Azərbaycanda təhsil almaq ötən ay .....                     Elşən Salahov əslində kimi cəzalandırmalı idi? .....                     Britaniya şirkəti Azərbaycana gəldi .....                     Azərbaycanda yeni lizinq və lombard şirkəti .....                     Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? .....                     AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib .....                     Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib .....                     Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var .....                     Şadlıq sarayındakı faciənin təfərrüatları .....                     Mediaya və sosial mediaya etibar: .....                     Məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı .....                     “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə .....                     Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? .....                     TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır .....                     “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı .....                     Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi .....                     "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" .....                     “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində .....                     Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi .....                     "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi .....                     Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi .....                     Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib .....                     SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... .....                     Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? .....                     Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                 

20 İLİN İCRA BAŞÇISI KİMDİR?
Tarix: 24-03-2012, 13:45 | Çap et
20 İLİN İCRA BAŞÇISI KİMDİR?

ŞABRAN RAYONUNU İSƏ LERİKLİ İDARƏ EDİR

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.

Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi.
Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.

Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?
Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 25 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq.

Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...

20 ilin icra başçısı

Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyevin tərcümeyi-halını araşdırmaq üçün bir xeyli əziyyət çəkdik. Onun neçənci ildə doğulduğunu dəqiqləşdirə bilməsək də, Ağdaşda anadan olmadığını öyrəndik.
Rafiq Niftəliyev uzun illərdir İcra Hakimiyyət sistemində çalışır. Mərhum dövlət başçısı Heydər əliyev onu 20 avqust 1993-cü il taixində Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı təyin edib. Cənab Niftəliyev 9 il Xaçmaza rəhbərlik edib.
2 may 2002-ci il tarixində Rafiq Niftəliyev Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısı elə həmin tarixdə də onu digər rayona başçı göndərib.
Prezidentinin 2 may 2002-ci il tarixli, 910 nömrəli sərəncamı Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən ilə Rafiq Həbibulla oğlu Niftəliyev artıq 10 ildir burada çalışır.
Bu bir rayonda 1-ci şəxs işləmək üçün az müddət deyil. Ağdaşda çalışdığı müddətdə onun fəaliyyəti barədə mətbuat mütəmadi olaraq müxtəlif məlumatlar dərc edib. Bu məlumatlardan bəzilərində ağdaşlıların narazılıqları ifadə olunub.
Rəsmi məlumata görə, hər həftənin çərşənbə axşamı günü R.Niftəliyevin qəbul saatı olur. Bu saatlara gələnlər öz dərdlərinə çarə tapa bilirlərmi? Bax bunu ağdaşlılar daha dəqiq söyləyər.

Yazıçı-publisist – icra başçısı

Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də bu bölgədən deyil. O da uzun müddətdir ki, İcra Hakimiyyəti sistemində 1-ci şəxs işləyir.
Vidadi İsa oğlu İsayev 1959-cu ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalında anadan olub. Çoxlarının icra başçısı olaraq tanıdığı V.İsayev tarix elmlər doktoru, yazıçı-publisistdir.
Vidadi İsayev Bərdədən öncə Tərtər rayonunda 1-ci şəxs olaraq çalışıb. Prezidentin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Vidadi İsa oğlu İsayev Tərtər rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, burada 6 il çalışıb. 2011-ci ildə ölkə başçısı V.İsayevi Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Prezidentinin 3 mart 2011-ci il tarixli sərəncamı ilə V.İsayevin iş yeri dəyişdirilib, o, Bərdə rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib
Yazıçı-publisist olaraq “Hardan gəlir bu köç?”, “Yevlax sənədlərdə və yaddaşlarda”, “503-cü eşalon” adlı kitabların müəllifi kimi tanınan V.İsayev icra başçısı kimi necə ad qazanıb?
Suala bərdəlilər cavab versə yaxşıdır...

Şabranın lerikli başçısı

Şabran rayonu İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şabranlı deyil, leriklidir. Novruzov Novruz Nəcəf oğlu 02.05.1954-cü ildə Lerik rayonu Zövnə kəndində anadan olub. O, Bakı Dövlət Universitetini kitabxanaçı, Bakı Sosial İdarəetmə Politologiya İnsititutunu politoloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Lerik Komsomol Komitəsinin II katibi, Azərbaycan LKGİ Lerik rayon Komitəsinin I katibi, Lerik rayon Xalq nəzarəti Komitəsinin sədri, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində mütəxəssis, Lerik rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.
Daha sonra ölkə başçısının etibadını qazanaraq Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkilib. Bir müddət sonra Prezident onun iş yerini dəyişərək Goranboy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində təyin edib.
Prezidentin 28.06.2007-ci il tarixli sərəncamı ilə Novruz Novruzov Şabran rayon İcra Hakimiyyəti başçısı təyin edilib.
Artıq 3-cü rayona rəhbərlik edən Novruz Novruzovun Şabrandan sonra harada icra başçısı işləyəcəyini deyə bilmərik. Şabranlıların isə ondan razı və ya narazı qaldığı başqa bir yazının mövzusudur.

Məşhur Elmar Vəliyev

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev. Əslən Gəncədən olmayan Elmar Vəliyev Azərbaycanda məşhur personalardan biridir. Ölkənin ikinci böyük şəhərinə rəhbərlik edən E.Vəliyevin adı daim mətbuatda müzakirə olunan bir çox məsələlərdə hallandırılır.
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı olan Elmar Vəliyev hətta Bakı şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləcəyi barədə söz-söhbət dolaşır.
Elmar Rüstəm oğlu Vəliyev 2004-2011-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamı ilə isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib
Hər həftənin 2-ci günü saat 15:00-dan (qəbula yazılış 5-ci günü 15:00-dan 18:00-dək aparılır) Gəncə şəhəri İcra Hakimiyyətində Elmar Vəliyev vətəndaşları qəbul edir. Hər halda Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmi məlumatında belə bildirilib.
Gəncədə onran narazı olanlr da çoxdur, razılıq edənlər də. Deyilənə görə, Gəncədə məmurlar E.Vəliyevin zəhmindən çəkinirlər. Onun gəncəli deputatlarla münasibətinin yaxşı olmadığı söylənilir.

Keşmiş meliorasiya işçisi, indiki icra başçısı

Yuxarıda adıçəkilən icra başçılarından fərqli olaraq Füzuli rayonunda 1-ci şəxs yerli kadrdır. Füzuli rayonu İcra hakimiyyətinin başçısı Alı Alıyev əslən füzulilidir. Düzdür ondan öncə Füzuli rayonu İcra hakimiyyətinin başçısı işləyən Nəbi Muxtarov da elə buralı idi, amma camaat onun əlindəın elə bezmişdi ki...
Alı Alıyevin necə işləməsinə gəlincə, hələlik deyəsən ciddi narazılıq yoxdur.
Alı Aliyev artıq bir ildir Füzukli rayonuna rəhbərlik edir. 25.02.2011-ci il tarixində ölkə başçısının sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Əslən Füzuli rayonundan olan A.Alıyev uzun müddət Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışıb. Vaxtı ilə Ali Partiya Məktəbini bitirdikdən sonra, rayon partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.
Alı Alıyev uzun müddət Füzuli rayonunda Aqrar Sənaye Kombinantının direktoru vəzifəsində çalışıb. Son təyinatadək o, Füzulidə Suvarma Sistemləri İdarəsində rəis vəzifəsində çalışırdı.
Prezident İlham Əliyevin 4 iyun 2009-cu il tarixli sərəncamı ilə Alı Alıyevə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı verilib.

Modern.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda təhsil almaq ötən ay BAHALAŞIB
Bu gün, 19:38
• Elşən Salahov əslində kimi cəzalandırmalı idi? – MKTB-ni talayan Hikmət İslamovu, yoxsa…
Bu gün, 19:36
• Britaniya şirkəti Azərbaycana gəldi
Bu gün, 19:27
• Azərbaycanda yeni lizinq və lombard şirkəti – YARADILIB
Bu gün, 19:15
• Ölkədə orta ömür yaşı 77-dirsə: Niyə insanlar pensiya yaşına çatmadan vəfat edirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:11
• AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Bu gün, 19:08
• Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 19:06
• Azərbaycanı içindən qarışdırmaq istəyən qüvvələr, əsasən də İran var - Firudin Cəlilov
Bu gün, 19:05
• Şadlıq sarayındakı faciənin təfərrüatları - Anasının ləhcəsi ilə zarafat edib
Bu gün, 19:02
• Mediaya və sosial mediaya etibar: - insanlar məlumatı harada axtarırlar?
Bu gün, 19:00
• Məşhur şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 18:59
• Məşhur İT şirkətinin İnsan resursları direktoru işdən çıxdı - FOTO
Bu gün, 18:47
• “Hacı Mirzəlioğlu” şirkəti iki dəfə xaricə pul köçürdüyünə görə CƏRİMƏLƏNDİ
Bu gün, 18:44
• Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA
Bu gün, 18:41
• TƏBİB 2,6 milyon manatlıq tibbi cihaz və avadanlıq alır
Bu gün, 18:30
• “Qarabağ”ın mətbuat katibi vəzifəsindən ayrıldı - öz istəyi ilə...
Bu gün, 18:26
• Rövşən Nəcəf Vəkillər Kollegiyasının üzvünə yüksək vəzifə verdi - FOTO
Bu gün, 18:25
• "Hədəf Azərbaycanın dünyəvi dövlət modelidir" - Məktəblərdə yaradılan ajiotajın pərdəarxası
Bu gün, 18:23
• “Kontakt Home”nin “Nova Credit” BOKT-u Binəqədi Rayon Məhkəməsində - SƏBƏB
Bu gün, 18:19
• Qumar oyunlarının təşkilində təqsirləndirilənlərdən biri məhkəmədə görün nələr dedi - TƏFƏRRÜAT
Bu gün, 18:18
• "Azersun"da 19 il işləyəndən sonra şöbə müdiri getdi - BUNDAN SONRA...
Bu gün, 18:16
• Anar Bayramov DSMF-nın əməkdaşını direktor müavini təyin etdi - ƏMR
Bu gün, 18:15
• Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib - TƏFƏRRÜAT
Bu gün, 18:09
• SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...
Bu gün, 18:07
• Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - AKTUAL
Bu gün, 18:06
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru