"Zəhmət olmasa mənim 57 manatımı verin!" .....                     "Əmək müqaviləsi bağlamadan işləyirdim..." .....                     "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" .....                     "Düşmən dəyirmanına su tökməyək" .....                     "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." .....                     Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb .....                     Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... .....                     “Yalı çapkını”nın aktrisası Bakıda toyda .....                     Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb .....                     Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi .....                     Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? .....                     "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi .....                     Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... .....                     İran ABŞ ilə dialoqa hazırdır .....                     ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb .....                     Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək .....                     Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub .....                     "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir" .....                     ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir .....                     Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır .....                     Vüsal Nəsirli onu departament müdiri təyin etdi .....                     Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya .....                     Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü .....                     Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? .....                     Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü .....                     Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb .....                     Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                 

Zahid Orucun parlamentdə səsləndirdiyi təklif rezonans doğurdu
Tarix: 28-11-2017, 08:30 | Çap et
Zahid Orucun parlamentdə səsləndirdiyi təklif rezonans doğurdu
Millət vəkili Zahid Oruc Milli Məclisin sonuncu plenar iclasında maraqlı bir təkliflə çıxış etmişdi. O demişdi ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri Qarabağ müharibəsi əlillərindən biri olsun. Bu təklif cəmiyyətdə müsbət reaksiyalara səbəb olsa da, sözügedən nazirlik tərəfindən birmənalı qarşılanmadı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu təklifə reaksiya verərək bildirdi ki, əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yanlış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil”.

Bunun ardınca, “Yeni Müsavat” olaraq yenidən Milli Məclisin deputatı Zahid Orucla əlaqə saxladıq və ondan verdiyi təkliflə bağlı yaranan reaksiyalara münasibət öyrənməyə çalışdıq.

Deputat bildirdi ki, müzakirələrdə sözügedən qurumun fəaliyyəti təqdir olunub və onların işinə dəstək xarakterli təkliflər səsləndirilib: “Biz parlamentdə sosial sahə ilə bağlı büdcə layihəsini müzakirə edərkən təkcə Qarabağ əlilləri ilə bağlı deyil, bütün digər kateqoriyalardan olan insanlarımızla bağlı məsələləri də gündəmə gətirdik. O səbəbdən söylənilən fikirlərin böyük bir hissəsi təklif xarakteri daşımaqla yanaşı, ötən illər ərzində hörmətli Səlim Müslümovun nazir təyin olunmasından sonra görülən işlərin işlərin dəyərləndirilməsi üzərində qurulmuşdu. Hər kəs də onu vurğulayırdı ki, aztəminatlı ailələrə yönəldilən ünvanlı yardım siyasətində, o cümlədən əlillik dərəcələrinin verilməsində və digər sahələrdə insan amilinin aradan qaldırılması müsbət haldır. Rüşvət və korrupsiya hallarının durdurulması və onu özünün müsahibələrində çox mənfi bir hal kimi qeyd edərək , həmin sosial bəlanın ləğv edilməsi üçün həyata keçirdiyi tədbirləri vurğulaması təqdir olundu. Hamımız bu işləri müsbət qiymətləndirdik. Hörmətli Səlim Müslümovun özü orada iştirak etmədiyindən hər kəs düşündü ki, bu müzakirələrin yekunları cənab nazirə məruzə olunacaq, bunlar gələn dönəmdə nəzərə alınacaq. Hesab edirəm ki, mənim parlament üzvü kimi Qarabağ əlilləri ilə bağlı məsələyə toxunmağım da həmin qurumun rəhbərliyinin, nazir müavinlərinin fəaliyyətinin təqdir olunması kontekstində idi”.

Zahid Oruc onu da vurğuladı ki, bu təklifdə söhbət Qarabağ savaşında iştirak etməyən nazir müavinlərinin fəaliyyətinə münasibətdən getmir: “Qətiyyən elə bir mövqe seçilməmişdi ki, kimlərsə bilavasitə Qarabağ savaşından keçmədiklərindən həyatın çox ağır üzünü görmüş, bu davanı aparmış insanların problemlərinə bələdçiliyi yoxdur. Əksinə, biz o insanların fəaliyyətinə qiymət veririk. Lakin hələ Qarabağ müharibəsi başa çatmayıb, bizim bu savaşdan keçən insanların rəhbərlikdə təmsil olunması həm də onlara göstərilən etimad və etibar kimi qələmə alınacağını, bizim gələcək davamıza, səfərbər olunmağımıza müsbət təsir edəcəyini söyləmişik. Hesab edirəm ki, buna verilən reaksiya adekvat oldu. Səlim müəllim vurğulayıb ki, Qarabağ əlillərini biz digərlərindən ayırmamalıyıq. Bu, həqiqətən də belədir. Onların Azərbaycanın hər bir sadə vətəndaşı, elmli, təhsilli insanı ilə yanaşı tutulması çox yaxşı bir baxışdır. Əksinə, biz onlara ayrıca evlər verilərkən, bütün Qarabağ əlilləri və şəhid ailələri bir binaya yerləşdirilərkən çağırış edirdik ki, belə olmasın. Burada da niyyət o idi ki, həmin insanlar özlərini ayrı-seçkilik siyasətinin hədəfində görməsinlər”.

Deputatın fikrincə, dövlətin şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı fəaliyyətinin təbliğində bu kateqoriyadan olan şəxsin fəaliyyəti daha effektiv ola bilər: “Mən hesab edirəm ki, mediadakı reaksiyalar da hamımızı düşündürür. Qarabağ müharibəsində iştirak edən qazi əgər idarəetmədə təmsil olunursa, onların hansısa ictimai təşkilatları varsa, həmin insanlar da dövlətin yanında olacaqlar. Azərbaycan prezidentinin bu sfera ilə bağlı həyata keçirdiyi genişmiqyaslı siyasətdə onlar dövlətin yanındadırlar. Qarabağ əlilləri idarəetmədə vəzifə tuturlar və dövlətim yürütdüyü siyasətdə iştirak edirlər. Onların addımları həmin cameə tərəfindən daha fərqli qəbul olunacaq. Əgər hansısa sosial məsələdə imkanımız çatmırsa, bugünkü büdcə imkanlarının xaricindədirsə, onların verdiyi izah hər hansı əlil və şəhid ailəsi tərəfindən qəbul olunacaq. Mən daha çox bunu qabartmaq istəmişdim. Burada niyyət həddindən artıq sağlam və həmin qurumun fəaliyyətini təqdir edən kontekstdə qoyulmuşdu. Əminəm ki, bu təklif də gələcək fəaliyyətdə müsbət formada nəzərə alınacaq” .
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34
• "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27
• "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18
• "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11
• "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01
• Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56
• Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54
• “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25
• Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23
• Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21
• Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14
• "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09
• Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08
• İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06
• ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04
• Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02
• Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59
• "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56
• ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54
• Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00
• Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52
• Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40
• Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26
• Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20
• Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18
• Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Dünən, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Dünən, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Dünən, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Dünən, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Dünən, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Dünən, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Dünən, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Dünən, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Dünən, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Dünən, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Dünən, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Dünən, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Dünən, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Dünən, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Dünən, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Dünən, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Dünən, 08:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru