DİM nazirliyə birləşdirilərsə: .....                     “3+3” tarixə qovuşur, “3+” gəlir .....                     İsrail liderindən xəbərdarlıq: .....                     “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək .....                     Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı .....                     Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı .....                     Parlamentdə sərt tənqid etmişdi: .....                     Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı .....                     Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? .....                     "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb .....                     Lavrov İrana səfər edib .....                     Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı .....                     Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir .....                     Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib .....                     İranın Pakistanla quru sərhədində... .....                     RİYAKAR Çarukyan... .....                     “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" .....                     “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, .....                     Trampın Özbəkistana səfəri planlaşdırılır .....                     Ətin qiyməti 3 manat ucuzlaşa bilər .....                     Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb .....                     Berlində İRAN HOQQABAZLIĞI... .....                     Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... .....                     İlin sonunda əfv sərəncamı imzalanacaq? .....                     Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb .....                     Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR .....                     Afaq Kazımova şöbə müdiri təyin edildi .....                     “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” .....                     Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə .....                     Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi .....                     DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ .....                     Ukrayna İsraili söyənlərin sayını azaltdı .....                     SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi .....                     Pomidor ixracı azalıb, .....                     Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı .....                     Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... .....                     Anar Bayramov səhiyyə naziri təyin edilib .....                     Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib .....                     TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib .....                     “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ .....                 

"Bəzi qüvvələr var və onlar çalışırlar bu saziş imzalanmasın" - deputat
Tarix: 29-04-2019, 09:29 | Çap et
"Bəzi qüvvələr var və onlar çalışırlar bu saziş imzalanmasın"
Milli Məclisin deputatı, baş nazirin sabiq müavini Vahid Əhmədov deyir ki, bəzi qüvvələr ölkəmizdə islahatların aparılmasına mane olmağa çalışır. Buna səbəb həmin qüvvələrin öz vəzifələrini itirmək qorxusu və maraq dairələrində olan nələrinsə əllərindən çıxma təhlükəsidir.

diaaz.space Azpolitika.info-ya istinadla Vahid Əhmədovun müsahibəsini təqdim edir:

- Vahid müəllim, Azərbaycanla Avropa Birliyi arasında imzalanması nəzərdə tutulan saziş haqqında fikriniz necədir, bu sənəd ölkəmizə hansı üstünlüklər gətirə bilər?

– Bu saziş bizim dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Biz iki dəfə bu cür saziş imzalamışıq, ancaq faktiki olaraq bu əsas saziş kimi götürülür. Dövlətimiz inkişaf edir, müəyyən ticarət əlaqələri yaranıb, bəzi problemlər öz həllini tapıb. Amma sazişdə bir neçə məsələ var ki, bizim üçün əhəmiyyətlidir və onlar əsas kimi qəbul edilməlidir.

Birincisi, Azərbaycanın ərazi bütövlüyü sazişdə mütləq olaraq öz əksini tapmalıdır. Diqqət etdinizsə, cənab Prezident Çində çıxışı zamanı BMT-nin müvafiq qətnamələrinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilmədiyini vurğuladı. Yəni bu məqam sazişdə öz əksini tapmalıdır. Əgər sazişdə ərazi bütövlüyü öz əksini tapmasa, fikrimcə, sazişin dəyəri çox aşağı olacaq.

İkincisi, Azərbaycan və Avropa İttifaqı arasında ticarət, mədəni və humanitar əlaqələr inkişaf edir. Bu sazişin imzalanmasından sonra Azərbaycan-Avropa Birliyi əlaqələri daha sürətlə inkişaf edəcək. Çünki Azərbaycan həm də Ümumdünya Ticarət Təşkilatına üzvlüyə hazırlaşır. Əgər oradakı şərtlər bizi qane etsə, aparılan danışıqlar maraqlarımıza uyğun olsa, üzv olacağıq. Beləcə, azad ticarət fəaliyyət göstərəcək, istənilən mal Azərbaycana daxil olacaq, Azərbaycan da istənilən dövlətə öz mallarını göndərəcək. Yəni ticarət əlaqələri daha geniş və əhatəli olacaq.

Eləcə də digər məsələlər var. Bu saziş bizim müstəqilliyimiz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropaya inteqrasiya kursunu götürüb. Düzdür, bəzi qüvvələr var və onlar çalışırlar bu saziş imzalanmasın. Ancaq Prezidentin siyasi iradəsi var və yəqin ki, saziş imzalanacaq.

- Sazişin imzalanmasına mane olan müəyyən qüvvələrin olduğunu deyirsiniz. Bunlar ölkə daxilində olan qüvvələrdir, yoxsa xaricdə?

– Ölkə daxilində insanlarımızın hamısı istəyir ki, bu saziş imzalansın. Xarici qüvvələr var və onlar istəmirlər ki, biz Avropa İttifaqı ilə yaxınlaşaq, bu sazişi imzalayaq.

Birincisi, Ermənistan istəmir ki, bizim ərazi bütövlüyümüz həmin sazişdə öz əksini tapsın.

İkincisi, digər dövlətlər var ki, Azərbaycanı öz himayəsində saxlamağa çalışırlar. Çünki Azərbaycan inkişaf edir və gələcəkdə çox perspektivli dövlət olacaq. İstəmirlər ki, bunu əldən versinlər. Ancaq mən hesab edirəm ki, artıq gecdir, cənab Məmmədyarovun dediyi kimi, sazişin 90 faizi uzlaşdırılıb, digər 10 faizi də razılaşdırılacaq.

- Siz, mane olan qüvvə dedikdə Rusiyanı nəzərdə tutursunuz?

– Siz məndən də yaxşı bilirsiniz. Əlbəttə, istər Rusiya olsun, istər Ermənistan, istərsə də bizim inkişaf etməyimizi istəməyən digər ölkələr. Onlar istəməz ki, bizim Avropa İttifaqı ilə normal əlaqələrimiz olsun, ərazi bütövlüyümüz məlum sazişdə öz əksini tapsın. Çünki rıçaq kimi bu məqamlardan istifadə edirlər.

- Öncə sazişin mayın 13-də imzalanacağı deyilsə də, indi sanki imzalanma mərasiminin tarixi qeyri-müəyyəndir…

– Sazişin imzalanma vaxtına dair konkret məlumat yoxdur. Milli Məclisdə də müzakirə zamanı deyildi. Mənim fikrimcə, saziş yaxın zamanlarda imzalanacaq.

- Siz, son illər islahatların aparılmasının vacibliyinə dair çağırışlar etmisiniz. Prezidentin son aylar atdığı addımları konseptual və dərin islahat saymaq olarmı?

– Mən də bəzi ekspertlərin fikirlərini oxuyuram. Onlar hesab edirlər ki, bunlar islahat deyil. Lakin mənim fikrimcə, 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərindən sonra islahat başlayıb. Ciddi kadr islahatlarına start verildi. Cavan kadrlar müəyyən nazirliklərə, komitələrə gətirildi və hazırda fəaliyyət göstərirlər. Əlbəttə, gənc kadrların müəyyən səhvləri olsa da, hesab edirəm ki, iki ildən sonra püxtələşəcək və normal işləyəcəklər. Əsas odur ki, korrupsiyaya bulaşmırlar, təmiz və şəffaf işləyirlər. Bu, bizim üçün əhəmiyyətlidir.

Həmçinin, sosial islahatlar həyata keçirildi, cənab Prezident bir neçə sərəncama imza atdı. Təxminən bu istiqamətdə 2 milyard manata qədər vəsait xərclənəcək. Eyni zamanda məhkəmə-hüquq islahatları ilə əlaqədar fərman imzalandı, müəyyən tədbirlər görülür. Yəni bu davamlı olacaq, Azərbaycanda islahatlar bütün istiqamətlər üzrə gedəcək. Bu mənada hesab edirəm ki, bu islahatlar bütün sahələrdə aparılmalı və uğurla başa çatmalıdır ki, Azərbaycan ciddi problemlər yaşamasın.

- Hakimiyyət daxilində aparılan islahatları tormozlamaq istəyən qüvvələrin olduğuna dair fikirlər səslənir. Sizcə, ölkə daxilində belə qüvvələr varmı?

– Əlbəttə, bunda maraqlı qüvvələr var. Elə qüvvələr var ki, onlar öz vəzifələrini itirmək istəmir, maraq dairələrindən nələrinsə çıxmasını arzu etmirlər. İndi tale elə gətirib ki, Prezident islahatlara başlayıb. Mənim aldığım məlumatlara görə, bu islahatlar davamlı olacaq. Fikir verdinizsə, uzun müddət idi ki, Milli Məclisdə bank sistemindəki problemli kreditlərlə bağlı məsələlər qaldırılırdı. Nəhayət Prezident bununla bağlı sərəncam imzaladı və insanlar hazırda vəsaitlərini əldə edir, razılıqlarını ifadə edirlər.

Digər islahatlar da gedir. Mane olmağa çalışan qüvvələr başa düşməlidir ki, bu artıq hərəkatdır və onun qarşısını almaq mümkün deyil.

- Bu islahatların məntiqi davamı olaraq parlament islahatları da keçirilə bilərmi?

– Mən parlamentdə islahatların gedəcəyini gözləyirəm. Bəli, parlamentdə də islahatlar getməlidir. Məncə, 2020-ci il Milli Məclis seçkilərindən sonra islahatlar başlaya, müəyyən dəyişikliklər ola bilər. Amma hazırda parlament normal fəaliyyət göstərir, biz fikrimizi azad şəkildə deyə bilirik, bunun üçün imkanlar var. Dövlət və xalqın mənafeyini parlamentdə müdafiə edirik.

Bəzən söz-söhbətlər gəzir ki, yeni parlament seçkiləri ola bilər. Açığı, mən buna ehtiyac görmürəm. Vaxtı gələndə, yəni 2020-ci ildə parlament seçkiləri keçiriləcək.

- Yəni siz növbədənkənar parlament seçkiləri ehtimalını təkzib edirsiniz?

– Təkzib etmirəm. Azərbaycan dövləti arzu etdiyi vaxt seçkilər keçirə bilər. Ancaq seçkini keçirməyin müəyyən səbəbləri olmalıdır. Yəni ölkədə ictimai-siyasi durum bunu tələb edirsə, keçirmək olar. Ancaq indi islahatlara start verilib, böyük işlər aparılır. Prezident də islahatlar məsələsində siyasi iradəsini ortaya qoyub. Odur ki, parlamentin buraxılması islahatlarla əlaqədar olaraq digər problemlər yarada bilər. Üstəlik, yeni seçkilər həm də müəyyən mənada xərc deməkdir. Fikrimcə, seçkilər vaxtında keçiriləcək. Ancaq indi də keçirilsə, problem yoxdur.

- İçərişəhərlə bağlı yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

– Mən bu barədə mövqeyimi ifadə etmişəm. Gördüyünüz kimi, məsələ ictimai müzakirəyə çıxdıqdan sonra ölkənin I vitse-prezidenti İçərişəhərdə oldu, vəziyyətlə şəxsən maraqlandı və mövqeyini də ifadə etdi. Bunların hamısı gedən islahatların nəticəsidir. Diqqət edin, cənab Prezident, I vitse-prezident rayonlarda əhali ilə necə görüşür, şikayətlərə baxırlar, insanlarla yaxından maraqlanırlar. Bunlar çox müsbət addımlardır. İndi Prezident Administrasiyasının hər şöbəsindən bir mütəxəssis olmaqla rayonlara gedib insanları qəbul edir, onların şikayətlərinə baxırlar. Proses gedir, bunun daha yaxşı getməsi bizdən də, millətdən də asılıdır. Biz prosesi şəffaf aparmalıyıq ki, problemlər aradan qalxsın.

- İçərişəhərdə qədim qala divarlarının dibində restoranların tikilməsinə necə baxırsınız?

– Qala divarları qorunan tarixi obyektlər kimi YUNESKO-nun siyahısına daxil edilib. Bunun üçün Mehriban xanım və Mədəniyyət Nazirliyi böyük əmək sərf edib. İndi qala divarlarına bitişik hər hansı bir obyekt tikintisindən söhbət gedə bilməz. Ancaq ora gələn qonaqlar var. Xaricdən ölkəmizə gələnlər daha çox İçərişəhərə gedir, oraları gəzirlər, tariximizlə tanış olurlar. İçərişəhərdə müəyyən iaşə obyektləri ola bilər və bu normaldır. Amma qala divarlarına toxunmaq olmaz. Qala divarları bizim tariximizdir və onu qoruyub saxlamaq bizim vəzifəmizdir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• DİM nazirliyə birləşdirilərsə: - Nə dəyişər?
Bu gün, 15:40
• “3+3” tarixə qovuşur, “3+” gəlir - Yeni format
Bu gün, 15:38
• İsrail liderindən xəbərdarlıq: - İstənilən an vura bilərik
Bu gün, 15:36
• “Azərxalça” Faiq Əhmədə 1,2 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 15:33
• Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı - Daha əvvvəl isə...
Bu gün, 15:29
• Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İlk sırada İtaliyadır
Bu gün, 15:27
• Parlamentdə sərt tənqid etmişdi: - Nazirin vəzifəsindən çıxarılmasına belə münasibət bildirdi
Bu gün, 15:22
• Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - YENİ QƏRAR
Bu gün, 15:19
• Türkiyə ilə Azərbaycan arasında viza rejimi bərpa oluna bilər? - BUNA GÖRƏ...
Bu gün, 15:17
• "Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO
Bu gün, 15:15
• Lavrov İrana səfər edib - İran mediası
Bu gün, 15:14
• Vətəndaşı təhqir edən rəis işdən çıxarıldı - ƏMR
Bu gün, 14:54
• Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR
Bu gün, 14:51
• Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
Bu gün, 14:47
• İranın Pakistanla quru sərhədində... NƏ BAŞ VERİR?
Bu gün, 14:41
• RİYAKAR Çarukyan... - ŞƏRH
Bu gün, 13:16
• “Xalq Bank” aktivlərin azalmasına görə "liderdir" - CƏDVƏL
Bu gün, 13:14
• “Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bu gün, 13:12
• Trampın Özbəkistana səfəri planlaşdırılır - KİV
Bu gün, 13:06
• Ətin qiyməti 3 manat ucuzlaşa bilər - Fermer şərti açıqladı
Bu gün, 13:00
• Timur Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb - SABİQ MTN ZABİTİ
Bu gün, 12:56
• Berlində İRAN HOQQABAZLIĞI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:50
• Bərdə səhiyyəsində kriminal vəziyyət: həkim xəstəni dərmanlarla məhv etdi, indi ailəsini təhdid edir... - NƏ BAŞ VERİR?
Bu gün, 12:37
• İlin sonunda əfv sərəncamı imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 12:32
• Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb - AÇIQLAMA
Bu gün, 12:27
• Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
Bu gün, 12:23
• Afaq Kazımova şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 12:15
• “Mətbuat Şurasındakı 4 illik fəaliyyətim çətin keçdi” - Rəşad Məcid
Bu gün, 12:13
• Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05
• Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03
• DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56
• Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53
• SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50
• Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47
• Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44
• Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36
• Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30
• Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29
• TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28
• “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15
• Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09
• Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00
• Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57
• "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47
• Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42
• "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38
• "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26
• “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20
• Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13
• Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru