Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                 

ƏMANƏTLƏRİ QƏNDİN QİYMƏTİ İLƏ QAYTARSINLAR
Tarix: 15-03-2012, 16:55 | Çap et
ƏMANƏTLƏRİ QƏNDİN QİYMƏTİ İLƏ QAYTARSINLAR

VƏTƏNDAŞLAR YENİ UYĞULAMADAN NARAZIDIR

В«Sovet vaxtı 100 000 rubla 100 000 kiloqram, yəni 100 ton qənd almaq olardı. İndi həmin qəndin pulunu qaytarsınlar da. Qənd indi deyəsən, 1 manat 40 qəpikdir, hesablayıb qaytarsınlar mənə. 5500 manat 100 ton qəndin pulu eləyirmi?В».

60 yaşlı Bakı sakini Cahət Tağıyev deyir ki, Sovet dövründən qalma əmanətlərin qaytarıldığını eşidəndən bu xəbərə sevinə bilmir. Çünki hesablayıb görüb ki, bir vaxtlar qəpik-qəpik yığdıqları indi bir işə yaramayacaq.

Martın 14-də prezident İlham Əliyev Sovet dövründə Azərbaycan vətəndaşlarının əmanət banklarına qoyduqları pulların qaytarılması qaydalarını təsdiqləyən fərman imzalayıb. Həmin fərmana görə, əmanətçilər pullarını bu ilin iyun ayından gələn ilin 31 dekabrınadək birdəfəlik ala biləcəklər. Məbləğlərə gəlincə isə bu, məbləğdən asılı olaraq hesablanır. Məsələn, 2000 rubl əmanəti olan 300 manat, 5000 rublu olan 600 manat, 10 000 rublu olan 1000 manat, 100 000 rublu olan 5500 manat alacaq və s. Sənədə görə, vəsaitlərin vərəsələrə verilməsində və ya əmanət kitabçalarını itirən, yararsız hala salan vətəndaşların da pullarını geri almaqda problemləri olmayacaq. Bankda yaradılacaq komissiya yardım əlini uzadacaq.

В«BU, PUL DEYİL, KONFET KAĞIZIDIRВ»

Söhbətləşdiyimiz Bakı sakinləri arasında В«buna da şükürВ» deyənlər olsa da, əksəriyyət dərhal banka qoyduqları pulla indi alacaqlarını müqayisə edib başlarını buladılar:

- 2000 rubla o vaxt yaxşı bir mebel, əllə toxunan yun xalça almaq olardı. Amma indi 300 manata nə edəsən?

- Yaxşı bir hadisədir, camaat çoxdandır bunu gözləyirdi. Qiymətləri isə deyə bilmərəm, yəqin hərtərəfli ölçüb-biçiblər və necə lazımdırsa elə də təyin ediblər.

- Bunu da verirsə, çox sağ olsun. Naşükürlük etməyək də.

- 18-20 min hara, 1000 manat hara?

- Öldürüb verirlər də. Neçə illərdir ki, bu pulun üstünə faiz gəlməli idi. Faiz qalsın bir yana, heç olmasa, 1 rubla 1 manat verərdi də. Həmin pulun 1/10-ini verirlər.

Bu pul deyil ki, konfet kağızıdır.

В«MƏN TƏKLİF EDİRDİM Kİ, 1000 RUBLA QƏDƏR 1 RUBLA 1 DOLLAR VERİLSİNВ»

Əksər müstəqil iqtisadçılar da əmanətlərin qaytarılması qaydalarını müsbət qiymətləndirmirlər. Bundan öncə də əmanətlərin qaytarılması mexanizmi ilə əlaqədar müəyyən layihələr hazırlanıb. Belə layihələrdən birinin müəllifi də iqtisadçı-alim, keçmiş millət vəkili Əli Əlirzayevdir. Deyir ki, onun hazırladığı layihə indi ortaya qoyulandan fərqlidir. Ən əsas fərq isə elə məbləğin özündədir. Əli Əlirzayev təklif edirdi ki, 1000 rubla qədər əmanətlər üçün 1 rubla 1 dollar verilsin. 2000 rubldan çox olanlar isə bir qədər azalan templə hesablansın:

В«Mənim təklif etdiyim layihədə aztəminatlı ailələr o vaxtın alıcılıq qabiliyyətinə uyğun pul alacaqdılar. Yəni, 2000 rubla qədər pulu olan heç nə itirməyəcəkdi, hər rubla 1 dollar alacaqdı. 10 000 rublu olan isə təxminən 7000 dollar alacaqdı. Amma indi nə alacaq, 1000 manat. 1000 manat nədir ki?! Məbləği 6-7 dəfə aşağı salıblarВ».

В«İNFLYASİYA OLMAYACAQDI, ƏGƏR...В»

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, Milli Məclisdə, cəmiyyətdə ekspertlər səviyyəsində heç bir müzakirə olmadan, heç bir təkliflər dinlənilmədən hökumətin qaydaları təsdiqləməsi mənfi haldır. Natiq Cəfərli deyir ki, hökumətin qaytarılan məbləğin daha çox olacağı təqdirdə inflyasiyanın, qiymət artımının yaranacağı ilə bağlı iddiaları da əsassızdır:

В«Təsəvvür edin ki, 5000 rublu olan insan 600 manat alacaq. Halbuki, 5000-ə o dövrdə bir maşın düşürdü, indi isə 600 manata yaxşı bir velosiped almaq olar. Yəni, hökumət o dövrün maşınını velosipedə dəyişərək insanlara qaytardı. Kontur arqumentlər gətirirlər ki, böyük kursla verilsəydi, ölkədə inflyasiya baş verərdi, qiymətlərin artımı sürətlənərdi.

Amma mən düşünürəm ki, bunu daha uzun müddətə yayaraq, daha yüksək kompensasiya verərək bu inflyasiyanın qarşısını almaq mümkün olardı. 100 milyonu bir neçə ilə bölərək bazara daxil etməklə həm inflyasiyanın qarşısı alınardı, həm də insanların normal kompensasiya almalarına şərait yaradılmış olardı. Çox təəssüf ki, hökumət yenə öz bildiyini etdi, başqa təkliflərin səslənməsinə imkan vermədiВ».

AZƏRBAYCAN SƏNƏDƏ İMZA ATAN SONUNCU POSTSOVET ÖLKƏSİDİR

Azərbaycan postsovet ölkələri arasında əmanətlərin qaytarılması ilə bağlı sənədə imza atan sonuncu ölkədir. Digər postsovet ölkələrində bu problem artıq həll olunub. Məsələn, 2008-ci ildən əmanətlərin qaytarılmasına start verən Ermənistan vətəndaşına 2000 rubla görə 200 dollar, 5000 rubla görə 760 dollar pul verir. Başqa sözlə, ödənilən məbləğ Azərbaycanla təxminən eyni səviyyədə, bəzi məbləğlərdə isə hətta daha çoxdur. Ekspertlərə görə, postsovet ölkələri arasında əmanətlərlə bağlı ən nümunəvi mexanizm Litvaya məxsusdur. Bu ölkədə 5000 rublu olan vətəndaş əvəzində 1500 avro əldə edib.

Azərbaycanın dövlət büdcəsindən əmanətlərin qaytarılması üçün nə qədər vəsaitin ayrılması hələ rəsmən açıqlanmayıb. Amma iqtisadçı-ekspertlərin hesablamalarına görə, bütövlükdə SSRİ-dən qalan əmanətlərin tam qaytarılması üçün hökumətə 480-500 milyon manat vəsait lazım olacaq.

Ölkədə 1 milyon 986 min nəfər əmanətçinin olduğu təxmin edilir.

“Azadlıq” Radiosu








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru