Azərbaycan neftinin qiyməti 118 dolları ötüb .....                     Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz .....                     “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ .....                     Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb .....                     “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi .....                     Mahir Abbaszadənin tender labirinti .....                     ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA .....                     “Müğənnilərdən 1500 manat tələb edirlər...” .....                     Tanınmış meyxanaçı vəfat etdi .....                     “Pilgrim Education” MÜƏMMASI... .....                     Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? .....                     Zəngəzur dəhlizindən Rusiyaya pay?! .....                     Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT .....                     ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." .....                     "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT .....                     Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ .....                     Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər .....                     Bank olmayan kredit təşkilatlarının SONU gəlir? .....                     Bir olmağa məhkumuq... .....                     Bu ölkələr türklərə nifrət edirlər... .....                     Nəvai həbsxanada nə edir? .....                     Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi .....                     Azərbaycanda toylarla bağlı yeni vəziyyət .....                     Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib .....                     Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                 

Bayden Putin və Ərdoğan qarşısında geri çəkiləcəkmi... - Brüsseldə iki kritik görüş
Tarix: 15-06-2021, 08:23 | Çap et
 Bayden Putin və Ərdoğan qarşısında geri çəkiləcəkmi...
Bu həftə dünyanın gözü Brüsseldə və Cenevrədə olacaq. Belçika paytaxtında və İsveçrə şəhərində heç də AVRO-2020 futbol oyunu deyil, dünyanın siyasi liderlərinin mühüm görüşləri keçiriləcək. Bu iki kritik görüşün nəticələri bütövlükdə geosiyasi proseslərin nizamına ciddi şəkildə təsir edəcək. Belə ki, ABŞ prezidenti Co Bayden Avropa turnesinə çıxıb. Səfər sırasında müxtəlif ölkələrin başçıları ilə görüşəcək. Dünyanın birinci güc sahibi olaraq bilinən Amerikanın dünya üçün hansı mesajları verəcəyi maraqla gözlənilir. Co Baydenin ilk səfəri Böyük Britaniyaya edib.

İyunun 11-13-ü tarixlərində Böyük Britaniyanın Karbis-Bey şəhərində G7 sammitində iştirak edən Bayden hazırda NATO sammiti üçün Brüsselə gəlib. O, Brüsseldə NATO sammitində, növbəti gün isə ABŞ-Avropa Birliyi sammitində iştirak edəcək. NATO sammiti çərçivəsində Türkiyə prezidenti Ərdoğanla görüşəcək. Nəhayət, iyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya lideri Putinlə təkbətək görüş keçirəcək. Hazırda Amerika müxtəlif məsələlərdə nə Rusiyaya, nə Türkiyəyə, nə də başqa ölkələrə güzəşt etmək niyyətindədir.

“Yeni Müsavat” xəbər verir ki, yayılan məlumatlarda deyilirdi ki, Bayden NATO liderləri ilə Putinlə baş tutacaq görüşü müzakirə edəcək, görüşə isə alyansın tam dəstəyi ilə yollanacaq. Hazırda dünyanı maraqlandıran bu görüşlərdən sonra geopolitik proseslərin hansı məcrada inkişaf edəcəyi məsələsidir. Rusiya-Türkiyə yaxınlaşması, iki NATO dövləti olan ABŞ-Türkiyə münasibətləri, regionda hadisələrin axarı əldə olunan razılaşmalardan asılı olacaq.

Analitiklərin fikrincə, ABŞ-Türkiyə-Rusiya arasında münasibətlər ya yenidən bərpa olunacaq, ya da sıfırlanacaq. Lakin Vaşinqton praqmatik olduğu üçün xüsusilə bölgədə ən ciddi və uzunömürlü müttəfiqi Türkiyə ilə münasibətləri sıfırlamaqda maraqlı görünməz. Amerikadakı erməni və yunan lobbisi isə Baydendən Ərdoğanı sıxışdırmağı tələb edir. Brüsselə getməzdən əvvəl mətbuata açıqlamasında Türkiyə prezidenti Baydenin 1915 hadisələrini “soyqırım” kimi tanımasını gündəmə gətirəcəyini söyləmişdi.

Baydenin “qatil” dediyi Putinlə də arasını düzəltməyə çalışacağı gözlənilir. Di gəl, Putin onu da bilir ki, Bayden Amerikan sanksiyalarını yaxın günlərdə aradan götürməyəcək.

Tramp dövründə ABŞ və Avropa Birliyinin arasını vurmağı sevən Putin indi bu fəndlərin xeyir gətirməyəcəyini yaxşı anlayır. Çünki Bayden artıq Transatlantik alyansı dəstəkləyir və burada təbliğat vasitəsilə Putinin xal yığması mümkünsüzdür. Bəs bu iki kritik, dünya üçün əhəmiyyətli olan görüşlərdən gözləntilər nədir?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ərdoğanın Baydenlə görüşü iki müttəfiq ölkə arasında olan problemlərin aradan qalxmasına xidmət edəcək: “ABŞ-Türkiyə əməkdaşlığı bərpa olunacaq, təhlükəsizliklə, sabitliklə bağlı əlaqələr genişlənəcək”.

A.Mollazadə Bayden-Putin görüşündən fövqəladə nəticə gözləmir: “İstərdik ki, bu iki ölkə arasında gərginliyin, təhlükəli istiqamətdə gedən siyasətin qarşısını almaq üçün addımlar atsınlar. Amma ciddi bir nəticə olacağını gözləmirəm. Türkiyəyə gəldikdə, müttəfiqləri ilə münasibətləri saxlamaq istəyir. Ankara son illərdə gözəl və müstəqil siyasət yürütmək bacarığını dünyaya nümayiş etdirir. Türkiyənin güclənməsi regiona sabitlik gətirir, qarşıdurmaların qarşısının alınmasına yardım edir”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev qeyd etdi ki, 2015-ci ildən dünya düzənində kritik dəyişikliklər olub: “Tramp prezident seçiləndən sonra ABŞ dünya ilə əlaqələri təzədən qurmağa başladı. Birləşmiş Ştatlar supergüc olduğu üçün bir çox ölkələr onunla münasibətdə uyğunlaşmağa çalışdılar. Baydenin isə köhnə siyasətə qayıtması, qırılan bağların yenidən qurulması siyasətini həyata keçirdiyini söyləmək olar”.

R.Nurullayev bu görüşlərin əsas qayəsinin də məhz qırılan bağları bərpa etmək olduğuni düşünür: “Demokratların əməkdaşlıq prinsipləri fərqlidir. Onlarla işləmək çətin olur, çünki tələbləri daha böyükdür. Respublikaçıların isə dünyada güclü qalmaq və güclülərlə hesablaşmaq siyasəti var. Bu baxımdan Baydenin görüşləri köhnə bağların qaytarılmasına hazırlıqdır. Bu danışıqlarda Azərbaycan da dünya siyasətinin bir parçasına çevrilir. Yəni biz də dünyada gedən əsas oyunçu olmasaq da, oyunçulardan biriyik”.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, bu görüşdə bizim üçün maraq kəsb edən əsas məsələ onların Qarabağ üzərində dayanacaqları ilə bağlıdır: “Türkiyə və Rusiya qarşılıqlı dialoq şəklində yeni proseslərə başlayıblar. Həm üçtərəfli bəyanat, həm Ağdamda Monitorinq Mərkəzi, həm də digər məqamlar ondan xəbər verir ki, Minsk Qrupu proseslərdən kənarda qalıb. Bu da hegemon dövlət statusu daşıyan Amerikanın bölgə ilə bağlı maraqlarına cavab vermir. Vaşinqton NATO-dakı müttəfiqi Türkiyənin rəqibi sayılan Rusiya ilə işbirliyindən razı qala bilməzdi”.

Z.Məmmədovun fikrincə, ABŞ-da yaxşı başa düşürlər ki, onların davranışı ucbatından elə Moskva-Ankara arasında yaxınlaşma baş verib və bu gün fakt qarşısında qalan Vaşinqton NATO ölkəsi olan Türkiyənin Cənubi Qafqazda varlığını dəstəkləməlidir: “Ona görə Bayden rasional düşünərək Ərdoğana əl uzatmalı, ona hər cür dəstək verməlidir. Gözləyirəm ki, görüşdə Ərdoğan bölgədəki reallığı Baydenin nəzərinə çatdırsın və o da bəzi güzəştlərə getməyi nəzərə alsın”.

Politoloq hesab edir ki, Rusiya-ABŞ əlaqələrinə gəlincə, ayrı-ayrı ölkələrdə coğrafiyaları bölməklə, bir-birinə güzəştə getməklə məşğuldurlar: “ABŞ Rusiyanın Qafqazda koordinator rolunu oynaması ilə barışıb. Rikerin Bakıda olarkən sülhməramlıların 5 il Qarabağda olacağını deməsi də göstərir ki, Amerika bununla hesablaşıb və mane olacaq fiziki addım atmağa hazırlaşmır. Bayden-Putin görüşündə Şərqi Avropa, Ukrayna, Liviya, Suriya məsələlərinin müzakirə olunacağını gözləyirəm. Vaşinqtonun Moskvadan ən böyük istəyi Çinlə bağlı ola bilər. Bəzi nüanslarda Rusiyanın bitərəf qalması amerikalılar üçün vacibdir”.

Siyasi ekspert Elmar Vəliyevin sözlərinə görə, Bayden daha əvvəl Ərdoğana qarşı propoqandalı fikirlər səsləndirsə də, bu görüşdə müəyyən qədər buzlar əridilə bilər. İki tərəf arasında əsas müzakirə mövzuları В«S-400В», Qarabağ, Suriya, Aralıq dənizi məsələlər ola bilər. Bayden Ərdoğana ya В«S-400В»lərdən imtina etməsini, ya da birgə nəzarət altında hərəkət etməyi təklif edə bilər. Çünki В«S-400В»ü Türkiyə Rusiyadan alır".

Onun fikrincə, Bayden Ərdoğanla Rusiyadan danışa bilər: “Rusiyanın bölgədə güclənməməsi üçün nəsə etməyi planlaşdıra bilər. Türkiyə üçün yaxşı bir fürsət ola bilər. Amma buna baxmayaraq, Amerika Türkiyənin də bölgədə güclənməsini istəmir. Bir yandan Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır, digər yandan isə Yunanıstana dəstək olur və davam edəcəyini də düşünmək olar. Hətta Yunanıstana F-35-lərin verilə biləcəyini də istisna etmirəm. Yəni Amerika ehtiyatını əldən vermir. Türkiyə Amerikanın təhrikinə gedib, Rusiya ilə münasibətləri korlasa, bu ona fayda verməz”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
• “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb
Bu gün, 10:29
• “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 10:24
• Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
Bu gün, 10:21
• ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
Bu gün, 10:08
• “Müğənnilərdən 1500 manat tələb edirlər...” – Toy biznesində şok iddialar
Bu gün, 10:04
• Tanınmış meyxanaçı vəfat etdi
Bu gün, 10:02
• “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Bu gün, 09:48
• Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ
Bu gün, 09:42
• Zəngəzur dəhlizindən Rusiyaya pay?! - NƏ BAŞ VERİR?
Bu gün, 09:37
• Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu gün, 09:29
• ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21
• "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
• Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər - "AXİOS"
Bu gün, 08:12
• Bank olmayan kredit təşkilatlarının SONU gəlir? - AKTUAL
Bu gün, 08:11
• Bir olmağa məhkumuq... - ÇAĞIRIŞ
Bu gün, 08:03
• Bu ölkələr türklərə nifrət edirlər... - FAKT BUDUR...
Bu gün, 07:58
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
• Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10
• Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44
• Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru