“Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək .....                     Zatulin və Soçi siyasi səhnəsi: .....                     “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı .....                     Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi .....                     Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi .....                     Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” .....                     Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb .....                     SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT .....                     AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir .....                     Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur .....                     Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR .....                     Sonuncu dəfə avqustda maaş alıblar .....                     AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... .....                     "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." .....                     Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb .....                     Burda iynələri xəstələrə satırlar .....                     Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... .....                     Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                 

Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Tarix: 26-02-2020, 11:16 | Çap et
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü...
Aktualinfo.org bir müddət əvvəl Azərbaycan Respublikası Təhsil Nazirliyinin qış aylarında rayon orta ümumtəhsil məktəblərinin qızdırılması ilə bağlı ayırdiğı külli miqdarda dövlət vəsaitlərinin tenderlər yolu ilə kənarlaşdırılmasını ictimailəşdirmişdi. Lakin bu kimi ciddi mənimsəmə hallarına sözügedən qurum tərəfindən heç bir münasibət bildirilmədi. Bununla da Təhsil Nazirliyi susmaqla yazdıqlarımızın həqiqət olduğunu etiraf etmiş oldu.Bunlar öz yerində.

Məlum olduğu kimi hər ilin sonunda Milli Məclisdə büdcə məsələlərinin təsdiqi zamanı təhsil sisteminin inkişaf etdirilməsi,təhsil işçilərinin sosial həyat tərzinin yaxşılaşdırılması ətrafında da ciddi müzakirələr aparılır. Buna baxmayaraq dövlət büdcəsindən təhsilin inkişafına lazımınca vəsait ayrılır. Amma bu vəsaitlərin hansı məqsədlər üçün sərf olunması müəyyən suallar yaradır. Məsələn, Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri vasitəsi ilə orta məktəblərdə odun yanacağının alınmasına il ərzində nə qədər vəsait ayırır?

Aktualingo.org ötən yazılarda bir çox rayonların orta məktəblərinin qızdırılması üçün odun yanacığana ayrılmış vəsaitlərə toxunmuşdu. Bu dəfə isə Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən alınan odun yanacağına ayrılmış vəsaitlərı oxucuların diqqətinə çatdırmağa çalışacaq. Qeyd edək ki, sözügedən mərkəzə qərb bölgəsinin cəmi üç rayonu tabedi. Şəmkir,Gədəbəy və Daşkəsən rayonlarında tam orta məktəblərin sayı ilə bu rayonlardakı məktəblərin qızdırılmasına ayrılmış pullara neçə məktəb tikmək olardı və yaxud bu rayonlardakı orta məktəblərin hamısını qazanxana sistemləri ilə təchiz etmək mümkün olardımı? Bunları özünüz təhlil edərsiniz.

Qeyd edək ki, Şəmkirdə rayonunda hazırda 65 tam orta və 13 ümumi orta olmaqla ümumilikdə 78 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 9 -u şəhərdə, 8 -i qəsəblərdə, 61-i isə kəndlərdə yerləşir. Rayon ümumtəhsil məktəblərində 34142 şagird ümumi qaydada, 79 şagird fərdi qaydada, 135 nəfər xüsusi qayğıya ehtiyacı olan şagird isə ev şəraitində fərdi təhsil almaqdadır.

Gədəbəy rayonunda isə ümumtəhsil məktəblərin sayı 82-dir. Rayondakı 82 məktəbin 55-i tam orta, 17-si ümumi orta, 9-u isə ibtidai məktəbdir. 2019-2020-ci tədris ilində rayonun məktəblərində 927 sinif komplektində 10690 nəfər şagird təhsilə cəlb edilmişdir. Bu qədər şagirdin təlim-tərbiyəsi ilə 1588 nəfər müəllim məşğul olur. RTŞ nəzdində 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Daşkəsən rayonunda isə ümumtəhsil məktəblərinin sayı 43-dür. 2015-2016-cı dərs ilində rayonun məktəblərində 391 sinif komplektində 3257 şagird təhsilə cəlb edilmiş və onların təlim-tərbiyəsi ilə 571 müəllim məşğul olur. RTŞ-nin tabeliyində 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Bu üç rayonda ümumilikdə fəaliyyətdə olan 203 ümumtəhsil müəssisələri il ərzində nə qədər odun yanacağı istifadə edər? Bəri başdan onu da xüsusilə vurğulamaq istərdik ki,məktəblərin böyük əksəriyyətində odun yanacağı valideynlərdən toplanan pullar hesabına alınır.Bunu rayon yerlərində,kəndlərdə ən azı bir qohumu yaşayan hər kəs bilməmiş deyil. Rayon mərkəzlərindəki orta məktəblərin bir çoxu isə qazanxana sistemi ilə təchiz edilib. Dərslərin sentyabr ayından başlayaraq,iyun ayında qurtardığını götürdükdə və Respublikanın iqlim şəraitini nəzərə aldıqda, orta məktəblər neçə ay qızdırılır? Sentyabr, oktayabr aylarında havaların o qədər də soyuq olmadığını və bu rayonların dağlıq ərazilərdə yerləşdiyini nəzərə alsaq noyabr ayından orta məktəblər qızdırılmağa başlayır. Məktəblərin hamısı bir növbəli olduğundan günortaya qədər qızdırılır. Bu hesablama ilə sözügedən rayonların məktəblərində cəmi beş ay, noyabr-mart aylarında orta məktəblər qızdırılır.Bu beş aya düşən şənbə,bazar günlərini və bayramları çıxsaq cəmi dörd ay olur. Şəmkir Gədəbəy,və Daşkəsən rayonlarında dörd aya bir növbəli orta məktəblərin qızdırılmasına Təhsil Nazirliyi 7 saylı Ərazi maliyyə Hesablaşma Mərkəzi nə qədər vəsait ayırsa yaxşıdır?

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən 2019-cu ildə odun yanacağının alınması üzrə 04.04 2019 cu il tarıxdə elan edilmiş 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tenderin zərflərin açılışı 30 bank günündən sonra nəzərdə tutulub. Elanda iddiaçıların təkliflərinin açılışı 02.05.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küşəsi 71 ünvanında aparılacağı bildirilir. Lakin sözügedən tendirin qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə məlumatlar nədənsə elan olunmayıb və yaxud da gizlədilib.

Bundan cəmi iki ay sonra 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2019- cu ildə alınacaq odunun satınalması üzrə 01.06. 2019-cu ildə elan etdiyi tender də 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olub. Bu tenderin də elanında iddiaçılara təkliflərinin açılışı 19.07.2019 10:00 tarixində Şəmkir şəhəri Nizami küçəsi 71 ünvanında aparılacağı bildirilib və qeyd olunub ki, açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.Bu tenderin də açılışı, qalibi,alınacaq odun yanacağının həcmi və ayrılmış vəsait barədə barədə heç bir yerdə məlumat yerləşdirilməyib.

Amma bunlardan fərqli olaraq mərkəz tərəfindən 02.08. 2019 cu il tarixdə odun yanacağının satınalması üzrə keçirilmiş tenderin qalibinin “BREERE” MMC olduğu bəlli olur. Bu tenderdə yanacağın alınmasına 198682.7 manat vəsait ayrıldığı göstərilir. Maraqlı burasıdır ki,qalib olduğu elanda MMC-nin VÖEN-i 850297151 göstərilib. Lakin Vergilər Nazirliyində belə bir VÖEN tapılmadı. “BREERE” MMC isə vergilər nazirliyində başqa bir VÖEN-lə (1005989251)qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi qəsəbəsi ev 10 göstərilən MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Gündüz İmamverdi oğludur.Dövlət qeydiyyatına isə 01.07.2019-cu ildə alınıb, yəni 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağı satınalmasının qalib elan etdiyi 02.08.2019-cu ildən bircə ay əvvəl. Burada tender zərflərinin elan olunduğu gündən 30 bank günü sonra açıldığını nəzərə alsaq, MMC-nin məhz bu tenderi udmaq uçün yaradıldığını görmüş olarıq.

Qeyd edək ki, 30 avqust 2018-ci ildən Təhsil naziri Ceyhun Bayramovun əmri ilə 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə Vüqar Muradov rəis təyin edilib.Fəaliyyətinin elə birinci ilində,möhürü əlinə aldıqdan cəmi bir neçə ay sonra Vüqar Muradov külli miqdarda dövlət vəsaitinin kənarlaşdırılmasına imza atıb. Bu təbii ki Təhsil naziri Ceyhun Bayramovun göstərişi əsasında həyata keçirilib. Odun vəsaitinin satınalmasına milyonlarla vəsaitin ayrılmasına başqa kim icazə verə bilər ki? Burada Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun payı nə qədər olub o maraqlıdır. Axı Vüqar Muradov onun kadrı kimi tanınır. Elə 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışması da bunları deməyə hardasa əsas verir.

Göründüyü kimi dövlətin təhsilə ayırdığı pullar göz-görə”yandırılır”. Həm də Ceyhun Bayramov tərəfindən. Lakin cənab nazir unudur ki,bu yanğının tüstüsü haçansa çıxacaq.Kimləri kor edəcək,gələcək göstərəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
• Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
• Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40
• Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
• AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13
• "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04
• Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54
• Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52
• Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru