“3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                     Başkənd və Kərkinin taleyi masada .....                 

"Belə bir mövqe BMT-nin statusuna uyğun deyil" - ETİRAZ
Tarix: 27-04-2019, 08:41 | Çap et
"Belə bir mövqe BMT-nin statusuna uyğun deyil"
Leyla Abdullayeva: “Ermənistanın Cenevrədəki daimi nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib”

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycana qarşı təxribatçı hərəkətə yol verilməsi gözlənilməz olmaqla bərabər, kəskin reaksiyalara səbəb olub. Daha bir beynəlxalq təşkilatın özünün prinsiplərinə və nizamnaməsinə zidd davranması, üstəlik də Qarabağla bağlı qəbul etdiyi qətnamələrə tüpürən Ermənistanın həyasız davranışlarına meydan tanıması təbii ki, qəbulolunmazdır.

Qeyd edək ki, bununla bağlı ilk olaraq Milli Məclisin plenar iclasında deputat Azay Quliyev məlumat vermişdi. Demişdi ki, bu qurumun saytında Azərbaycana qarşı təxribata yol verilib. Belə ki, Ermənistan təqdim etdiyi hesabatda qondarma “dqr”-in hesabatını da əlavə edib və 6 dildə yayıb.

Bundan sonra Azərbaycan XİN məsələ ilə bağlı bəyanat yaymışdı. Bildirilib ki, bu günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb: “Konkret qeyd etdiyiniz hal ilə bağlı ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilmiş və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olumuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilmişdir”.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc edilməsi ilə əlaqədar bəyanat yayıb. Fondun prezidenti Umud Mirzəyevin imzaladığı bəyanat BMT-nin baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının 73 sessiyasının prezidenti xanım Maria Fernanda Espinoza Qarsezə, BMT-nin insan haqları üzrə ali komissarı xanım Mişel Baçeletə ünvanlanıb.

Bəyanatda deyilir ki, 14 fevral 2019-cu il tarixdə Ermənistan Respublikasının Cenevrədəki daimi nümayəndəliyi tərəfindən BMT-nin İnsan Haqları üzrə Ali Komissarına təqdim edilən hesabat tarixi həqiqətləri, BMT qətnamələrinin mahiyyətini və faktların təhrif edilməsində analoqu olmayan saxta məlumatları üzündə əks etdirir: “Hesabat öz növbəsində BMT standartlarına və qəbul edilmiş beynəlxalq norma və prinsiplərə qəti şəkildə ziddir, Cənubi Qafqazda münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış, tanınmamış qondarma ”Dağlıq Qarabağ Respublikası" tərəfindən hazırlanmış hesabatı Ermənistan hökumətinin BMT-dəki status və əlaqələrindən istifadə edərək təqdim etməsindən ciddi narahatlığımızı bildirir və bunu kəskin şəkildə pisləyirik. Biz həmçinin, qondarma sənədin BMT-nin rəsmi səhifəsində dərc edilməsini ciddi şəkildə qınayırıq".

U.Mirzəyev bildirib ki, “Artsax” adında bir dövlətin heç bir zaman mövcud olmadığı, heç bir dövlət tərəfindən tanınmadığı halda “Dağlıq Qarabağ Respublikası” (Artsax) adından belə bir hesabatın dərc edilməsi, BMT kimi qlobal nüfuza malik beynəlxalq dünya institutunun rəsmi səhifəsindən digər sənədlərlə bir yerdə yayımlanması utancverici hadisədir: “Belə bir münasibət ilk növbədə BMT-nin Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair rəsmi mövqeyinə, eləcə də Dağlıq Qarabağ münaqişəsi ərəfəsində Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin (822, 853, 874 və 884) prinsiplərinə qəti şəkildə ziddir”.

Hesabatda qeyd edilir ki, elan olunmamış qondarma “Artsax respublikası”nın ərazisi 12 493 kv. km sahəni əhatə edir və hazırda onun da 1041 kv. km hissəsi Azərbaycan tərəfindən işğal olunub. Bu rəqəm Ermənistanın məkrli siyasətinə bir daha əyani nümunədir. Belə ki, 1980-ci illərin sonundan başlayan və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun işğalı ilə nəticələnən münaqişə “Qarabağ deyil”, rəsmi olaraq “Dağlıq Qarabağ” problemi olaraq qeyd edilir. Bu o deməkdir ki, ermənilərin 1988-ci ildən bu yana irəli sürdükləri ərazi iddiası Qarabağa deyil, sadəcə, “Dağlıq Qarabağ”a aiddir. Ona görə də bütün beynəlxalq institutlar, BMT, ATƏT, Aİ, AŞPA və digərləri münaqişəni “Dağlıq Qarabağ” problemi olaraq tanıyır. O zaman nə üçün Dağlıq Qarabağın ətrafındakı ərazilər də qondarma rejimin torpaqlarına aid edilib? Dağlıq Qarabağın qanuni ərazisi 4,4 min kv. km-dır. Beləliklə, Ermənistanın dırnaqarası rejimə aid hesabatı BMT-yə bu şəkildə göndərməsi beynəlxalq müstəvidə həyata keçirilmiş növbəti hüquq pozuntusu, işğala haqq qazandırmaq cəhdi və Azərbaycana qarşı irəli sürülən növbəti ərazi iddiası hesab edilməlidir. Hesabatda “maraqlı” fakt, daha doğrusu, gülünc doğuran məqam qondarma rejimin ərazisinin təxminən 1,041 kv. km-nin Azərbaycan tərəfindən işğal edildiyinin qeyd edilməsidir. Bu, artıq hüquq pozuntusu deyil, birbaşa siyasi həyasızlıqdır. Azərbaycan torpaqlarını işğal etmiş erməni tərəfi utanmadan Azərbaycanı işğalda günahlandırır.

Daha sonra bildirilir: “Hesabatda Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Qarabağda ermənilərə qarşı həyata keçirdiyi iddia edilən demoqrafik siyasətdən də söz açılır. Ancaq məlumdur ki, Heydər Əliyevin hakimiyyəti dövründə Xankəndi universitetinin əsası qoyulmuş, Qarabağa dəmir yolu çəkilmiş, fabrik və zavodlar açılmış, erməni əhalisinin sosial-infrastruktur imkanları daha da yaxşılaşdırılmışdı”.

Etiraz məktubunda bildirilir ki, hesabatda Ermənistan Azərbaycan münaqişəsinin həlli, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələr də təhrif edilib: “Belə ki, erməni tərəfi BMT-yə təqdim edilən hesabatda sözügedən qətnamələri bilərəkdən təhrif edib, onu başqa formada izah etməyə çalışıb. Hesabatda qeyd edilir ki, 822 və 853 saylı qətnamələr döyüşlərin qızğın getdiyi bir vaxtda qəbul edilmişdi və guya bu qətnamələrin torpaqların qaytarılması ilə heç bir əlaqəsi yoxdur. Həmçinin ermənilər daha bir faktı təhrif edərək, 853 saylı BMT qətnaməsində Azərbaycana Dağlıq Qarabağ Muxtar Respublikasındakı qondarma rejimlə danışıqlar aparmağın tövsiyə edildiyini qeyd edirlər. Halbuki bu qətnamədə münaqişə tərəflərinə münasibətdə belə bir müddəa qeyd edilməyib, burada münaqişə tərəflərinə ümumi müraciət edilərək, konkret adlar göstərilməyib. Həmçinin yenə BMT-nin qəbul etdiyi 884 saylı qətnamədə qeyd edilir ki, ”Ermənistan Qarabağ ermənilərinin üzərindəki nüfuzundan istifadə edərək qətnamənin icrasına yardım etsin və konfliktin daha da genişlənməsinə mane olsun. Çox qəribədir ki, Ermənistan özü qondarma rejimi müstəqil dövlət kimi tanımadığı halda, dünyanı, BMT-ni bu rejimin müstəqilliyini tanımağa çağırır. Hazırda Ermənistan baş nazirinin oğlu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş digər rayonlarında hərbi xidmət keçir. Qarabağ Ermənistan tərəfindən işğal edilib və bu danılmaz faktdır. Ermənilər bu işğalı BMT-yə göndərdikləri hesabatda pərdələməyə cəhd etsələr də, yuxarıda göstərdiyimiz faktlardan bir daha aydın olur ki, buna müyəssər ola bilməyiblər və bilməyəcəklər".

BAMF BMT Baş Assambleyasından, BMT İnsan Haqları Şurasından Ermənistanın bu mötəbər quruma üzvlüyündən və mövqeyindən digər üzv ölkəyə - Azərbaycana qarşı saxta məlumatlar yaymaq məqsədilə istifadə etməsini pisləyir və dərc edilən hesabatın ciddi şəkildə yoxlanılmasını, eləcə də BMT-nin rəsmi səhifəsindən silinməsini israrla tələb edib: “Belə bir mövqe BMT-nin statusuna uyğun deyil və Dağlıq Qarabağ münaqişənin növbəti eskalasiyası üçün provokasiyadır”.

Bəs, ötən günlər ərzində rəsmi Bakı hansı addımlar atıb?

Bununla bağlı “Yeni Müsavat”ın sorğusuna cavab verən XİN-in mətbuat katibi Leyla Abdullayeva bunları bildirdi: “XİN-in məsələ ilə əlaqədar verdiyi 23 aprel tarixli açıqlamasında qeyd olunduğu kimi, bu günədək Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi dərc olunaraq yayılıb. Ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə, eləcə də BMT-nin İnsan Hüquqları Şurasının Prezidenti ilə görüşlər keçirilib. Görüşlərdə Ermənistanın Cenevrədəki daimi nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib. Nümayəndəliyimiz tərəfindən bu xüsusda müvafiq işlər davam etdirilir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
• Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru