Ölkənin bank sektorunda daha bir yara... - Parabank - müştərilər nədən narazı yola salınır?
Tarix: 9-06-2015, 11:01 | Çap et
 Bu gün vətəndaşların banklara olan borcunu, həmin kreditlərin vaxtında qaytarılmamasını, qaytarılmadığı üçün də problemli kreditlərin də artdığı hər kəsə bəllidir. Çünki dəfələrlə bu mövzunu işıqlandırmış, vətəndaşların şikayət və problemlərinə biganə qala bilməmişik. Etiraf edək ki, inkişaf etmiş ölkələrlə müqayisədə bu gün bizdə bankların təklif etdikləri kredit faizləri həddindən artıq yüksəkdir.
Elə bu nöqteyi-nəzərdən də, vətəndaşlar götürdükləri kreditləri bağlaya bilmirlər və bununla da ya əmlaklarından, yaxud da maşınlarından keçməli olurlar. Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir. Lakin qeyd etmək lazımdır ki, bu gün ölkəmizin bank sektorunda problemlər bitib-tükənmək bilmir. Bu sahənin hazırkı vəziyyəti elə də ürəkaçan sayıla bilməz. Məlum olduğu kimi, bu gün ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxu yüksək faiz dərəcələri ilə kredit verir, həmçinin kreditlərin verilməsi məsələsində müştəriləri süründürməçiliyə məruz qoyurlar. Əmanətlərin qorunması məsələsində də müxtəlif problemlər nəzərə çarpmaqdadır. Bəzi banklar əmanətçiləri aldadaraq onların pulunu mənimsəyir və ya əmanətçilər pullarını geri götürmək istəyəndə yubanma halları ilə qarşılaşırlar. Əlbəttə, bu kimi neqativ halların qeydə alınmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Lakin banklardakı ümumi abu-hava qənaətbəxş hesab olunmur. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə müştərilərin incidilməsi hallarına yol verilir. Belə banklardan biri kimi "Parabank" ASC-ni göstərmək olar. Qeyd edək ki, "Parabank" ASC-nin rayonlar üzrə filiallarından dəfələrlə şikayətlər daxil olub. Daxil olan şikayətlərdə əsasən bildirilir ki, vətəndaşlar bankdan kredit almaqda böyük çətinliklərlə üzləşirlər. Həmçinin kreditlərin tez və qısa bir zamanda verilməsi xəbərlərinə inanıb banka müraciət etdikdə, bəlli olur ki, deyilənlər həqiqəti ifadə etmirmiş. Belə ki, bu heç də tez və qısa zaman ərzində baş vermir. Vətəndaşlara göstərilən xidmət isə, sıfıra bərabərdir. Filialın əməkdaşları bir növ vətəndaşları süründürməklə məşğuldurlar. İnsanlar işlərinin alınıb-alınmayacağını bilmədikləri halda, burada saatlarla növbə gözləməli olurlar. Bu da təbii ki, ilk olaraq vaxt itkisinə, daha sonra isə insanların əsəbi bahasına başa gəlir. Yüzlərlə insan növbədə dayanıb, öz növbəsinin çatmasını gözləyir. Vay o günə ki, nahar fasiləsinə düşəsən. O zaman bir xeyli də, gözləmək lazım gəlir. Bundan başqa, vətəndaşlar banka kredit üçün müraciət etdikdən bir xeyli sonra onlara kreditin verilməsi baş tutursa, o zaman burda da problemlər yaşanır. Belə ki, bank krediti verərkən, müştəridən "şapka" tələb edir. Onu da diqqətinizə çatdıraq ki, "şapka" kimi adlandırdıqları bu məbləğ heç də az olmur. Bu isə təbii ki, vətəndaşın etrirazına səbəb olur. Lakin bir çox hallarda vətəndaşlar bu duruma etiraz edə bilmirlər. Səbəb isə təbii ki, bankın vətəndaşa ümumiyyətlə, kredit verməməsi ilə əlaqəlidir. Bu səbəbdən də, vətəndaşlar məcbur olub, təklif edilən "şapka" ilə razılaşmalı olurlar. Bundan başqa, cəmi bir gün gecikən kreditə görə də, faizlər gəlir ki, bu da vətəndaşları narahat edən məqamlardandır. Bir sözlə, bu gün "Parabank" ASC-ə müraciət edənlər bundan olduqca peşmandırlar. Və bu bankda baş verənlərin qısa zaman ərzində araşdırılmasının tərəfdarlarıdırlar. \\ Gündəlik Bakı \\

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36 |
|
|
|
| • Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34 |
|
|
|
| • “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
| • Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29 |
|
|
|
| • Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27 |
|
|
|
| • Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
| • Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22 |
|
|
|
| • SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15 |
|
|
|
| • AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59 |
|
|
|
| • Bakı Sammiti Azərbaycanın Asiya diplomatiyanın növbəti uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53 |
|
|
|
| • Bu şirkəti rəsmən ÖZBAŞINA BURAXIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:40 |
|
|
|
| • Sonuncu dəfə avqustda maaş alıblar - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AzəriQaz-ın ƏCAİB-QƏRAİB İŞLƏRİ... - ETİRAZ VAR!
Bu gün, 06:13 |
|
|
|
| • "Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı..." - REAKSİYA
Bu gün, 06:04 |
|
|
|
| • Tramp ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıqlayıb - "Newsmax"
Bu gün, 05:54 |
|
|
|
| • Burda iynələri xəstələrə satırlar - GİLEY
Bu gün, 05:52 |
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
|