TRIPP layihəsində Rusiyaya pay verilə bilər? .....                     Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı .....                     Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... .....                     İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib .....                     Yeni nəqliyyat geosiyasətin kəsişməsində: .....                     SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur .....                     AYNA ehtiyat hissələrin alışı və tərmirinə .....                     Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu .....                     "Oğlumun başına silah dirəsən də, oxumaz" .....                     Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir .....                     Avrasiya Universitetinin tələbələri bezib: .....                     Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? .....                     Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb .....                     General Zeynalovla kapitanın “şabalıd davası” bitdi .....                     Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub .....                     Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi .....                     Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! .....                     Köçəryanın həbs müddəti uzadılır .....                     Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı .....                     İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq .....                     Nəsimi Musayev Ermənistanda belə həbs olundu .....                     Kim Çen In insultdan sonra ölüb .....                     Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb .....                     Zəngilanın dirçəliş və qayıdış dövrü .....                     Yeni prokuror tanınmış hakimin oğludur .....                     Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi .....                     Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək .....                     Eldar Əzizov gələcək haqqında... .....                     10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? .....                     Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, .....                     Almaniyada neftin qiyməti 51% artıb .....                     ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir .....                     Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: .....                     “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                 

ABŞ geri addım atdı: Ukrayna Rusiyanın qucağına atıldı - NƏ BAŞ VERİR?
Tarix: 15-04-2021, 11:22 | Çap et
ABŞ geri addım atdı: Ukrayna Rusiyanın qucağına atıldı
ABŞ Qara dənizə göndərdiyi 2 gəmisinin Türk boğazlarından keçməsini təxirə salıb.

Ovqat.com xəbər verir ki, bu məlumatı ABŞ-ın Türkiyədəki səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bildirib.

Məlumata görə, təxirə salınan bu planın nə zaman gerçəkləşəcəyi barədə isə heç bir informasiya verilməyib. Başqa sözlə, keçiş təxirə salınmayıb, sadəcə plandan vaz keçilib.

Qeyd edək ki, ABŞ bu gəmiləri guya Ukraynaya hərbi dəstək və Rusiyaya göz dağı vermək üçün göndərirdi. ABŞ yetkililəri açıqlamalarında həmin gəmilərin Moskvaya ünvanlanmış “təhdid məktubu” olacağını bildirirdilər. Gəmilərdən biri dünən, digəri bu gün Qara dənizə daxil olacaqdı. ABŞ səfirliyinin məktubundan isə belə anlaşılır ki, Mirzə Cəlilin sözü olmasın, “namə öz ünvanına yetişməyəcək”.

Xatırladaq ki, ABŞ 2008-ci ildə Rusiya Gürcüstana hücum edərkən Saakaşviliyə də eyni vəd verib, daha sonra arxasından qaçmışdı. Saakaşvilinin bu vədə inanması həm hakimiyyətinin, həm də Cənubi Osetiya və Abxaziyanın itirilməsi ilə nəticələnmişdi. Bənzər hadisənin Ukraynada da yaşanılacağından əndişə edilir.

Məlum olduğu kimi, 2014-cü ildə Rusiya ilhaq hərəkətlərinə başlayanda Ukraynanın 6-dan çox vilayəti separatizm bayrağını qaldırmış, Moskva da onlardan sadəcə 3-ni (Donetks, Luqansk və Krım) Kiyevin əlindən qoparmışdı. Digər bölgələri isə Kiyevin özünü necə aparması ehtimalına qarşı ehtiyatda saxlamışdı.

Kiyevin Qara dənizdə ABŞ və NATO tərəfindən yalnız buraxılması Ukraynanın digər bölgələrini də separatizmə həvəsləndirə bilər. Bu həm də Ukraynanın Qərbə bağlı siyasi qüvvələrinin tam məğlubiyyəti deməkdir və böyük ehtimalla indiki hakimiyyətin dayaqlarını laxladacaq.

Xatırladaq ki, ABŞ və NATO qüvvələri Ukraynanı açıq şəkildə dəstəklədikdən və ABŞ prezidenti Cozef Bayden Rusiyalı həmkarını “qatil” adlandırdıqdan sonra Kreml bu bölgədə hərbi qüvvələrini artırmış, ən azı 100 min əsgərini və xeyli sayda hərbi texnikalarını təmas xəttinə göndərmişdi. Ardınca Qara dəniz donanmasındakı 6 sualtı qayığını Krım yaxınlığında hərbi təlim keçən NATO gəmilərinin yaxınlığına çıxarmış və onlara bu strateji silahlarının tam heyətlə işlək vəziyyətdə olduğunu göstərmişdi. İddialara inansaq, Rusiyanın bu sualtı qayıqları ən müasir silahlarla təchiz edilib və dəniz altında fəaliyyət göstərdiyi radara yaxalanması da müşküldür.

Bununla kifayətlənməyən Rusiya Xəzər dənizindəki 15 gəmisini də Qara dənizə gəndərərək bu su hövzəsindəki hərbi donanmasını gücləndirmişdi. Baltik dənizindəki bəzi gəmiləri də eyni məqsədlə bölgəyə göndərəcəyinə dair ciddi siqnal vermişdi. Bununla da Ukraynanı əldən buraxmayacağını göstərmişdi.

Ukrayna Rusiyanın böyük dövlət olması və Avrasiya imperiyası xüsusiyyətini qoruması üçün vazkeçilməz coğrafiya sayılır. Moskva da bu üstünlüyünü qorumağa çalışır və güzəştə getmək istəmir. Qara dəniz sahilində yerləşən Gürcüstan da Rusiya üçün eyni dərəcədə önəmlidir.

Rusiyanın Qara dənizdə əzələ nümayişindən sonra ABŞ prezidenti geri addım atmış və bir müddət əvvəl “qatil” adlandırdığı Putinə zəng edib, onunla danışıqlara hazır olduğunu bildirmişdi. Ardınca isə Qara dənizə göndərəcəyi 2 gəmisinin səhayətindən vaz keçməsi Vaşinqtonun Moskva qarşısında biabırçı məğlubiyyəti və “ağ bayraq” qaldırması anlamına gəlir.

Bir çox mütəxəssislər ABŞ-ın nüvə dövləti olan Rusiya ilə savaşı gözə almayacağını proqnozlaşdırır və Vaşinqtonun məqsədinin Avropa daxilində Suriya probleminə bənzər böhran yaratmaq olduğunu bildirirlər. Təxminlərə görə, Ukrayna da məhz səbəbdən seçilmişdi. Amma başda Almaniya olmaqla Avropa ölkələrinin bu tələyə düşməməsi, belə görünür ki, Vaşinqtonun son anda “ağ bayraq qaldırması” ilə nəticələndi.

Bununla belə, Ukrayna böhranının Rusiya ilə Qərbi Avropa arasında münasibətlərə də mənfi təsir göstərəcəyi təxmin olunur. Bu da ABŞ-ın əsl məqsədinə çatmaq ehtimalının hələ tükənmədiyi ehtimalını yaradır. Mülahizələrə görə, ABŞ-ın əsas məqsədinin nüvə dövləti olan Rusiya ilə döyüşmək yox, onun Avropanın əsas enerjisi təchizatçısına çevrilmək imkanlarını məhdudlaşdıraraq iqtisadi böhrana sürükləməkdir. Ukrayna məğlubiyyətindən sonra Qərbi Avropa dövlətlərinin, xüsusilə də Almaniyanın necə addım atacağı isə bəlli deyiı. Mümkündür ki, hesablar yenə tərsinə dönsün; Rusiya qarşısından geri çəkilməsi ABŞ-ın beynəlxalq nüfuzunun itirməsi və NATO-nun tamamilə dağılması ilə nəticələnsin. Zira son Ukrayna böhranı Rusiyanın hərbi yolla çökdürülməsinin mümkünlüyünü şübhə altına salır. Məsələnin hərbi çözümü yoxdursa və Rusiya istədiyi ölkəni Ukrayna kimi təslim edə bilərsə, onda NATO-ya nə ehtiyac var?

Qeyd edək ki, Ukrayna və Gürcüstan 2018-ci ildə NATO-nun Buxarest sammitində alyansın genişləndirilmiş səlahiyyətli tərəfdaşı statusu qazanmışdı. Bu status isə üzvlüyə yaxın imtiyazdır. Ukraynanın bütün çağırışlarına baxmayaraq, NATO ölkələri rus təhdidini əsas gətirib ona üzvlük statusu vermirlər. Digər “əsaslı bəhanələri” də var: "Kiyev hələ bəzi islahatlar aparmalı və NATO standartlarına yaxınlaşmalıdır".

Heydər Oğuz,
Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• TRIPP layihəsində Rusiyaya pay verilə bilər? - ŞƏRH
Bu gün, 17:04
• Ölkəyə girişinə "stop" qoyulan azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 17:02
• Öz qarnımızı ÖZÜMÜZ DOYURA BİLMİRİK... - NİYƏ?
Bu gün, 16:46
• İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib - FOTO
Bu gün, 16:40
• Yeni nəqliyyat geosiyasətin kəsişməsində: - Cənubi Qafqaz üçün fürsət və sınaq
Bu gün, 16:38
• SOCAR yeni şirkət yaradıb: rəhbəri Orxan Cəfərovdur - DETALLAR
Bu gün, 16:31
• AYNA ehtiyat hissələrin alışı və tərmirinə 1,1 milyon xərc PLANLAŞDIRIB
Bu gün, 16:29
• Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:28
• "Oğlumun başına silah dirəsən də, oxumaz"
Bu gün, 16:24
• Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"
Bu gün, 16:18
• Avrasiya Universitetinin tələbələri bezib: - "2 ildir əziyyət çəkirik..."
Bu gün, 16:14
• Yeni Səhiyyə Naziri KÖHNƏ TENDER OYUNBAZLIĞINI DURDURACAQMI? - DAHA BİR FAKT...
Bu gün, 15:53
• Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Bu gün, 15:49
• General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - TƏFƏRRÜAT
Bu gün, 15:42
• Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
Bu gün, 15:36
• Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:22
• Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı şikayəti rədd edildi - Məhkəmə qərarı
Bu gün, 15:14
• Ətin qiyməti... DAHA DA BAHALAŞACAQ! - AÇIQLAMA
Bu gün, 15:07
• Köçəryanın həbs müddəti uzadılır - “Hraparak”
Bu gün, 15:05
• Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanla bağlı hesabat hazırladı - KİV
Bu gün, 14:59
• İnəkləri Latviyadan 11 min manata, Gürcüstandan isə 531 manata alırıq - SİYAHI
Bu gün, 14:56
• Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
Bu gün, 14:54
• Kim Çen In insultdan sonra ölüb – İDDİA
Bu gün, 14:48
• Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb
Bu gün, 14:42
• Zəngilanın dirçəliş və qayıdış dövrü - MƏQALƏ
Bu gün, 14:41
• Yeni prokuror tanınmış hakimin oğludur
Bu gün, 14:38
• Dövlət Xidmətindən ayrıldı, yeni şirkət təsis etdi - DETALLAR
Bu gün, 14:35
• Zəngilan Azərbaycanın ən gözəl güşələrindən birinə çevriləcək - MƏQALƏ
Bu gün, 14:25
• Eldar Əzizov gələcək haqqında...
Bu gün, 14:22
• 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25
• Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23
• Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19
• ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10
• Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru