindən deyil, ABŞ-a olan antipatiyadan yaranıb: “Çinin ”Bir kəmər, bir yol" layihəsi digər ölkələrin iqtisadi inkişaflarına xidmət edəcək bir layihədən daha çox Çinin ölkələri öz təsiri (ucuz kreditlə borc yükü altına salmaq və özünə sərfəli ağır şərtlər qoymaq) altına salmaq üçün bir tələ olması getdikcə üzə çıxmaqdadır. İranla bağlanan müqaviləyə gəlincə, İranın embarqonu pozaraq Çinə nə qədər müddət neft sata biləcəyi də sual altındadır, cəlb edəcəyi kreditləri qaytara biləcəyi də. Böyük ehtimalla, İran müqavilənin şərtlərini özündən asılı olan və olmayan səbəblərdən pozmağa məcbur olaraq Çinin iqtisadi və siyasi tələsinə düşəcək. İran dərin və qədim dövlətçilik ənənələrinə malik dövlət olsa da, bugünkü Çinin yanında hərtərəfli çox zəifdir. Əminəm ki, Çin İranın o kreditləri geri qaytara biləcəyinə əmin olsaydı, yəqin ki, verməzdi. Çinin böyüməsində həm ABŞ-ın, həm Avropa Birliyinin böyük rolu oldu. ABŞ bu böyümədə həddən artıq iştirak etdiyini və peşmanlığını dolayısı ilə etiraf etdi. Bəs Avropa? Düşünürəm ki, Avropa da bunu edəcək".

E.Sadiqov qeyd edir ki, pandemiya bir çox iqtisadi tələlər hazırladı: “Həm monetar, həm fiskal, həm proteksionist siyasətlərdə. Bir çox ölkələr bu tələlərə artıq düşmüşlər və düşməkdə davam edirlər.Təkcə Qafqazın və Yaxın Şərqin deyil, bütün dünya ölkələrinin talelərinin yenidən müəyyən olunduğu tarixi dövrə şahidlik etməkdəyik. Burada həlledici olacaq 2 amil mövcuddur: düzgün müttəfiqlərin seçilməsi və güclü iqtisadiyyat”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• İrəvanın Ağ Ev ilə imzaladığı "gizli anlaşma": - ABŞ-ın “Zəngəzur planı” Qafqazı Rusiyaya əlçatmaz edir
Bu gün, 18:17
• Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI - QAÇAQMALÇILIQ
Bu gün, 18:15
• Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi - TƏFƏRRÜAT
Bu gün, 18:01
• Şirvanda yolların təmirini bu şirkət həyata keçirəcək – yarım milyon ödəniləcək
Bu gün, 17:57
• Azər Bağırovun cəzası açıqlandı
Bu gün, 17:55
• Türkiyə Suriya və İraqdan qoşunlarını çıxarmayacaq - Milli müdafiə naziri
Bu gün, 17:52
• "Bu adamların efirlərdə nə işi var?" - Xeyrəddin Qocadan ETİRAZ!
Bu gün, 17:49
• "Laçınlılar yas içindədir, deputat toya gedir" - ETİRAZ
Bu gün, 17:39
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Bu gün, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Bu gün, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Bu gün, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Bu gün, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Bu gün, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Bu gün, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru