Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, .....                     Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb .....                     Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var .....                     “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” .....                     "Ölümə qol çəkdim, .....                     TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                 

Rusiyaya qarşı nəhəng savaş hazırlığı: - Amma hakimiyyət qərarlı, xalq könülsüz
Tarix: 2-04-2021, 10:42 | Çap et
Rusiyaya qarşı nəhəng savaş hazırlığı:
2021-ci ilin əvvəlindən Ukraynanın işğalda olan Donbass bölgəsində vəziyyət gərginləşməkdədir. Mart ayında separatçılarla Ukrayna Ordusu arasında hərbi insidentlər daha da çoxalıb. Mütəmadi olaraq Donbassda atəşkəs pozulur. Rəsmi olmasa da, yanvar ayından bu yana lokal insidentlər nəticəsində Ukraynanın 30-a yaxın hərbçisinin həlak olduğu bildirilir. Lokal toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara keçəcəyi istisna edilmir. Artıq rəsmi Kiyevin əraziləri işğaldan azad etməsi uğrunda hərbi əməliyyatlara başlayacağının ilkin işartıları da görünməkdədir.

Qeyd edək ki, bu günlərdə Ukrayna Ali Radası Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı qətnamə qəbul edib. 308 deputatın lehinə səs verməsi ilə qəbul edilən sənədə görə, mövcud gərginləşmənin məsuliyyəti Rusiyanın üzərinə düşür. Ali Radanın deputatları dünya birliyini Donbassdakı vəziyyətlə bağlı dərhal fikir bildirməyə çağırıblar.

Martın 26-da isə Ukrayna Prezidenti Vladimir Zelenski son həftələrdə Donbassdakı vəziyyətin gərginləşməsi səbəbindən “Normandiya Dördlüyü” ölkəsinin nümayəndələri ilə təcili məsləhətləşmələr edib. Bu baxımdan, Fransa, Rusiya və Almaniya liderləri qərar veriblər ki, məsələni müzakirə etmək üçün videokonfrans keçirsinlər. Konfransda Zelenskinin iştirakı gözlənilmir.

Siyasi şərhçilər hesab edirlər ki, yazın sonu və ya yay aylarında Ukraynanın müharibəyə başlayacağı qaçılmaz ola bilər. Bəs, Ukrayna və ukraynalılar müharibəyə hazırdırlarmı?

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli AYNA-ya maraqlı məqamları anladıb. Onun sözlərinə görə, müharibənin başlaması istisna deyil: “Ukrayna təmas xəttinə hərbi qüvvələrini, texnikasını cəmləşdirib. Ukrayna mediasında ciddi şəxslərin açıqlamalarından belə anlaşılır ki, Rusiya da qoşunlarını bölgəyə yığıb. Çox güman ki, hərbi əməliyyatlar olacaq. Amma məsələ ukraynalıların müharibəyə hazır olub-olmamasındadır”.

Jurnalistin qənaətincə Ukraynanın siyasi hakimiyyəti müharibəyə hazır görünür: “Zelenski hakimiyyəti ərazilərin Rusiya işğalından azad edilməsini istəyir. Siyasi dairələr hər gün bəyanat verirlər və açıq şəkildə bildirirlər ki, müharibə ilə Donetski, Luqanskı separatçılardan təmizləmək lazımdır. Eyni zamanda, Krımı Rusiyadan geri qaytarmaq mütləqdir. Amma siyasi hakimiyyətin istəyi ilə xalqın istəyi eynidirmi, bunu söyləmək çətindir. Müşahidələrimə əsasən deyə bilərəm ki, ukraynalılar müharibə əhvalında deyillər. Ukraynalıların çoxu döyüşməyə meylli deyil, bir çoxları deyir ki, onlar üçün müharibə maraqsızdır”.

“Bizim Vətən müharibəsində necə idi? Ana, ata öz oğlunu səfərbərliyə aparırdı ki, torpaqlarımız uğrunda döyüşmək, işğaldan ərazilərimizi azad etmək lazımdır. Vətənpərvərlik ruhu bizdə yüksəkdir. Azərbaycan İkinci Qarabağ müharibəsini Prezident İlham Əliyevin uğurlu siyasəti, mükəmməl ordu quruculuğu və xalqın birliyi, gənclərin Qarabağ sevdası ilə qazandı. Bütün Azərbaycan gəncləri silaha sarıldı. Amma ukraynalılar belə deyil”, - journalist bildirib.

“Əlbəttə, Ukrayna vətəndaşları demək olmaz ki, ölkələrini sevmirlər. Bu, əsla belə deyil. Əhalinin 90 faizi Rusiyaya səmimi şəkildə nifrət edir. Lakin müharibə istəmirlər. “Sabah müharibə olsun, Krımı geri qaytaraq, ərazi bütövlüyümüzü bərpa edək”, - demirlər. Təbii, Kiyev müharibə qərarı versə, qanunlara görə səfərbər olacaqlar. Amma qalib gələcəklərmi, bu suala birmənalı cavab vermək çətindir”, - deuə Camalbəyli vurğulayıb.

Müharibə başlayacağı təqdirdə Ukraynanın qalib gəlməsi ehtimalına gəlincə, mühasibimiz qeyd edib ki, Kiyev haqq savaşında beynəlxalq birlikdən dəstək gözləyir: “Əlbəttə, dünya birliyi Kiyevi dəstəkləyəcək, xüsusilə də, Avropa. Qərb Ukraynaya münaqişə başlayandan dəstək verib – həm siyasi cəhətdən, həm maliyyə cəhətdən, həm də silah-sursat baxımından. Çünki Rusiyanın zəiflədilməsi Qərbin hər zaman marağında olub. Eyni zamanda, bölgənin əsas gücü olan Türkiyə ilə müəyyən qədər silah sənayesi baxımından əməkdaşlığı genişləndiriblər. Demək olar ki, Ukrayna Ordusu Rusiyaya güc göstərməyə qadirdir”.

“Lakin burada bir detal var – Zelenski hakimimiyyəti qətiyyətlidirmi? Məncə, Azərbaycan hakimiyyəti qədər qətiyyətli deyil. Məsələn, Azərbaycan Prezidenti Qarabağla bağlı sonacan qətiyyət nümayiş etdirdi, İkinci Qarabağ müharibəsində bütün beynəlxalq təzyiqlərə baxmayaraq, qətiyyətini ortaya qoydu. Amnma Zelenskidə inanmıram ki, belə qətiyyət olsun. Müharibədə hər zaman hakimiyyətin, xüsusən də ölkə liderinin qətiyyəti qələbədə rol oynayır. Bir də vacib nüans xalqın birliyi, vətənpərvər ruhudur. Dediyim kimi, rəsmi Kiyev müharibədə tam qətiyyətli deyil, xalq isə müharibəyə meyl etmir. Bu səbəbdəndir ki, siyasi hakimiyyət müharibədən başqa çıxış yolu görməsə də, gözlənilən müharibədə beynəlxalq birliyin tam dəstəyini də istəyir. Yəni, nəticənin olmasını arzulayır. Sabah müharibə başlayacağı halda Ukrayna qalib gələcəkmi, bu barədə konkret fikir demək çətindir”, - deyə soydaşımız əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda aqrar sektorla bağlı bəzi qanunlar ləğv ediləcək, yeni layihə hazırlanıb
Bu gün, 17:34
• Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb - “Corriere della Sera”
Bu gün, 17:28
• Qaxda məktəbdə şagirdlər arasında DAVA: yaralanan var - TƏFƏRRÜAT
Bu gün, 17:22
• “Bir yerə iki nəfər rəhbərlik edə bilməz” – TƏBİB-lə bağlı AÇIQLAMA
Bu gün, 17:20
• "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Bu gün, 17:09
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Bu gün, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru