
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu daxili infrastrukturunun yenilənməsi və təminat ehtiyaclarının ödənilməsi məqsədilə keçirdiyi satınalma müsabiqəsinə xitam verib.
32gun.az-ın verdiyi məlumata görə, elmi müəssisə ehtimal olunan ümumi qiyməti 14.996,03 AZN (yaxın 15 min manat) təşkil edən "Sair torpaq, tikili və avadanlıqların satın alınması" üzrə tender prosedurunu ləğv edib.
Satınalma şərtlərinə əsasən, institut tərəfindən ayrılan vəsait hesabına xüsusi akril kompozit daş mərmər dəzgahlı 1 ədəd mətbəx mebeli, 1 ədəd printer dolabı, 1 ədəd laminat dolab, internet-kafe və foye üçün 120 m² taxta jalüz pərdə əldə olunmalı idi. Bunlarla yanaşı, 16 ədəd xüsusi erqonomik və adaptiv arxa mexanizmli kreslo, eləcə də müxtəlif ölçülərdə 4 ədəd divar üçün faskalı güzgünün satı























