Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                 

Rusiyada səfərbərlik vahiməsi – İnsanlar qaçmağa hazırlaşırlar
Tarix: 2-08-2026, 06:24 | Çap et

Rusiyada insanlar kütləvi şəkildə mümkün yeni səfərbərlik dalğasına hazırlaşmağa və cəbhəyə göndərilməkdən yayınmaq yollarını axtarmağa başlayıblar. Bu barədə The Moscow Times nəşri yazır.

Hərbi xidmətə çağırış məsələləri ilə məşğul olan hüquq müdafiəçiləri “Verstka” nəşrinə bildiriblər ki, müraciətlərin sayı kəskin artıb. “İdite lesom” layihəsinin nümayəndələri məsləhətləşmələr üçün hər gün 150–200 müraciət aldıqlarını qeyd ediblər.

“Təşviş deməzdim, amma narahatlıq çox yüksəkdir”, – təşkilatın təsisçisi Qriqori Sverdlin bildirib.

“Şüurlu İmtinaçılar Hərəkatı”nın nümayəndəsinin sözlərinə görə, müraciət edənlər əsasən möhlət almaq, hərbi xidmətə yararsızlığı təsdiqləyən “D” kateqoriyasını əldə etmək, eləcə də Rusiyanı qanuni və qeyri-qanuni yollarla tərk etmək imkanları ilə maraqlanırlar.

“Müraciətlərin təkcə sayı deyil, məzmunu da dəyişib. Yazda insanlar soruşurdular: “Deyirlər, payızda səfərbərlik olacaq, bu doğrudur?” İndi isə sual belədir: “Payızda səfərbərlik olacaq, nə etməliyik?” – nəşrin həmsöhbəti bildirib.

O əlavə edib ki, “təşviş tədricən passiv şəkildə ən pis ssenariyə hazır olma hissi ilə əvəzlənir”.

“Çağırışçı Məktəbi”nin təsisçisi Aleksey Tabalov da müraciətlərin sayında kəskin artımı təsdiqləyib. Onun sözlərinə görə, müraciət edənlər arasında ehtiyatda olan şəxslər də çoxdur. O qeyd edib ki, insanlar əsasən səfərbərlik göstərişləri, məlumatların toplanması və iş yerlərində səfərbərlik siyahılarının hazırlanması ilə bağlı suallar verirlər.

Narahatlıq əhval-ruhiyyəsinin artdığını rusiyalıların mümkün yeni səfərbərlik dalğası və səfərbərlikdən möhlətlə bağlı internet axtarışları da göstərir.

Yandex Wordstat xidmətinin məlumatına görə, 2026-cı ilin iyul ayında istifadəçilər “səfərbərlikdən möhlət” ifadəsini 28 min, “səfərbərlik möhləti” ifadəsini isə 32 min dəfə axtarıblar. Bu sorğular üzrə əvvəlki rekord göstəricilər 2022-ci ilin noyabr–dekabr aylarında qeydə alınmışdı və təxminən 15–20 min sorğu təşkil edirdi.

Google Trends xidmətində isə “səfərbərlikdən möhlət” sorğusunun populyarlığı ilk dəfə iyul ayında maksimum – 100 bal səviyyəsinə çatıb. “Səfərbərlik möhləti” sorğusu üzrə də artım müşahidə olunur və göstərici 24 bala yüksəlib.

Bundan başqa, iyul ayında “Səfərbərlik olacaqmı?” sorğusu da rekord həddə çatıb. Bu ifadə “Yandex” axtarış sistemində 204 min dəfə axtarılıb, Google Trends-də isə maksimum 100 bal toplayıb.

Səfərbərliklə bağlı digər axtarış sorğuları da populyarlıq qazanır. Belə ki, 2026-cı ilin may ayının sonunda “səfərbərlik göstərişləri” ifadəsi “Yandex” sistemində rekord sayda – 18 min dəfə axtarılıb. İyun ayında isə bu sorğu Google Trends-də 2022-ci ilin payızından bəri ilk dəfə 100 bal səviyyəsinə yüksəlib.

Bundan əvvəl “Verstka” nəşrinin mənbələri bildirmişdilər ki, sentyabrda keçiriləcək Dövlət Duması seçkilərindən sonra Rusiya hakimiyyəti ölkədə hərbi vəziyyət elan edə və yeni səfərbərlik həyata keçirə bilər. Yeni səfərbərliklə bağlı şayiələr artıq bir neçə aydır dövriyyədədir.

Vaşinqtondakı Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri də Rusiyada yeni səfərbərliyə hazırlıq getdiyini yazıblar. The Washington Post qəzetinə danışan bəzi Avropa rəsmiləri də bu ehtimalı istisna etməyiblər. Onların fikrincə, cəbhədə yüksək itkilər davam edərsə, Kreml belə bir addım ata bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski də bəyan edib ki, Vladimir Putin yeni səfərbərlik çərçivəsində 300–500 min nəfəri cəbhəyə göndərməyi planlaşdırır. Zelenskinin sözlərinə görə, ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi orduya 221 min müqaviləli hərbçi cəlb etsə də, eyni dövrdə itkilər 225,5 min nəfərə çatıb. Onlardan 131 mininin həlak olduğu bildirilir.

Vladimir Putinin on minlərlə Rusiya vətəndaşının cəbhəyə göndərilməsini nəzərdə tutan yeni genişmiqyaslı səfərbərliyə hazırlaşması nə dərəcədə realdır? Əgər belə bir kampaniya başlasa, bu, Rusiyanın müxtəlif regionlarında etiraz aksiyalarına səbəb ola bilərmi? Yoxsa sadəcə daha uzaqgörən insanlar sentyabra qədər ölkəni tərk etməyə çalışacaq və hakimiyyət üçün ciddi problem yaranmayacaq?

Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnov (Praqa) cavablandırıb.

Onun fikrincə, hələlik yeni səfərbərlik olacağı açıq görünmür.

“Birincisi, hesab edirəm ki, hazırda bu, siyasi baxımdan Kreml üçün o qədər də münasib vaxt deyil. Düşünmürəm ki, bu, sentyabrdakı seçkilərdən sonra da mümkün olacaq. Bundan əlavə, müxtəlif səbəblərdən texniki baxımdan da belə bir səfərbərliyin həyata keçirilməsi hazırda o qədər də real görünmür.

Bu, elə bir haldır ki, necə deyərlər, inflyasiya gözləntiləri inflyasiyanın özündən daha təhlükəlidir. Onsuz da cəmiyyət kifayət qədər gərgin vəziyyətdədir. Hərçənd hesab etmirəm ki, hakimiyyət cəmiyyətdən ciddi şəkildə çəkinir. Ola bilsin, məsələ ondadır ki, texniki baxımdan bu addım hazırda o qədər də effektiv deyil. Çünki müharibənin indiki xarakteri cəbhədə bu qədər sayda “top yemi”nə ehtiyac yaratmır”, – ekspert bildirib.

Onun sözlərinə görə, hərbçilər, əlbəttə ki, cəbhədəki boşluqları doldurmaq üçün pulsuz insan resursu əldə etmək istərdilər.

“Amma məncə, müharibənin indiki gedişi elə qurulub ki, bu insanların cəbhəyə göndərilməsi Konstantinovka uğrunda döyüşün və ya başqa hər hansı əməliyyatın nəticəsini dəyişə bilməz. Müharibə artıq həddindən artıq texnoloji xarakter alıb. Güman edirəm ki, Kreml üçün hətta nisbətən kiçik siyasi itkilər belə, səfərbərlikdən əldə edilə biləcək real faydaya dəyməz.

Digər tərəfdən, hərbçilər öz lobbiləri vasitəsilə Putinə internet məhdudiyyətləri və digər sərt tədbirləri qəbul etdirməyə nail olublar. Ola bilsin ki, hazırda Kreml üçün əsas məqsəd real səfərbərlikdən daha çox bunun ətrafında təbliğat səs-küyü yaratmaqdır”, – Dubnov vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru