Respublika Psixiatriya xəstəxanasında ölüm... .....                     Azərbaycan neftinin qiyməti 118 dolları ötüb .....                     Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz .....                     “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ .....                     Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb .....                     “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi .....                     Mahir Abbaszadənin tender labirinti .....                     ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA .....                     “Müğənnilərdən 1500 manat tələb edirlər...” .....                     Tanınmış meyxanaçı vəfat etdi .....                     “Pilgrim Education” MÜƏMMASI... .....                     Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? .....                     Zəngəzur dəhlizindən Rusiyaya pay?! .....                     Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT .....                     ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." .....                     "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT .....                     Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ .....                     Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər .....                     Bank olmayan kredit təşkilatlarının SONU gəlir? .....                     Bir olmağa məhkumuq... .....                     Bu ölkələr türklərə nifrət edirlər... .....                     Nəvai həbsxanada nə edir? .....                     Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi .....                     Azərbaycanda toylarla bağlı yeni vəziyyət .....                     Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib .....                     Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                 

ABŞ Çinin iqtisadi ekspansiyasına qarşı hərəkətə keçir - Azərbaycana hansı təsirləri olacaq?
Tarix: 15-06-2021, 08:34 | Çap et
ABŞ Çinin iqtisadi ekspansiyasına qarşı hərəkətə keçir
G7 dövlət rəhbərlərinin zirvə görüşündə ABŞ prezidenti Co Bayden Avropadakı həmkarlarını və Yaponiyanı Çinin artan iqtisadi təsirinə qarşı çıxmağa çağırıb. O, Pekinin müxtəlif ölkələrə “Bir Kəmər-Bir yol” layihəsi çərçivəsində avtomobil və dəmiryolları xətlərinin, limanların tikintisi, kommunikasiya şəbəkələrinin qurulması üçün milyardlarla dollar kredit ayırıb, sonradan həmin kreditlər vasitəsilə ölkələri təsir altına saldığını bildirib.

ABŞ prezidenti Çinin “sürünən” ilhaqının qarşısını almaq üçün Avropanın, Yaponiyanın, ABŞ-ın Çin layihəsinin əhatə etdiyi ərazilərdə həyata keçirdiyi müxtəlif proqramlarını birləşdirməyi təklif edib. Bayden Afrika, Latın Amerikası və hətta Avropadakı çoxsaylı ölkələrə əlverişli şərtlərlə kreditlərin verilməsini, investisiyaların yatırılmasını zəruri hesab etdiyini deyib. ABŞ prezidentinin təklif etdiyi plan “Build Back Better for the World” adlandırılıb. Bu, “Dünyanı olduğundan daha yaxşı bərpa edək” anlamı verir. Planın ingiliscə qısa yazılışı - B3W da onun Çin layihəsin (abreviaturası BRI) qarşı yönəldiyini göstərir.

Bayden bildirib ki, Çin dünya ticarət və texnologiya qaydalarının hazırlanmasında iştirak etməməlidir. O, antidemokratik hakimiyyətə malik Çinin demokratik Qərbə meydan oxumasının qəbuledilməz olduğunu qeyd edib.

Avropaya yola düşməzdən əvvəl Bayden ABŞ vətəndaşlarına Çinin müdafiə sənayesində iştirak edən, onunla bağlı olan 59 Çin şirkətinin səhmlərini almağı qadağan edən əmri imzalayıb. Avqustun 2-dən qüvvəyə minəcək qadağa Çinin hərbi və müdafiə sənayesində fəaliyyət göstərən bütün iri dövlət şirkətlərini əhatə edir.

Bayden zirvə görüşünün yekununda qəbul ediləcək bəyannamədə Çinin iqtisadi ekspansiyasına qarşı müəyyən çağırışların olacağına ümid etdiyi vurğulamışdı. Lakin bazar günü yayılan bəyannamədə bu məsələnin üstünə demək olar ki, gedilməyib. Əsas diqqət Çinin müsəlman uyğurlara, həmçinin HonqKonqa qarşı siyasətinə yönəldilib.

Məsələ burasındadır ki, Böyük Yeddilik rəhbərlərinin əksəriyyəti Çinin “Bir Kəmər-Bir Yol” layihəsinin zəif ölkələr üçün ciddi təhlükə yaratdığının fərqindədirlər və bundan narahatlıq keçirirlər. Lakin Avropa Birliyi, Almaniya və İtaliya Pekinlə bağlamış olduqları əlverişli müqavilələri itirmək istəmirlər. Onlar həmçinin Çinlə yeni “soyuq müharibə” mühitinin yaranmasına, əlaqələrin kəskin soyuqlaşmasına hazır deyillər.

Çinin “Bir kəmər-Bir yol” layihəsi çərçivəsində irihəcmli kreditlər alıb qaytarmağa çətinlik çəkən Çernoqosiyanın Avropa Birliyinə yardım müraciətinə bir neçə ay əvvəl imtina cavabı verildi. Birlik faktiki olaraq kiçik Avropa dövlətini Çin qarşısında tək qoydu. Nəticədə Çin Çernoqoriyanın ən əlverişli və gəlirli limanını verdiyi borcun yalnız faizi müqabilində 99 illiyə idarəetməyə götürdü. Əsas borcu isə Çernoqoriya özü qaytarmalı olacaq. Müşahidəçilər tezliklə Yunanıstanın da eyni aqibətlə üzləşəcəyini proqnozlaşdırırlar. Çünki Çindən bir neçə infrastruktur layihəsi üçün irihəcmli borc alan Yunanıstan onların qaytarılmasında böyük çətinliklərlə üzləşib.

Avropada Çinin iqtisadi siyasətində təhlükə görən ilk ölkə Böyük Britaniyadır. Çinlə kifayət qədər isti münasibətləri olan London Afrika ölkələrinin sürətlə Pekinin tam nəzarətinə keçdiyini görərək ABŞ-ın bu prosesi dayandırmaq çağırışlarına ilk müsbət reaksiyanı verib: Bors Conson hökuməti “Huawei” şirkətindən əldə olunan bütün texnologiyaların başqaları ilə əvəz olunmasını qərarlaşdırıb.

Öz avtomobil sənayesi məhsullarının bir saylı bazarı olan Çinlə əlaqələri soyuqlaşdırmaq istəməyən Almaniya isə əksinə, Pekinə qarşı yumşaq davranışın tərəfdarıdır. Çin məmurlarının alman avtomobillərinin idxalına qadağa tətbiq olunacağına dair xəbərdarlığından sonra Almaniya “Huawei” texnologiyalarından istifadəyə qadağa qoyulması qərarını təxirə salmalı olub.

“Bir Kəmər-Bir yol” layihəsinə rəsmən qoşulan İtaliya NATO-dakı müttəfiqlərinin təzyiqləri ilə Çin şirkətlərinə bəzi məhdudiyyətlər tətbiq etsə də, bu ölkə ilə bağlanan əlverişli ticarət və investisiya sazişlərini itirmək istəmir.

Fransa isə layihəyə qoşulmasa da, Çin texnoloji şirkətlərinə qarşı qadağalara getmədi. Lakin 2022-ci ildəki seçkilərdə Makronun əsas rəqibi olan Marin La Pen Çinin Hind-Sakit okeanı hövzəsindəki ambisiyalarına qarşı mübarizə aparacağını bəyan edib.

Beləliklə, G7 zirvəsində Baydenin Çinlə bağlı təklifləri Kanada, Fransa, Böyük Britaniyanın dəstəyini qazansa da, Almaniya, İtaliya və Avropa Birliyi nümayəndələri buna getmədilər. Lakin iştirakçıların hamısı Çində məcburi əməkdən istifadənin görüşün yekun bəyannaməsində yolverilməz hal kimi qeyd olunması barədə razılığa gələ bildilər. G7 rəhbərləri Çinin uyğur və digər etnik-dini azlıqlara qarşı tətbiq etdiyi məcburi əmək praktikasına qarşı mübarizə aparılmasını məqsədəuyğun saydılar. Çin isə dərhal bunu özünün daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirən bəyanatla çıxış etdi.

ABŞ-ın Çinin iqtisadi nüfuzunun artmasına qarşı mübarizəsi nə ilə nəticələnə bilər? Məlumdur ki, “Bir Kəmər-Bir Yol” layihəsi Azərbaycan üçün də ciddi perspektivlər açır. Ölkəmiz Çindən Avropaya və əksinə yükdaşımalarda əsas marşrutlardan biri olmaq üçün ciddi fəaliyyətlər həyata keçirir. Dəmiryolları yenilənir, limanlar inşa olunur, Xəzər dənizi ilə yükdaşımaları artırmaq üçün gəmilər hazırlanır. Bu şəraitdə ABŞ-ın layihəyə qarşı fəaliyyətləri Azərbaycan üçün hansı məhdudiyyətlər yarada bilər?

İqtisadçı-alim Elşad Məmmədovun sözlərinə görə, Çində tətbiq edilən iqtisadi idarəetmə modeli dünya miqyasında effektiv bir model kimi qəbul olunub: “Çinin iqtisadi siyasəti, yanaşması özünü tam təsdiq edib. Bu gün Çin yüksək texnoloji məhsulların ixracına görə həm ABŞ-ı, həm də Avropa Birliyini üstələyib. İqtisadiyyatı həcminə görə artıq ABŞ iqtisadiyyatını da ötüb keçməkdədir. Bu inkişafın, iqtisadi potensialın artmasının qarşısını almaq mümkün deyil. İqtisadiyyat gücləndikcə Çinin dünyada nüfuzunun artması isə daha çox təbii prosesdir. Bu baxımdan, ona qarşı hər hansı iqtisadi, yaxud hərbi-siyasi sıxışdırılma, təzyiq siyasətinin nəticə verəcəyini düşünmürəm”.

İqtisadçı-alim bildirir ki, Çin öz iqtisadiyyatı üçün daha əlverişli şərtlər əldə etməyə çalışır: “Bütün dövlətlər bunu istəyir. Xarici ticarətindəki kəskin müsbət saldo Çində əldə olunan dollarların ölkə xaricinə çıxarılmasını tələb edir. Əks halda, onun hamısının ölkədə qalması daxildə inflyasiya prosesini stimullaşdıracaq. Buna görə də Çin ”Bir Kəmər-Bir yol" kimi meqalayihənin icrasına başlayıb. Bir çox dövlətləri o layihəyə cəlb edib, müəyyən şərtlərlə onları özündən asılı vəziyyətə salıb. Bu, əlbəttə, dünyamiqyaslı bir proses olduğuna görə müəyyən çağırışlar yaradır. Lakin layihədə iştirakçı olmağa çalışan Azərbaycan üçün belə çağırışlar formalaşmır. Çünki əvvəla, Azərbaycanın zəruri infrastruktur formalaşdırmaq üçün öz maliyyə potensialı yetərincədir, xarici investisiyalardan asılılığı kritik səviyyədə deyil. Digər tərəfdən, hətta Çindən kredit cəlb olunsa belə, onu qaytarmaqda ölkəmizin ciddi bir çətinliyi olmayacaq".

E.Məmmədov deyir ki, son onilliklərdə dünyada və bölgəmizdə Qərb və Avropadan hərbi-siyasi, iqtisadi asılılıq məsələsi vardısa, artıq Çin tamam fərqli model formalaşdırır: “Çin iqtisadi cəhətdən asılılıq modelini tətbiq edir. Lakin bu asılılıq heç bir ölkə üçün yaxşı perspektiv deyil. Buna görə də Azərbaycan bölgə dövlətləri ilə sıx və bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin güclənməsinə, regional layihələrin icrasına çalışmalıdır. Regional iqtisadi inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqaməti olmalıdır”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
• “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb
Bu gün, 10:29
• “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 10:24
• Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
Bu gün, 10:21
• ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
Bu gün, 10:08
• “Müğənnilərdən 1500 manat tələb edirlər...” – Toy biznesində şok iddialar
Bu gün, 10:04
• Tanınmış meyxanaçı vəfat etdi
Bu gün, 10:02
• “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Bu gün, 09:48
• Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ
Bu gün, 09:42
• Zəngəzur dəhlizindən Rusiyaya pay?! - NƏ BAŞ VERİR?
Bu gün, 09:37
• Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu gün, 09:29
• ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21
• "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
• Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər - "AXİOS"
Bu gün, 08:12
• Bank olmayan kredit təşkilatlarının SONU gəlir? - AKTUAL
Bu gün, 08:11
• Bir olmağa məhkumuq... - ÇAĞIRIŞ
Bu gün, 08:03
• Bu ölkələr türklərə nifrət edirlər... - FAKT BUDUR...
Bu gün, 07:58
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
• Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10
• Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44
• Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru