Gürcüstanda hakimiyyət dəyişikliyi və ya siyasi böhran... - Qərb üçün sərfəli deyil
Tarix: 8-12-2021, 08:13 | Çap et
 Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili işləmək üçün xaricə getməyi planlaşdıran vətəndaşlara müraciət edib. Keçmiş rəhbər Gürcüstanı tərk etmək niyyətinə düşənlərə ölkədə qalmağı məsləhət görərək, hökumətə qarşı mübarizəyə səsləyib. Saakaşvili iddia edib ki, bir neçə aylıq mübarizədən sonra vəziyyət dəyişəcək:
“1 milyon soydaşımız iş və gəlir əldə etmək üçün xaricə getməyi düşünür. Öz təcrübəmə əsaslanaraq, deyirəm ki, xaricdə layiqli yer tutmaq çox çətindir. Başa düşürəm, çox çətin dolanırsız. Amma insana yeməkdən əlavə, layiqli həyat şəraiti, hörmət və özünü tam hüquqlu bir insan kimi dərk etmək lazımdır. Bütün bunlar mühacir üçün çox çətindir. Bilməlisiniz ki, siz uzun müddət ikinci dərəcəli şəxs olacaqsınız.
Bu o deməkdir ki, istedadınıza və ixtisasınıza uyğun işləyə bilməyəcəksiniz. Həm də savadsız bir yerliyə xidmət etməli olacaqsınız. Gəlin qarşıdakı həftələrdə, 2-3 ayda birlikdə mübarizə aparaq. Sizə zəmanət verirəm ki, nəinki vəziyyət dəyişəcək, hər biriniz gələn ilin sonuna kimi ən azı Polşada, Yunanıstanda və hətta Almaniyada qazandığınız qədər gəlir əldə edəcəksiniz. Siyasətçilərin vədlərinə inanmırsınız, amma unutmayın ki, mən sizə heç vaxt yalan danışmamışam”. Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. Noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəsinə başlanılıb. 50 gün aclıq aksiyası keçirən siyasətçi səhhəti pisləşdiyi üçün noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb. Eks-prezidentin tərəfdarları isə hökumətə qarşı etiraz aksiyalarını davam etdirməkdədir.
Sabiq dövlət başçısının gürcülərə çağırışı ilə bağlı “Şərq”ə fikirlərini bölüşən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli Saakaşvilinin tövsiyələrinin effektsiz olacağını düşünür. Analitikin qənaətincə, sadəcə, 20-30 adamın siyasətçiyə qulaq verməsi nəticəyə təsir göstərməyəcək:
“Hansısa gürcü ölkəni tərk etmək qərarı alıbsa, deməli, ümidini tamamilə üzüb. Gələcəyə zərrə inanan şəxs vətənindən birdəfəlik getmək haqqında düşünməzdi. Gürcülər yaxşı bilirlər ki, dəstək vədlərinin, “siz başlayın, biz arxanızdayıq” şüarlarının heç biri özünü doğrultmayıb. Həm də Gürcüstan artıq elə durumda deyil ki, bir siyasətçiyə görə xalq üsyana qalxsın. Saakaşvili zənn edirdi ki, ölkəyə gəlişi və həbsi ilə gürcüləri ayağa qaldıracaq. Amma ciddi yanıldığını öyrəndi. Məncə, Gürcüstandakı real vəziyyəti görən Saakaşvili sonuncu gedişlərini edir”.
Ekspert vurğulayıb ki, Saakaşvilinin həbsdə qalması Tbilisi hökuməti üçün başağrısı olsa da, hökumət rahatdır:
“Hələlik beynəlxalq təşkilatlardan bu həbsə görə ciddi reaksiyaların şahidi olmamışıq. Əgər belə bir hal Türkiyədə olsaydı, əmin olun ki, dünyanı ayağa qaldırmışdılar. Gürcüstanla bağlı reaksiyalar isə çox zəifdir, demək olar ki, yoxdur.
Bu da onu göstərir ki, indiki halda Gürcüstanda hakimiyyət dəyişikliyi və ya siyasi böhran Qərb üçün sərfəli deyil. Əgər hakim “Gürcü Arzusu” öz üzərində yetərli təzyiq hiss etsəydi, Saakaşvilini həsbdə saxlamazdı”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan sülh sazişi üçün niyə 2031-ci ili hədəf göstərir? – Deputatdan AÇIQLAMA
Bu gün, 15:53 |
|
|
|
| • “Laqonda”ya görə dava edərək 4 illik həbs alan şəxslə bağlı QƏRAR
Bu gün, 15:49 |
|
|
|
| • Hüseyn ƏSƏBİLƏŞDİ: - "Sosial şəbəkələrdə bir yığın kütlə var..."
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı və İrəvan arasında sülh olmayacaq” - Kiviryan
Bu gün, 15:42 |
|
|
|
| • DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40 |
|
|
|
| • “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38 |
|
|
|
| • İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36 |
|
|
|
| • “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
| • Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29 |
|
|
|
| • Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27 |
|
|
|
| • Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22 |
|
|
|
| • Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19 |
|
|
|
| • Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17 |
|
|
|
| • "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15 |
|
|
|
| • Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14 |
|
|
|
| • Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54 |
|
|
|
| • Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51 |
|
|
|
| • Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47 |
|
|
|
| • İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41 |
|
|
|
| • RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16 |
|
|
|
| • “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14 |
|
|
|
| • “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12 |
|
|
|
| • Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06 |
|
|
|
| • Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00 |
|
|
|
| • Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56 |
|
|
|
| • Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50 |
|
|
|
| • Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37 |
|
|
|
| • İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32 |
|
|
|
| • Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27 |
|
|
|
| • Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23 |
|
|
|
| • Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15 |
|
|
|
| • “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13 |
|
|
|
| • Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05 |
|
|
|
| • Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03 |
|
|
|
| • DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56 |
|
|
|
| • Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53 |
|
|
|
| • SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50 |
|
|
|
| • Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47 |
|
|
|
| • Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44 |
|
|
|
| • Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36 |
|
|
|
| • Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30 |
|
|
|
| • Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29 |
|
|
|
| • TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28 |
|
|
|
| • “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15 |
|
|
|
| • Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09 |
|
|
|
| • Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00 |
|
|
|
| • Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57 |
|
|
|
| • "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47 |
|
|
|
| • Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42 |
|
|
|
| • "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38 |
|
|
|
|