Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində .....                     Hesablama Palatasına yeni auditor təyin edilir .....                     Məhəmməd Musayevə qoyulan vaxt daralır .....                     Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq .....                     57 ölkə Ermənistana səsləndi: .....                     Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT .....                     Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi .....                     Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? .....                     Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? .....                     “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı .....                     Hüseyn ƏSƏBİLƏŞDİ: .....                     “Bakı və İrəvan arasında sülh olmayacaq” .....                     DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                 

ABŞ - Rusiya gərginliyi yeni mərhələdə: - Kremlə son xəbərdarlıq edildi
Tarix: 3-12-2021, 15:27 | Çap et
ABŞ - Rusiya gərginliyi yeni mərhələdə:
ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Rusiyaya qarşı vaxtilə çəkindiyi addımları atacağını deyib. O bildirib ki, bu addımlar Rusiyanı iqtisadi cəhətdən tamamilə çökdürə bilər: “Bu iqtisadi sferada fövqəladə təsir gücünə malik bir sıra addımlardan ibarət olacaq”.

ABŞ Xarici Siyasət İdarəsinin rəhbəri Moskvaya təkliflərini də çatdırıb. O əlavə edib ki, yalnız Ukraynaya qarşı təxribatçı hərəkətlərinə son qoymaqla Rusiya bundan yayına bilər.

Bu arada Pentaqon rəhbəri Lloyd Ostin də Rusiyanı “Ukrayna sərhədləri boyu temperaturu aşağı salmağa” çağırıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəd boyu əhəmiyyətli sayda hərbi qüvvə cəmləşdirib və Qərb bundan ciddi narahatdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozef Borrel isə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı istənilən hərbi təcavüzü Brüsselin güclü reaksiyası ilə qarşılaşacaq.

Göründüyü kimi, Rusiya və Qərb arasında münasibətlər yenidən gərginləşib. Artıq bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Qərb dairələri Moskvanı açıq şəkildə hədələməkdən belə çəkinmirlər.

Milli Məclisin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, təkcə ABŞ yox, bütövlükdə Qərb dairələri Rusiyaya qarşı təzyiqləri artırıb: “Uzun müddətdir ki, bununla bağlı Moskvaya xəbərdarlıqlar edilir. Açıq şəkildə bildirirlər ki, Rusiya Ukraynaya qarşı siyasətinə son qoymalıdır. Bu məqsədlə müxtəlif sanskiyalar da tətbiq edilib. Lakin göründüyü kimi, Kreml bu məsələdə geri addım atmır. Hesab edirəm ki, Ukrayna məsələsi həm Rusiya, həm də Qərb üçün strateji əhəmiyyətə malikdir”.

“ABŞ və Avropa İttifaqı rəsmilərinin son bəyanatları Moskvaya təzyiq məqsədi güdür. Onlar Moskvaya xatırladırlar ki, bu siyasət onu iqtisadi baxımdan tamamilə çökdürə bilər. Yəqin ki, Rusiya Ukraynaya qarşı siyasətini yumşaltmasa, münasibətlər daha gərgin xarakter alacaq. Hətta bu məqsədlə Qərb dairələrinin koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyi, daha ciddi təzyiq rıçaqlarını işə salacağı gözlənilir. Amma sözsüz ki, bu müharibəyə gətirib çıxarmayacaq. Hər iki tərəf məsuliyyətini və bunun doğuracağı mümkün fəsadlarını anlayırlar. Rusiyaya qarşı təzyiqlər iqtisadi xarakterli olacaq” – deputat deyir.

O əlavə edir ki, Rusiyanın iqtisadi imkanları çox aşağıdır: “Onların iqtisadi baxımdan Qərblə əməkdaşlıq etməkdən başqa yolu qalmayıb. Əks halda, rus iqtisadiyyatı daha sarsıdıcı zərbələr ala bilər. Eyni zamanda, Moskva siyasi təşəbbüsü də əldən vermək istəmir. Onun müəyyən güzəştlərə gedəcəyi gözləniləndir. Ancaq öz siyasətindən imtina etməsi, Ukraynaya və postsovet məkanına münasibətini dəyişməsi isə qətiyyən inandırıcı deyil. Hər halda hadisələrin gedişatı müsbət nələrsə vəd etmir”.

“Bütün hallarda baş verənlər region dövlətlərində, o cümlədən Azərbaycanda da maraqla izlənilir. İndidən hər hansı qəti fikir bildirmək və mülahizə yürütmək mümkün olmasa da, ABŞ-Rusiya münasibətlərində zidiyyətlərin dərinləşməsi bütün region ölkələri üçün təsirsiz ötüşməyəcək” – Mollazadə vurğulayır.

Politoloq Sülhəddin Əkbər AYNA-ya şərhində bildirib ki, Qərbin Rusiyaya qarşı təzyiqləri çox ağır ola bilər: “Bilirsiniz ki, ABŞ və Qərb Moskvaya qarşı sanksiyalar tətbiq edib. Lakin Kreml buna məhələ qoymayıb. İndiki məqamda Rusiyanın postsovet məkanında, xüsusən Ukrayna və Belarusda atdığı addımlar Qərb dairələrində ciddi narahatlıqla qarşılanır. Bununla bağlı Rusiyaya ciddi xəbərdarlıqlar edilir. ABŞ eyni zamanda, həm Rusiya, həm də Çinlə mübarizə aparır. Hadisələrin inkişafı çox sürətlə dəyişir və ortaya sürprizlər çıxa bilər”.

“Rusiya ABŞ və Qərbin xəbərdarlığına məhəl qoymasa, bu halda Moskvaya qarşı çox ciddi sanksiyalar ola bilər. Bunlar əsasən üç istiqamətdə baş verəcək. Bunlardan birincisi neft və qaz satışına embarqo qoyulması, ikincisi Rusiyanın banklararası beynəlxalq ödəmə sistemi olan – Swift-dən çıxarılması və Kremlin rəhbərliyinə daxil olan məmurların 1 (bir) trilyon ABŞ dolları məbləğində bank hesablarının dondurulması daxildir. Bu o deməkdir ki, Rusiya iqtisadiyyatı tamamilə çökəcək. İqtisadiyyatı tamamilə çökmüş dövlətin siyasi proseslərə müdaxiləsi isə nəticəsiz qalacaq” – politoloq söyləyir.

Onun sözlərinə görə, Putin Qərbdən təminat almaq istəyir: “Amma bu təminatı ona verməyəcəklər. Təminat odur ki, NATO Rusiyanın sərhədləri yaxınlığına irəliləməli, Ukrayna və Gürcüstanın bu quruma üzvlüyünün baş tutmamasıdır” – Əkbər fikrini yekunlaşdırır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsində - VİDEO
Bu gün, 16:32
• Hesablama Palatasına yeni auditor təyin edilir
Bu gün, 16:28
• Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
Bu gün, 16:25
• Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq - İsa Həbibbəyli
Bu gün, 16:20
• 57 ölkə Ermənistana səsləndi: - İƏT-dən Azərbaycanın mövqeyinə tam dəstək
Bu gün, 16:13
• Elm və Təhsil Nazirliyinin "SABAH.city" layihəsinin rəhbərliyində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 16:11
• Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:09
• Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
Bu gün, 16:04
• Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53
• “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49
• Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44
• “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru