
Fransa, İngiltərə, İspaniya, Portuqaliya və başqa Avropa ölkələri müstəmləkə dövründə çox böyük cinayətlər törədiblər. Amma bunun bugünkü insana nə dəxli var? Hər dəfə Avropada və ya Amerikada bir bədbəxt hadisə olanda tarixi mövzuları ortaya çıxarırsınız.
Bəlkə sənin də ulu baban planet əhalisinin 10%ni qıran Çingiz xan ordusunda oxatan olub. Bəlkə Şirvanşahları İsmayıl yandıran zaman odun daşıyan elə sənin ulu baban olub. Xoşuna gələr yol ilə gedəndə bir gürcü arxadan gəlib səni təpiyin altına salsın ki, “Baban Şah Abbasa görə bizim sayımız belə az qalıb”?
Türkün ayağı Misirdən Polşaya, Yaponiyadan Hindistana qədər böyük coğrafiyaya dəyib. Onda dünya da bizə düşmən olsun? Biz kölə satmamışıq? Sizin məntiqinizlə Çin Uyğur türklərini tamamən qırmalı, ordan düşməlidir Türkmənistana qədər ki, tarixin qisasını alsın.
Tarixin günahı və ya savabı nəsildən-nəslə irsən keçmir. Hər kəs bugünkü əməllərinə cavabdehdir.
.
Orxan Atabəy - "DİA-AZ"
























