Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                     Beş ildən sonra sülh? .....                     Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu .....                     "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" .....                     Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib .....                     "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." .....                     "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı .....                     “Brent” nefti 100 dollardan BAHA SATILIR .....                     Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır .....                     Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı .....                     Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər .....                 

“Müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir” - deputat
Tarix: 11-04-2019, 08:43 | Çap et
“Müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir”
Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş yekunlaşmaq üzrədir. Böyük ehtimalla gələn ay tərəflər sazişə imza atacaqlar. Proses sona çatmaq üzrə olsa da, hələ də sazişin mətni məlum deyil. Bu da ən müxtəlif mövqeləri ortaya çıxarır.

Ölkə müxalifətinin məsələyə münasibəti bir qədər fərqlidir. Doğrudur, əksər müxalif qüvvələr imzalanacaq sazişi dəstəkləyirlər. Amma bununla belə, müxalifət sazişdə insan haqları və demokratiya məsələsində məhdud halların ola biləcəyindən narahatlıq hissi keçirir. Hətta bəzi müxalif qurumlar bunlar sənəddə yer almazsa, sazişin qarşısının alınması üçün əllərindən gələni edəcəklərini bəyan edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Amerikanın Səsi”nə bildirib ki, sazişdə insan haqları, iqtisadi, mədəni əlaqələr, regional təhlükəsizlik və digər məsələlərin yer alacağı gözlənilir. Amma bununla belə, partiya başqanı müzakirələrin xalqdan qapalı keçirilməsini də dilə gətirir. A.Hacılı sazişin Avropa İttifaqı tərəfindən deyil, Azərbaycan tərəfdən hazırlandığını düşünür.

REAL Partiyasının sədri İlqar Məmmədov bunları düşünür: “Əlbəttə, biz hələ o sənədi görməmişik, lakin onun demokratik dəyərlərə xidmət baxımından yaxşı olacağına bir neçə əsaslı gümanımız var. Avropa Parlamenti ötən il qətnamə qəbul edərək birmənalı bəyan etdi ki, siyasi məhbuslar məsələsi çözülməyincə və digər demokratik irəliləyişlər təmin olunmayınca Avropa Komissiyasının imzalayacağı o sənədi qüvvəyə mindirməyəcəkdir. Bu tələb Avropa Komissiyası üçün vacib təkandır ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar zamanı həmin mövzuda prinsipial mövqedən çıxış etsin”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, müxalifətin bu cür yanaşmasının əsası yoxdur: “Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında uzun müddətdir ki, bu sazişlə bağlı işçi qrupları səviyyəsində məsləhətləşmələr aparılır. İşçi qrupu artıq sazişi tamamlamaq mərhələsindədir. Bu cür iddiaları əsassız hesab edirəm ki, sazişi Azərbaycan tərəfi işləyib, yaxud hazırlayıb. Azərbaycan tərəfinin bu sazişi işləməsində qəbahət axtarmağın özü əllaməlikdir. Ölkəmiz kifayət qədər imkanlara malikdir ki, Avropa İttifaqı səviyyəsində qəbul ediləcək sazişin müəllifi kimi çıxış edir. Bununla bərabər, düşünürəm ki, saziş Azərbaycan və Avropa İttifaqının birgə işçi qrupu tərəfindən hazırlanmış layihədir. Həmin saziş layihəsi ətrafında müzakirələr aparılır. Ortada konkret belə bir layihə var. Tərəflər bir-birinə arqumentlərlə öz fikirlərini əsaslandırıb qəbul etdirməyə səy göstərir. Beləliklə, ortaq variantlar tapılır, saziş imzalanır və qüvvəyə minir. Bu və buna bənzər beynəlxalq səviyyəli, həm də dövlətlərarası sazişlərin hamısında özünü ifadə edir. Ona görə mənə elə gəlir ki, artıq Avropa İttifaqı ilə Azərbaycan arasında bu sazişin imzalanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Yaxın zaman kəsiyində biz belə bir sazişin imzalanmasının şahidi olacağıq. Burada insan haqları və demokratiya ilə bağlı məsələlərə gəlincə, deyə bilərəm ki, ilk növbədə, Azərbaycanın özünün tutduğu yol demokratiya yoludur. Azərbaycanın qanunverici aktlarında demokratiyaya xidmət edən bütün elementlər öz əksini tapıb.

Digər tərəfdən, söz və vicdan, sərbəst toplaşmaq azadlığı kimi vacib olan dəyərlərin Azərbaycanda qorunub saxlanılması üçün hüquqi normativ aktlar mövcuddur. Azərbaycan dövləti də cəmiyyətimizi anarxiyaya aparmayan, zorakılığa imkan verməyən addımlar atır. Ona görə də müxalifətin bəzi qanadlarının bu baxımdan narahatlıqları üçün əsas yoxdur. Nəzərə alaq ki, Avropa İttifaqı bizim kimi ölkələrlə bağlamış olduğu sazişlərdə Avropa dəyərlərinin həmin ölkələr tərəfindən nəzərə alınmasında və əməl olunmasında maraqlıdır. Azərbaycan Avropa məkanının tərkib hissələrindən biridir. Bir tərəfdən Azərbaycanın Avropaya inteqrasiya olunması üçün bütün səviyyələrdə bunun həyata keçirilməsi baxımından ”Yol xəritəsi"ni götürməsi və belə bir iradəni ortaya qoyması bir reallıqdır. Digər tərəfdən, Avropa İttifaqının özünün də bu dəyərlərə üstünlük verməsi qaçılmaz faktdır. Bu, səbəbdən düşünürəm ki, radikal müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir. Bu sadəcə olaraq, güman edilən fikirlər ola bilər. Belə gümanların özünün də heç bir əsası yoxdur. Müxalifət də bu baxımdan söyləmiş olduqları fikirlərlə bu narahatlığı yaşamamalıdır. Yaxşı olar ki, müxalifət öz içərisində və aralarında olan problemləri həll etsin. Sivil, normal konstruktiv mövqe nümayiş etdirən, Azərbaycan dövlətçiliyinə xidmət edən, xalqımızın maraqlarını hər şeydən üstün tutan bir konsepsiya, hərəkət planına uyğun olan fəaliyyət qursunlar. Müxalifət olaraq da Azərbaycan xalqının və dövlətinin maraqlarına öz töhfələrini versinlər".
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
• “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03
• "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56
• “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50
• Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47
• Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45
• Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40
• “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34
• Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30
• Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23
• Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru