Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT .....                     ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." .....                     "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT .....                     Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ .....                     Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər .....                     Bank olmayan kredit təşkilatlarının SONU gəlir? .....                     Bir olmağa məhkumuq... .....                     Bu ölkələr türklərə nifrət edirlər... .....                     Nəvai həbsxanada nə edir? .....                     Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi .....                     Azərbaycanda toylarla bağlı yeni vəziyyət .....                     Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib .....                     Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? .....                     HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? .....                     "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." .....                     "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." .....                     Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... .....                     Böyük Qayıdışa KİM(LƏR) haram qatır? .....                     Peşə təhsilində əməkhaqqı və kadr böhranı .....                     Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI .....                     “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” .....                     İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU .....                     Fars-molla rejimi İŞ BAŞINDA... .....                     Pentaqon rəhbəri İsrailə gizli səfər edib .....                     ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi .....                     Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır .....                     Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür .....                     Maliyyə Nazirliyi federasiyanı .....                     Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub .....                     Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir .....                     İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? .....                     "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu .....                     Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir .....                     Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb .....                     Qlobal diplomatiyada Azərbaycan nümunəsi .....                     Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib .....                     "Mən həqiqətən də Astara camaatından çox razı qaldım" .....                     Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ .....                 

“Xain damğası daşımağa hazır idim” deyən Serjikin iftirası - GƏLİŞMƏ
Tarix: 25-06-2021, 09:13 | Çap et
“Xain damğası daşımağa hazır idim” deyən Serjikin iftirası
44 günlük Vətən müharibəsi ilə 30 ildir apardığı işğal siyasəti darmadağın olan və həyatını həsr etdiyi düşmənçiliyin acı nəticələrinin Ermənistanı məhv etdiyini, ermənilərin həyatını çürütdüyünü nəhayət bu yaşında “dərk edən” Xocalı qatili Serj Sərkisyan BBC-yə açıqlamasında “etiraf” edib.

Axar.az xəbər verir ki, S.Sərkisyan guya Paşinyanı müharibənin nəticələrinə deyil, yaratdığı şəraitə görə ittiham etdiyini vurğulayıb. Həmçinin 2020-ci ilin iyulunda Tovuz təxribatının “dağıdıcı hərəkət” olduğunu bildirib.

Bu, S.Sərkisyanın Tovuz hadisələri ilə bağlı günahkarın birbaşa Ermənistan və onun hərbi-siyasi rəhbərliyi olması barədə açıq etirafıdır.

Sərkisyan eyni zamanda “torpaqların geri qaytarılmayacağı” barədə heç vaxt danışmadığını da iddia edib və ən maraqlısı da budur:

“Hətta mən 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bunu daha necə açıq formada ifadə etmək olardı? Mən aqibətimizin belə acı olmaması üçün xain damğasını daşımağa hazır idim. Öz reytinqimi, tarixdə qalmağı düşünmürdüm, problemin həllini istəyirdim... Amma təəssüflər olsun ki, bunu bacarmadım”.

Köçəryanın və Sərkisyanın siyasəti Azərbaycan torpaqlarını işğalını rəsmiləşdirmək, BMT TŞ-nin qətnamələrini icra etməmək, beynəlxalq hüquqa zidd addımları əbədiləşdirməyə hesablanmışdı.

Sərkisyanın hazırda yalan danışdığını və riyakarlıq etdiyini təsdiqləyən saysız-hesabsız faktlardan biri 2011-ci ildə başlayan ərazilərin işğaldan azad edilməsi ilə bağlı KTMT üzvlərinin belə təzyiqlərini neytrallaşdırmağa çalışmasıdır. 2012-ci ildən 2014-cü ilə qədər hətta Qarabağın işğaldan azad edilməsi üçün erməni ordusunun dislokasiya və digər bütün xərclərini rəsmi Bakının ödəməyə (5 milyard dollar söhbəti) hazır olması ilə bağlı Belarus lideri Aleksandr Lukaşenko ilə söhbətlərini belə 44 günlük müharibədən dərhal sonra yayan, bununla da “torpağı satmayan lider” obrazını yaratmağa çalışan məhz Sərkisyan idi.

Lukaşenko Bakı səfərində bu söhbəti təsdiqləmiş, Ermənistan rəhbərliyinin Azərbaycanın müharibə olmaması üçün göstərdiyi bütün siyasi həll yollarından imtina etdiyini faktlarla söyləmişdi. Əslində, Sərkisyan işğalda saxladığı torpaqların bir qarışını da geri qaytarmaq istəmədiyini hər zaman sübut edib.

2016-cı ilin Aprel savaşından sonra rayonların 5+2 formulu ilə geri qaytarılması öhdəliyini Rusiyanın zəmanəti ilə üzərinə götürsə də, Sərkisyan bundan da yayındı və seçkini bəhanə edərək, prosesi uzatmağa çalışdı. Rusiyanın təzyiqləri ilə işğala son verməkdən və Aprel savaşının dayandırılması müqabilində götürdüyü öhdəliyi icra etməkdən başqa yolu olmadığını biləndə isə hakimiyyəti tez-tələsik “küçə lideri” Nikol Paşinyana ötürdü.

Azərbaycan liderinə torpaqların işğaldan azad ediləcəyi vədinin reallaşacağı zəmanətini birbaşa Rusiya lideri vermişdi və məhz Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyev Aprel savaşını dayandırmışdı. Putin zamin olduğu işin icrasına Sərkisyanı vadar edirdi və bu, mütləq baş verəcəkdi. Sərkisyan isə “Qərbin adamı” Nikol Paşinyana hakimiyyəti ötürməklə iki məqsəd güdürdü: ya Nikol Paşinyan Ermənistanı Rusiya təsirindən çıxarmaqla Qərbin dəstəyinə sığınacaq və Qərbin yardımı ilə işğalı əbədiləşdirəcəkdi, ya da “torpaqların verən xain” kimi Yusif Sərrac olacaqdı.

Nikol Paşinyanın hakimiyyətə gələn kimi “danışıqların dalanda olduğunu” görüb “yeni müharibə - yeni torpaqlar” siyasətinə başlamasının da, Şuşanı “mərkəzə” çevirmək cəhdinin də səbəbi bu idi. N.Paşinyanın ayrı seçimi qalmamışdı: ya işğaldakı bütün torpaqları azad etməli və azərbaycanlıların keçmiş Dağlıq Qarabağ da daxil olmaqla, qovulduqları torpaqlarına qayıtmasını təmin etməli, ya da son cəhd etməliydi.

Sərkisyan-Paşinyan cütlüyü hər şeyi “yaxşı düşünmüşdü”, yalnız bir məsələdən başqa: Azərbaycanın İlham Əliyev kimi liderinin olduğunu qanmamışdılar. Sərkisyan və Paşinyanın ağlına belə gəlməzdi ki, İlham Əliyev hansı böyük siyasi-hərbi cəsarət göstərəcək!

Müharibənin niyə 10 və yaxud 19 oktyabrda dayanmadığı haqda indi minlərlə ehtimallar irəli sürülür. Amma heç kim cəsarətə gəlib, əsl faktı deyə bilmir. Əsl fakt odur ki, heç kim Azərbaycan Ordusunun son və qəti qələbəyə qədər dayanmayacağını, İlham Əliyevin fövqəladə cəsarət və böyük siyasi iradə göstərəcəyini sadəcə dərk etmirdi; ağıllarına belə gəlmirdi ki, Azərbaycan Ağdam, Laçın, Kəlbəcər qaldığı halda Hadrutu, Xocavəndi və Şuşanı geri qaytarmağa qalxacaq. Sərkisyan-Paşinyan “düşüncəsinə” görə Azərbaycan Ordusu keçmiş “Dağlıq Qarabağ”ın sərhədlərində mütləq dayanacaqdı.

Yalnız Şuşa azad ediləndən sonra Ermənistan rəhbərliyi dərk etdi ki, Azərbaycanın Ali Baş Komandanı Xankəndini də alacaq, sərhədə qədər çıxacaq və Ermənistan sərhəddə problem yaradacağı halda bu dəfə “bufer zona” Ermənistan torpaqları olacaq.

Bu acınacaqlı aqibəti görəndən sonra Paşinyan kapitulyasiyanı imzaladı və Putinin vasitəçiliyi ilə digər öhdəliklər götürdü.

Sərkisyanın – bu Xocalı qatili olan qaniçənin siyasət haqda da, müharibə haqda da heç vaxt təsəvvürü olmayıb. Çünki o, heç vaxt ordu ilə üz-üzə gəlməyib, yalnız pərakəndə, yüngül silahlarla silahlanmış azərbaycanlıların üstünə Rusiyanın ağır texnikası ilə gəlməkdir onun müharibə təsəvvürü; silahsız, dinc insanları hədəf almaqdır Sərkisyanın müharibə qəhrəmanlığı. O, Azərbaycan Ordusunun gücünü Aprel savaşında gördü və dərhal da hakimiyyəti təhvil verərək, aradan çıxdı.

Müharibədən dərhal sonra torpaq “satmadığı”, o torpaqları “döyüşçülərinin qanı ilə” aldığı haqda Lukaşenkoya dediklərini tirajlayıb, divident toplamağa çalışan Sərkisyan indi tamamilə fərqli bir açıqlama verir: guya dəhşətli aqibətdən qaçmaq üçün xain adlanmağa, torpaqları qaytarmağa razı imiş, amma bacarmayıbmış.

Kim mane oldu “bacarmamağa”? Aprel savaşından sonra götürdüyü öhdəliyi niyə icra etmədi? Niyə ordunu işğaldakı torpaqlardan çıxarmadı?

O torpaqları ümumiyyətlə niyə işğal etmişdi? Niyə Azərbaycana qarşı müharibəyə başlamışdı? Bu gələcəyi düşünmürdümü?

Əsl xain, alçaq, şərəfsiz, sözünü tutmayan siyasətçi Sərkisyan özüdür. O səviyyədə ki, hətta Putinə verdiyi vədi tutmayıb, qaçdığı və hakimiyyəti Qərbə, “Sorosun uşaqlarına” satdığı üçün hazırda Rusiyanın da hədəfindədir, özünü Rusiyaya yenidən sırımağa çalışan bu zavallını Kreml yaxın belə buraxmır. Seçkidə blok yaratsa belə, namizədliyini verməməsinin birbaşa səbəbi də Rusiyanın tələbidir: Sərkisyanın siyasi ömrünün fatihəsini Rusiya özü verib və onun siyasətə qayıdıb, hətta deputat kürsüsü tutmasına Kreml imkan vermir.

Azərbaycan lideri isə bu müharibədə sübut etdi ki, onun üçün işğalda olan torpaqların “aranı”, “dağı” yoxdur; İlham Əliyev sübut etdi ki, Azərbaycanın işğalda olan torpağı 7 rayondan ibarət deyil, 12 rayondur; İlham Əliyev sübut etdi ki, Azərbaycan qanunları onun üçün əsasdır və Azərbaycan Ordusunun Ali Baş Komandanı bu qanunların icrası ilə məşğuldur. Azərbaycanda isə “Dağlıq Qarabağ” adlı muxtar qurum yoxdur, 1991-ci ildə ləğv olunub, onun “sərhədi” də yoxdur və Xocavənd, Şuşa, Ağdərə ilə Kəlbəcərə, Laçına fərq qoymaq bizə düşməz!

10 noyabr kapitulyasiyasının yazılmayan hissəsinin icrasını da görəcəyik! İlham Əliyevin Putinə, Putinin Paşinyana, Ərdoğanın Putinə dünənki zənglərinin səbəbi də budur!

Putin də zamindir – 2016-cı ildə olduğu kimi! Ya Paşinyan icra edəcək, ya da Azərbaycan Ordusunu İrəvanda qarşılamalı olacaq!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu gün, 09:29
• ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21
• "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
• Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər - "AXİOS"
Bu gün, 08:12
• Bank olmayan kredit təşkilatlarının SONU gəlir? - AKTUAL
Bu gün, 08:11
• Bir olmağa məhkumuq... - ÇAĞIRIŞ
Bu gün, 08:03
• Bu ölkələr türklərə nifrət edirlər... - FAKT BUDUR...
Bu gün, 07:58
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
• Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 07:10
• Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
Bu gün, 06:44
• Pezeşkian Putinə və Rusiya xalqına təşəkkür edib - KİV
Bu gün, 06:43
• Şahin Bağırovun idarə rəisi rəsmi bank sənədlərini niyə tanımır? - Gömrükdə BMW X5 müəmması
Bu gün, 06:40
• HÜQUQİ ŞƏXS TABELİKDƏ OLA BİLMƏZ! - DÖVLƏT SƏVİYYƏSİNDƏ savadsızlıq, yoxsa?..
Bu gün, 06:31
• Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir?  - SƏBƏBLƏR
Bu gün, 06:25
• "İqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir..." - partiya sədri
Bu gün, 06:22
• "Yəqin ərizəmi heç açıb oxumayıblar da..." - ETİRAZ VAR!
Bu gün, 06:16
• Bəlkə sənin də ulu baban Çingiz xan ordusunda oxatan olub... - REPLİKA
Bu gün, 05:53
• Böyük Qayıdışa KİM(LƏR) haram qatır? - GİLEY
Bu gün, 05:33
• Peşə təhsilində əməkhaqqı və kadr böhranı - Müəllim və usta çatışmır, maaşlar verilmir
Bu gün, 05:25
• Ceyhun Cəlilovun MÜƏMMALI TƏYİNATI - NƏ BAŞ VERİR?
Bu gün, 05:20
• “Vəziyyəti yenidən pisləşib, cəzaçəkmə müəssisəsinə təcili yardım çağırılıb” - Keçmiş bankirin bacısından SOS
Bu gün, 05:12
• İnformasiya Texnologiyaları İnstitutunun TENDERİ LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 05:05
• Fars-molla rejimi İŞ BAŞINDA... - ŞƏRH
Bu gün, 05:01
• Pentaqon rəhbəri İsrailə gizli səfər edib - "Axios"
Bu gün, 04:58
• ANAMA-nın avadanlıq tenderi ləğv olundu və dərhal yenidən elan edildi - TƏFƏRRÜAT
Bu gün, 04:55
• Trampa pul xərclədi, qarşılığını Ermənistanda alır – Nəhəng sərvətə yiyələnir
Bu gün, 04:50
• Vens 2028-ci il prezident seçkilərində Trampın dəstəyini qazana biləcəyini düşünür - “2WAY” portalı
Bu gün, 04:48
• Maliyyə Nazirliyi federasiyanı CƏZALANDIRDI
Bu gün, 00:22
• Orxan Məmmədli AZAL-da yeni vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 00:19
• Məktəbliləri noyabrda 16 günlük istirahət gözləyir - Ekspert tarixləri açıqladı
Bu gün, 00:17
• İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək? - GƏLİŞMƏ
Bu gün, 00:16
• "Azərşəkər"ə yeni maliyyə direktoru təyin olundu - BUNDAN SONRA...
Bu gün, 00:14
• Azərbaycan türklərinə qarşı təhqirlər başladı: “Traktor” çempionatı tərk edir - BAKI BİGANƏ QALA BİLMƏZ ..
Bu gün, 00:12
• Aİ-də Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı fikir ayrılığı yaranıb - KİV
Dünən, 23:45
• Qlobal diplomatiyada Azərbaycan nümunəsi - AKTUAL
Dünən, 23:40
• Şirkətlər bu il Marina Kulişovanın bankından 18 milyon manat depoziti geri çəkib - NƏ BAŞ VERİR?
Dünən, 23:36
• "Mən həqiqətən də Astara camaatından çox razı qaldım"
Dünən, 23:34
• Sinif yoldaşına etibar etdi, 100 min manat borcla "STOP"A DÜŞDÜ - TƏFƏRRÜAT
Dünən, 23:28
• Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?
Dünən, 22:59
• Bakının mərkəzində tikinti şirkəti "at oynadır" - "Vialon" qanundan üstündür?
Dünən, 22:40
• Türkiyənin baş məşqçisi Sərgən Yalçın olacaq?
Dünən, 18:01
• Mərkəzi Bank "exchange"lə məşğul olan şirkəti cərimələdi - DETALLAR
Dünən, 17:59
• Azərbaycanda zəlzələ və sürüşmə - Ən təhlükəli ərazilər
Dünən, 17:53
• TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU
Dünən, 17:44
• DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
• Tanınmış gitara ifaçısının adından pul istədilər - Hesabı ələ keçirildi
Dünən, 17:32
• “Paşinyan azərbaycanlı hərbçini himayəsinə götürüb” - “Güclü Ermənistan” Partiyası
Dünən, 17:27
• Mətbuat Şurası Türkiyənin media qurumlarına ÇAĞIRIŞ ETDİ - "Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də..."
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru